/ / YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının Brüsseldə keçirilən tədbirlərində iştirak edib
YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının Brüsseldə keçirilən tədbirlərində iştirak edib
16.11.2023 [16:08]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) İcra Komitəsinin Brüsseldə keçirilən növbəti iclasında və digər tədbirlərində iştirak etmək məqsədilə 2023-cü il 13-15 noyabr tarixlərində Belçika Krallığında səfərdə olub.
Noyabrın 14-də keçirilən IDC-CDI İcra Komitəsinin iclasında qurumun prezidenti Andres Pastrana, baş katibi Antonio Lopez-İzturiz və digər rəsmilərin hesabat xarakterli və təşkilati məsələlərə dair çıxışları dinlənilib, gələcək fəaliyyət planı müzakirə olunub. İclas zamanı “Mövcud genişlənmə imkanları və Avropa qonşuluğunun üzləşdiyi əsas çağırışlar” mövzusunda Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi, ¨Ukrayna münaqişəsi və onun Avropa layihəsinin gələcəyinə təsiri” mövzusunda isə Ukraynanın sabiq baş naziri, Ali Radanın üzvü və Batkivşina partiyasının rəhbəri Yuliya Timoşenko məruzə ilə çıxış ediblər.
Həmin gün qurumun Dəyərlər və Sülh üzrə İşçi Qrupunun iclası, “Hamı üçün rəqəmsal bacarıqlar: innovativ texnologiyalar Avropanın işçi qüvvəsini necə gücləndirə bilər” mövzusunda konfrans, və “Avropanın qapısında çoxsaylı müharibə böhranları – beynəlxalq nizam üçün növbəti nədir” mövzusunda nahar debatı da keçirilib. Nahar debatı zamanı IDC-CDI-ın vitse-prezidenti, Avropa Parlamentinin Almaniyadan olan keçmiş üzvü Elmar Brok Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə yanaşı, Azərbaycanın Qarabağ bölgəsindəsində son illərdə gedən prosesləri də Avropanı təhdid edən hadisələr sırasında göstərməyə çalışıb. Buna cavab olaraq YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov çıxışında Almaniya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və istər 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də bu ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı Azərbaycanın bütün hərbi əməliyyatları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həyata keçirdiyini vurğulayıb. O, sözügedən əməliyyatların beynəlxalq hüququn prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi, Azərbaycanın ərazilərini işğaldan azad etməsi və öz sərhədləri çərçivəsində suverenliyini tam təmin etməsi ilə nəticələndiyini bildirib. YAP nümayəndəsi bütün bunları əsas gətirərək, Azərbaycan-Ermənistan münasibətlərini bu məsələdə nümunə kimi göstərməməyə çağırış edib. Bundan sonra müzakirələrin gedişatında yalnız Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 15-də Antverpen şəhəri və Plantin-Moretus Muzeyi ilə tanışlıqdan sonra səfər başa çatıb
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

