Bağışlanılmaz, yanlış hərəkət
30.11.2023 [09:49]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Müdrik xalqımız son 30 ildə çox hadisələrin şahidi oldu. Bu illər ərzində daxili və xarici dostlar, düşmənlər üzə çıxaraq aşkar olundu. 44 günlük Vətən müharibəsində siyasi mövqeyindən, əqidəsindən, asılı olmayaraq bütün azərbaycanlıların diqqəti doğma Qarabağımızda baş verən hadisələrə yönəlmişdi. Belə bir vacib məqamda Ali Baş Komandanımızın, dövlətimizin yanında olmaq, vahid mövqedən çıxış etmək, ölkəmizin təhlükəsizliyi, suverenliyi, mustəqilliyi baxımından böyük əhəmiyyət daşıyırdı. Məhz buna görə də hər bir azərbaycanlının borcu idi ki, bir yumruq ətrafında sıx birləşərək bir amaldan, bir mövqedən çıxış etsin. Belə bir həlledici məqamda əks mövqedə dayanmaq birbaşa xalqa və dövlətə qarşı xəyanət idi.
Bəli, uzun müddətdir ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən, ağı - qaradan, haqqı - nahaqdan, pisi - yaxşıdan ayıra biməyən, öz çirkin əməlləri ilə həmişə düşmən dəyirmanına su tökən AXCP sədri Əli Kərimli məhz, həmin dövrdə də antimilli mövqedən çıxış etdi. Öz yalan, böhtan, şantajla dolu sərsəm yazıları ilə təcavüzkar Ermənistanı deyil, haqq savaşı aparan, öz sərhədlərinin təhlükəsizliyini qoruyan, ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə çalışan Azərbaycanı ittiham etdi. Vətən müharibəsi başlayanda 50-yə yaxın partiya rəhbəri ilk gündən bəyanat verərək Prezident İlham Əliyev ilə eyni səngərdə durduqlarını elan etdilər. Bununla da xarici güclərə, Ermənistan və onun havadarlarına bu haqq savaşında ölkəmizdə hamının yekdil siyasi mövqe tutduğunu göstərdilər. Belə bir önəmli vaxtda AXCP sədri yenə də öz xislətindən əl çəkmədi, gözləmə mövqeyi tutaraq əməliyyatların sonunun necə yekunlaşacağını gözlədi. Yalnız Şuşa alındıqdan 1 gün sonra - 9 noyabrda ictimai qınaq və qəzəbdən qorxaraq, udquna - udquna bir cümləylə Ali Baş Komandanımızı təbrik etsə də, ertəsi gün dərhal 10 noyabr atəşkəs razılaşmasını əsas götürərək yenidən hakimiyyəti əsassız olaraq günahlandırmağa başladı. Bununla da həmişə olduğu kimi yenə də düşmən mövqeyindən çıxış etdi. Belə nankorların azərbaycanlı adını daşımağa haqqı çatmır, necə deyərlər, vətənin suyunu içib, havasını udmaq belə xainlərə haramdır.
Bəli, artıq AXCP - də Əli Kərimlinin antimilli mövqeyinə, partiyadaxili diktatorluğuna etiraz əlaməti olaraq Pərvin Hüseynli, AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü Seymur Əhmədzadə, fəal cəbhəçilərdən olan Tərlan Babayev və s. partiya sıralarından getdiklərini bəyan ediblər. Çünki onlar Əli Kərimlinin və onun yaxın ətrafının ikiüzlülüyünün, xəbisliyinin, riyakarlığının şahididirlər.
Yəqin ki, digər cəbhəçilər də öz partiya yoldaşlarının doğru və düzgün qərarından nümunə götürərək AXCP - nin sıralarını birdəfəlik tərk edəcəklər. Çünki xalqımız üçün, vətənimiz üçün taleyüklü məsələlərdə, vacib anlarda düşmən mövqeyi tutan Əli Kərimli və onun kimiləri ilə bir cərgədə addımlamağın özü bağışlanılmaz, yanlış bir hərəkətdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

