“PRESS” gödəkçələrin verilməsi dayandırıldı!
01.11.2023 [11:07]
Yeni formalar hazırlanır...
Y.BAYRAMOVA
Mətbuat Şurası (MŞ) “PRESS” gödəkçələrinin verilməsini dayandırıb. Bu barədə MŞ-dən məlumat verilib. Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiklərinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.
MŞ-nın məlumatında qeyd olunub ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi: “Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.
Mətbuat Şurası, həmçinin, “PRESS” gödəkçələrinin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır”.
Qeyd edək ki, “PRESS” gödəkçələrinin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır.
Yeni formaların olması labüddür...
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev MŞ-nın müvafiq addımı barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb: “Bir neçə il öncə MŞ-nın köhnə rəhbərliyinin dövründə səhv etmirəmsə, redaksiyalara bir ya da iki dəfə xüsusi geyim formaları paylanmışdı. “Bakı xəbər” redaksiyası olaraq biz də həmin formalardan almışdıq. Əməkdaşlarımızın hər birində köhnə formalardan var. Bu, təxminən 5-6 il əvvəl verilən formalardır və əməkdaşlarımız indiyə kimi həmin formalardan istifadə edirlər. Lakin çox yaxşı olar ki, yeni dizaynda müasir formalar olsun. Yeni formaların olması əhəmiyyətli və labüddür”.
Jurnalistlərin məsuliyyəti daha da artacaq...
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, MŞ-nın formalarını təəssüf ki, mətbuatla heç bir əlaqəsi olmayan insanlar geyinirdi və təbii ki, bu, yaxşı hal deyil: “Məsələn, formaları hansısa redaksiyalara verirdilər və bir də görürdük ki, tamamilə fərqli adam o formanı istifadə edir. Bu baxımdan MŞ-nın belə addım atması qənaətbəxşdir və tamamilə düzgün bir qərardır. Əlbəttə, bu addım formalarla bağlı məsuliyyəti bir az artırmalıdır. Sırf jurnalistikaya aid olan və bu sahədə çalışan şəxslərin bu formanı geyinməsi önəmlidir, nəinki qeyri-peşə sahiblərinin jurnalistlərə məxsus formalardan istifadə etməsi. Bu formalar jurnalistlərin müəyyən tədbirlərdə iştirakı zamanı onların media nümayəndəsi olduğunu təsdiq edən bir geyimdir. Ona görə də məsələnin ciddiyə alınması vacib idi. Fikrimcə, Şuranın bu addımı gələcəkdə redaksiya və jurnalistlərin məsuliyyətini daha da artıracaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

