Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir
12.12.2023 [12:39]
“Artıq 20 ildir ki, xalqımız 12 dekabr tarixini Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük ehtiramla qeyd edir. Bu gün bütün dünya azərbaycanlıları Ümummilli Liderimizin əziz xatirəsini yad edir, hörmət və ehtiramını bildirir. Ümummilli liderliklə dünya miqyaslı siyasətçi keyfiyyətlərinin bir insanda birləşməsinə bəşər tarixində nadir hallarda rast gəlinir. Məhz xalqımızın fədakar oğlu Heydər Əliyev bu ali keyfiyyəti özündə birləşdirməklə yanaşı liderlik bacarığını da ən yüksək səviyyədə təsdiq edib. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu dahi şəxsiyyət öz qətiyyəti ilə bütün xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıb”. Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə müstəqil dövlətimizin inkişaf strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə ilə Ulu Öndərin layiqli davamçısı olduğunu bir daha təsdiqlədi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Azərbaycanın bugünkü qələbəsinin banisi Ulu Öndər Heydər Əliyev, reallaşdıranı isə onun yetişdirdiyi vətəninə, xalqına bağlı olan Prezident İlham Əliyev oldu.
“Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır. Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən salıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin vəfatından illər ötsə də, onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcək”,-deyə M.Cəfərov qeyd edib.
N.Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

