Təbiət fədaisi - akademik Həsən Əliyev
15.12.2023 [10:30]
Sadəliyi ilə nüfuz qazanmış alimin doğum günüdür...
Yeganə BAYRAMOVA
Xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması ona çətinliklərə mətanətlə sinə gərməkdə, tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməkdə daim kömək olub. Həqiqətən də, bu mətin xarakter həmişə onun qarşısına geniş yollar açıb. Sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu ona əsrlərlə yaşı olacaq bir ömür qazandırıb. Söhbət tanınmış elm adamı və ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Həsən Əliyevdən gedir.
Ümumiyyətlə, 20-ci əsr Azərbaycan xalqının tarixində mühüm bir mərhələ təşkil edir. Bu dönəm xalqımızın taleyinə onlarla görkəmli alim, ziyalı, ictimai-siyasi və mədəniyyət xadimi bəxş edib. Belə şəxsiyyətlərdən biri Həsən Əliyev idi. Dekabrın 15-i görkəmli alimin doğum günüdür.
Belə bir atalar məsəli var: “Müqəddəs yer boş qalmır”. 1907-ci il dekabrın 15-də Azərbaycanın ilk əkinçi-ekoloqu Həsən bəy Zərdabi dünyasını dəyişir və həmin gün Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk oğlan uşağı dünyaya göz açır, onun adını Həsən qoyurlar.
Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev də 17 yaşında Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında məktəbi bitirir. O, dünyəvi məktəbə gedənə qədər molla yanında təhsil almaq məcburiyyətində qalıb. H.Əliyev hələ gənc yaşlarından dünyagörüşünün yetkinliyi və gələcəyə maraq göstərməsi ilə tay-tuşlarından seçilib. O, 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.
1935-ci ilədək, yəni, ömrünün 28-ci ilində Həsən Əliyev kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. 1976-cı ildə alimin “Həyəcan təbili” əsəri işıq üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində və təbiətsevərliyində müsbət rol oynayıb. Akademikin “Həyəcan təbili”nin ikinci, təkmil nəşri (1982) bu gün də müsbət mənada təsir gücünü saxlayır.
H.Əliyev ömrü boyu öz tədqiqatları ilə xalqımızın güzəranının yaxşılaşmasına kömək göstərməyə çalışıb. O, Azərbaycanın Qonaqkənd rayonunda maldarlıq təsərrüfatlarının bərpa edilməsi, Şamaxı-Xaldan-Quba istiqamətində karvan yolu boyunca avtomobil yolunun inşası, Qanıx-Əyriçay vadisindən Bakıya su çəkilməsi üçün yuxarı təşkilatlara müraciətlər edib. Yardımlı rayonunun iqlim və torpaq örtüyünü tədqiq edib, sonra orada kənd təsərrüfatının yeni istiqamətinin - üzümçülüyün inkişafı üçün xüsusi təqdimat yazıb və buna nail olub.
Görkəmli alim həm də bacarıqlı ekoloq-fotoqraf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəklini çəkməkdən, slayd yaratmaqdan, sonra da onları əhaliyə çatdırmaqdan sonsuz zövq alar, sevinc hissi keçirərdi.
H.Əliyev ömrünün ən bəhrəli çağlarını məhəbbət və hörmət yarpaqlarına bükərək hissə-hissə, parça-parça xalqa bəxş edirdi. Görkəmli alim əməyindən və zəngin elmi-tədqiqat işindən danışanda deyərdi: “Mən xalqıma çox borclu olduğumdan borcumu ödəyirəm”.
H.Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox yaxşı tanıyırdı, sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verər və o yerə tədqiqat aparmaq məqsədilə gedən elmi işçiyə həmin ağsaqqala mütləq baş çəkməyi məsləhət görərdi. Bir sözlə, o, təpədən-dırnağa azərbaycansevər bir şəxsiyyət idi.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

