Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilir

Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda konfrans keçirilir

22.12.2023 [09:40]

Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır.

Tədbiri giriş sözü ilə Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin nümayəndəsi Rüstəm Mahmudov açaraq, Azərbaycanın QH-yə sədrlik etdiyi illərdə müstəmləkəçiliklə mübarizə məsələlərinə xeyli diqqət yetirdiyini qeyd edib.

Onun sözlərinə görə, dünyanın bir çox dövlətləri müstəmləkəçilik siyasətindən əziyyət çəkib və XXI əsrdə də bu problem davam edir: "Azərbaycan sədrlik etdiyi 4 il ərzində dekolonizasiya probleminə xüsusi diqqət yetirib. Təəssüf ki, hələ də bir çox ölkələr bu problemdən əziyyət çəkir. Müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərdən biri də Fransadır”.

O, həmçinin Azərbaycanın QH-yə sədrliyi çərçivəsində mühüm təşəbbüslərin həyata keçirildiyini, xüsusilə beynəlxalq konfransların təşkil edildiyini xatırladıb.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31