İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib
16.01.2024 [01:56]
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, təşviqat qrupunun üzvləri Tofiq Əliyev, Məmməd Əliyev və Ramil Orucəliyev çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bu seçkilərə özünün yenilməz rəhbəri cənab İlham Əliyevin namizədliyi və “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və son 20 ildir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş danışılıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu 30 ildən artıq dövrdə, xüsusən son 20 ildə bütün sahələr üzrə böyük nailiyyətlər əldə olunub, Azərbaycanın dövlət müstəqilliyi dönməz və əbədiyyətə doğru istiqamətlənmiş prosesə çevrilib, ölkəmiz dünya birliyində özünəməxsus mühüm mövqelərə nail olub. Cənab İlham Əliyev ölkə vətəndaşları qarşısında verdiyi bütün vədləri qeyd-şərtsiz yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti, bütün dünya azərbaycanlılarının siyasi lideri olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi 2020-ci ilin payızında baş tutan Vətən müharibəsində düşmən üzərində parlaq tarixi qələbəni təmin edib, 30 illik erməni işğalına, regionda kök salmış erməni faşizminə son qoyub, qazanılan möhtəşəm Zəfərlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına nail olub.
Bu kontekstdə seçicilərin diqqətinə çatdırılıb ki, qarşıdakı prezident seçkiləri ilk növbədə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizin konstitusiya quruluşunun tamamilə bərqərar olunduğu bütün ərazisi boyu keçiriləcək. Məhz buna görə 7 fevral 2024-cü il prezident seçkiləri cəmiyyətimiz tərəfindən böyük ruh yüksəkliyi ilə Zəfər seçkisi adlandırılır və əminik ki, bu müstəqil dövlətçiliyimizin siyasi tarixinə də məhz bu adla yazılacaq.
Natiqlər çıxışlarının sonunda bütün seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə fəal şəkildə iştirak və çıxış edən seçicilər fevralın 7-də yekdilliklə seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

