I Azərbaycan-Mərakeş Biznes Forumu
16.11.2023 [10:23]
Mərakeş şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya yatırmağa dəvət edilib
N.BAYRAMLI
Mərakeşdə I Azərbaycan-Mərakeş Biznes Forumu keçirilib. Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş bu Biznes Forumunda iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Birgə Komissiyanın iclası çərçivəsində təşkil olunan bu Forumun ikitərəfli ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişlərin əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Nazir ikitərəfli iqtisadi sahədə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və digər sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialımızın mövcudluğunu bildirib. C.Bayramov Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsinin, Mərkəzi Asiyaya yaxınlığının investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb. Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb.
Nazir Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə müvafiq anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib. Ceyhun Bayramov Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Qeyd edək ki, biznes forumundan əvvəl keçirilmiş Birgə Komissiyanın 2-ci iclasında da iqtisadi-ticari əlaqələrin inkişafı xüsusi diqqət mərkəzində olmuşdu. Belə ki, Mərakeş ilə iqtisadiyyat, ticarət və investisiyalar üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, bu xüsusda komissiyanın iclaslarının daha müntəzəm şəkildə təşkilinin və sözügedən iclaslar çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, iqtisadi əməkdaşlıq üçün hüquqi baza rolunu oynayacaq müvafiq ikitərəfli sənədlərin tezliklə qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnfrastruktur quruculuğu sahəsində əməkdaşlıq potensialından danışılıb, habelə beynəlxalq limançılıq sahəsi üzrə təcrübə mübadiləsinin ikitərəfli gündəliyimizə əlavə töhfə verəcəyi barədə həmfikirlik ifadə olunub.
Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud aqrar potensialdan bəhs olunub və bu ərazilərdə fermer təsərrüfatlarının qurulması və idarəçiliyi sahəsində mümkün Azərbaycan-Mərakeş tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Mərakeş arasında turizm, mədəniyyət, təhsil və beynəlxalq inkişafa yardım istiqamətləri üzrə əməkdaşlığın təşviqinin ölkələrimizin xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, dövlətlərarası əlaqələrimizin dərinləşməsinə də töhfə verə biləcəyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

