Telekommunikasiya şəbəkələrinə maneələrin aradan qaldırılmasına dair yeni prosedur müəyyənləşib
12.01.2024 [16:08]
Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydasına dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, müraciətlərdə maneə təsirinə məruz qalan radiotezlik nominalı (və ya radiotezlik zolağı), maneənin təsir müddəti, ərazi, maneə təsirinə məruz qalan avadanlıq və ya şəbəkə haqqında məlumatlar, həmçinin maneənin ehtimal olunan istiqaməti və xarakteri bildiriləcək.
Qərara əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə və ümumistifadəli radiorabitə şəbəkələrinə təsir edən maneələr barədə müraciətlərə təxirəsalınmadan, digər müraciətlərə isə aşağıdakı müddətlərdə baxılacaq:
- radiomaneə mənbəyinin axtarışı tələb olunmadığı halda 5 iş günündən gec olmayaraq;
- radiomaneə mənbəyinin axtarışı tələb olunduğu halda 10 iş günündən gec olmayaraq, axtarışın çətin şəraitdə aparıldığı halda isə müraciətə baxılması müddəti 21 iş günədək artırıla bilər. Bu halda müraciətçiyə 2 iş günündən gec olmayaraq rəsmi və ətraflı məlumat verilir;
- radiomaneə barədə müraciət ölkə və yaşayış məntəqələri üzrə müxtəlif əraziləri əhatə etdiyi və ya respublikadan kənarda müəyyənləşdirildiyi halda 30 iş günündən gec olmayaraq.
Həmçinin qərara əsasən, əgər radiomaneə mənbəyi respublikadan kənarda aşkar olunarsa, radiomaneələr barədə zəruri məlumatların aidiyyəti rabitə administrasiyasına çatdırılaraq maneələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Radiotezliklər İdarəsi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 10 saylı Əlavəsi və ya ölkələrlə ikitərəfli razılaşma sənədlərində nəzərdə tutulmuş müvafiq formalara uyğun müraciət hazırlanaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunacaq və bu barədə müraciətçiyə rəsmi və ətraflı məlumat veriləcək.
Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daxil olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şərait yaradılır və müvafiq tədbirlər görülür.
Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır. Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlament ilə müəyyən olunmuş radiotezliklərin idarəolunması üzrə Azərbaycan Respublikasının da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir.
Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

