Dağıstandakı hadisələrin Qərb “bağlantılar”ı
02.11.2023 [10:57]
Müharibə Rusiyanın daxilinə daşınır
Günel ABBAS
Bir neçə gün əvvəl Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalar polislərin xəsarət alması, hücumçuların həbs olunması Mahaçqala hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə nəticələnib.
Rəsmilər Mahaçqala hava limanında baş verən hadisələri əsasən kənar müdaxilələrin, o cümlədən informasiya təsirinin nəticəsi kimi səciyyələndiriblər.
Ötən günlərdə Rusiya prezidenti də Dağıstanda baş verən iğtişaşlara münasibət bildirib. V.Putin bu hadisələrdə Ukrayna və Qərbi ittiham edib. O qeyd edib ki, Dağıstanda iğtişaşı törədənlər Qərb kəşfiyyat xidmətləri vasitəsilə Ukraynadan sosial şəbəkələr vasitəsilə ilhamlanıblar. Onun sözlərinə görə, Kiyev Qərb himayədarlarının rəhbərliyi altında Rusiyada talanlar təşkil etməyə çalışır.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yaxın Şərqdə baş verən proseslər bir sıra geosiyasi mərkəzlərin də diqqətindədir: “Bir sıra mərkəzlər buradan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında demokratların dövründə bu müharibələr və təhlükəsizlik sisteminin təhdid altında olması hallarının geniş vüsət almasınının şahidi oluruq. Rusiya - Ukrayna müharibəsi ilə yanaşı, bu gün yaxın Şərqdə çox ciddi fəlakət və böhran yaşanır. Belə görünür ki, müharibənin uzun müddətə hesablanması səbəbindən çox yaxın zaman kəsiyində bu münaqişəni sonlandırmaq, sülhə nail olmaq reallaşmayacaq. Çünki İsrail rəsmilərinin dediyinə görə, onlar elə bir vəziyyət yaratmağa çalışırlar ki, təhlükəsizlik sistemi formalaşdırılsın və bir daha bu hadisəni yarada biləcək əsaslar olmasın.
Digər tərəfdən, biz görürük ki, Dağıstanda da iğtişaşlar baş verdi. Rusiya lideri oktyabrın 29-da baş verən hadisələrdə Ukrayna və Qərbi ittiham etdi. Əlbəttə, Vladimir Putində bu xüsusda müəyyən məlumatlar var ki, açıq-aşkar şəkildə ittiham dilində danışır. Qərb çalışır ki, Rusiyanın daxilində iqtisadi, ideoloji, siyasi gərginlik formalaşdırsın və müharibəni Rusiyanın içərilərinə daşıya bilsin. Rusiyanın daxilində geniş narazılıqlar formalaşsın. Məhz müsəlmanların çox olduğu bölgələrdə bu cür hadisələrin baş verməsi də buna bir nümunədir. Bu, dini, mənəvi, ideoloji əsaslar kontekstində aparılan siyasətin tərkib hissəsidir. Çox geniş şəkildə bu texnologiyalar hazırda istifadə olunmaqdadır. Rusiya prezidenti, eləcə də təhlükəsizlik qüvvələri belə halların qarşısını almaq üçün çox ciddi mübarizə aparmaqdadırlar. Çalışırlar ki, hansısa formada yaxın Şərqdə olan müharibənin qığılcımları Rusiya ərazisinə keçməsin”.
Xəbər lenti
Hamısına baxİdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49

