Erməni vandalizminə məruz qalan Piçənis məscidi...
01.12.2023 [11:39]
M.BAYRAMLI
Bu gün sizinlə birlikdə Laçının Piçənis kəndinə virtual səyahət edəcəyik. Kəndin adının peçeneq türk tayfalarından götürüldüyü deyilir. Piçənisin düzü, Piçənisçay adları bu gün də yaşamaqdadır.
Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə, dəniz səviyyəsindən 1,550 m yüksəklikdə yerləşir. Laçın–Şamkənd şose yolu kəndin içərisindən keçir. Kənd əsasən Şəlvəçay və Ələkçiçay çayları ilə əhatələnib. Kəndin yaxın ətrafında Ağcayazı, Arduşlu, Xaçınyalı yaşayış məntəqələri yerləşir. Şimaldan Sallıq, Qırxbulaq dağları ilə, cənubdan isə Piçənis düzü adlanan təxminən 60 hektarlıq sahə ilə əhatələnib. Kəndin yaxın ətrafında Xanölən dərə, Talıbxan dərə yurdu adlanan ərazilər yerləşir. Kəndin ətrafında Meşə bulağı, Sərin bulağı, Pəri bulağı və s. var.
Bundan başqa, bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də mövcuddur.
Erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub. Belə abidələrdən biri də Piçənis məscidi idi. Məscid yerlə-yeksan edildi. Ondan geriyə sadəcə xatirələri qaldı.
Sevindirici haldır ki, torpaqlarımız azad olunduqdan sonra dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası xüsusi diqqətdə saxlanılır. Bu məqəsədlə də, hazırda Laçın şəhərində yeni məscid inşa olunur. Azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq. Tikintisində iştirak edənlər də elə laçınlılardır. Bu barədə “Laçın Abadlıq Xidməti” ASC-dən məlumat verilib. Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edəcək. Relyefə uyğun inşa edilən bina iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün buraya girişi təmin edəcək. Qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq.
600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. Bura şəhərin hər yerindən görünəcək və azan səsinin şəhər ərazisinə daha rahat yayılmasına imkan yaranacaq. Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların burada rahat ibadət etməsi üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

