Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycandan xaricə turist axını 26 % artıb

Azərbaycandan xaricə turist axını 26 % artıb

21.12.2023 [15:16]

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 25,5 % artaraq 1 709,4 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 44 %-i Türkiyəyə, 21,3 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65,1 %-ni kişilər, 34,9 %-ni qadınlar təşkil edib.

Son 1 ildə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 %, Türkiyəyə gedənlərin sayı 21,9 % artıb, İrana gedənlərin sayı isə 25,8 % azalıb.

11 ay ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş:
Baxılıb: 437 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31