Əlcəzair xalqının İnqilab Günü...
01.11.2023 [11:33]
MİKAYIL
Afrika qitəsinin ən zəngin ölkələrindən biri olan Əlcəzair həm də qitənin ən böyük beşinci iqtisadiyyatına malikdir. Təbii qaz, neft istehsalçısı və ixracatçısıdır.
Bu gün 44 milyonluq Əlcəzair xalqı 1 Noyabr – İnqilab Gününü qeyd edir. 1954-cü ilin bu günü Əlcəzair xalqı üsyana qalxdı. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi və Əlcəzair respublikasının yaradılması Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin əsas məqsədləri idi.
Tarixi qaynaqlara görə, 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Konstitusiyaya görə "milli dəyərlər və islam hüdudlarında sosializm qurmaq" xalqın məqsədi elan olundu. Müstəmləkəçilərlə əlbir olan iri feodalların torpaqları, banklar, sığorta şirkətləri, nəqliyyat vasitələri, elektrik stansiyaları milliləşdirildi.
Bununla yanaşı, ticarətdə, yeyinti sənayesində, sənətkarlıq və xidmət sahəsində xüsusi kapitalın mövqeləri saxlanıldı. 1971-ci ildə keçirilən aqrar islahatlar nəticəsində öz-özünü idarə edən fermerlər, kəndli şirkətləri yaradıldı. 80-ci illərdə vəziyyət pisləşdi. Ərzaqla əlaqədar problemlər meydana çıxdı. 1978-ci ildə ölkənin rəhbərliyində dəyişiklik oldu. Ben Bella Şədli Bencədid əvəz etdi. Yeganə partiya olaraq ölkəni idarə edən Milli Qurtuluş Cəbhəsi həmin adla ictimai təşkilata çevrildi. 1989-cu ildə qəbul edilmiş konstitusiyada çoxpartiyalılığa icazə verildi. Sol təmayüllü partiyalarla yanaşı, təməlçi təşkilatlar meydana çıxdı. Onlardan biri də İslam Qurtuluş Cəbhəsi idi. O, 1991-ci il parlament seçkilərində qələbə qazandı, lakin buna baxmayaraq Qərb ölkələrinin təzyiqi ilə seçkilərin nəticəsi ləğv edildi. Ordu rəhbərliyinin təzyiqi nəticəsində Şədli Bencədid istefa verdi. Ölkənin idarə edilməsi üçün Məhəmməd Budiafın rəhbərliyi ilə Ali Dövlət Komitəsi təşkil edildi, lakin 1992-ci ildə o, sui-qəsd nəticəsində öldürüldü. 1995-ci ilin noyabrında keçirilmiş seçkilərdə general Lamin Zerual qələbə çalaraq ölkə prezidenti seçildi. 1997-ci ilin 15 iyun parlament seçkilərində də Zerualın arxalandığı Milli Demokratik Birliyi qələbə qazandı.
Qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

