Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan xalqının cənab İlham Əliyevə inamı sonsuzdur

Azərbaycan xalqının cənab İlham Əliyevə inamı sonsuzdur

16.01.2024 [11:11]

Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovadır

- Hicran xanım, müasir Azərbaycanın dövlətçilik tarixinin mühüm bir dövrünü yaşayırıq. Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək.  Sizcə,  bu seçkiləri şərtləndirən əsas səbəblər nədir?

- Bəli, qeyd etdiyiniz kimi, biz demək olar ki, hər gün tarix yaşayırıq. Nəhayət ki, 30 ilə yaxın davam edən erməni işğalına, Azərbaycanın 200 ildən çox məruz qaldığı ədalətsizliyə son qoyuldu. Elə bir möhtəşəm Qələbə qazanmışıq ki, bəlkə də,  proseslərin bu qədər sürətlə keçdiyi bir zamanda bunu daha dərindən və əhatəli müşahidə edə bilmirik. Lakin bu gün Azərbaycan, sözün əsl mənasında müstəqildir, öz ərazi bütövlüyünü və suverenliyini təmin edibdir. Vətən müharibəsi və bir gündən də az davam edən antiterror əməliyyatı təkcə Cənubi Qafqazda, regionda deyil, bütövlükdə, dünyada yeni reallıqlar yaradıb.

Eyni zamanda, bir tərəfdən Azərbaycanın dünyada nüfuzunun getdikcə yüksəlməsi,  digər tərəfdən isə çağırışların artması fonunda bütün sahələrdə  inkişaf səviyyəmizi daha da gücləndirməliyik.  Yeni vəziyyət, yeni dövr yeni vəzifələr və məqsədlər deməkdir. Azərbaycan bu tarixi şəraiti qiymətləndirir və gələcəyə doğru önəmli addımlar atır.  Bu baxımdan,  ölkədə  növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

- Yeni Azərbaycan Partiyası seçkilərə “Qalibin xalqın Qalib Lideri!” şüarı ilə gedir. Bu barədə fikirlərinizi bilmək istərdik...

  - Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində  partiyanın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Bu gözlənilən, məntiqli bir qərar  idi. Çünki məhz cənab İlham Əliyevin siyasi iradəsi, diplomatik bacarığı və strategiyası nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Ermənistan, dünya erməniləri və öz planlarını reallaşdırmaq arzusunda olan qüvvələr Prezidentimizin və onun ətrafında sıx birləşən xalqın Qələbəsinin qarşısını ala bilmədi. Prezident İlham Əliyev xalqın inamını özünə qaytardı, onun ləyaqətini bərpa etdi. Bütün təsirlərə, təzyiqlərə baxmayaraq, böyük bir məsuliyyəti öz üzərinə götürdü.  Xalqımız belə bir tarixi uğuru iki əsrdən çox idi ki, gözləyirdi. O, ölkəmizin ərazi bütövlüyünün bərpasının son mərhələsini parlaq şəkildə həyata keçirdi. Bir gündən də az davam edən və qanunsuz, cinayətkar xuntanın özünü  buraxması,  onun keçmiş rəhbərlərinin həbsi ilə başa çatan antiterror əməliyyatı bir daha bütün dünyaya Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun ədalətli, mübariz simasını göstərdi. Azərbaycan bayrağı Xankəndində, Xocalıda, Ağdərədə, Xocavənddə qaldırıldı. Azərbaycan öz ərazisində separatizmə son qoydu.  Cənubi Qafqazda yeni reallıqlar yarandı.

Xalqımız ilk dəfə 1993-cü ildə öz Liderinə inandı. Xaos, özbaşınalıq, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan insanın  qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi reallıq idi və Azərbaycanın dünya siyasi xəritəsindən silinməsi təhlükəsi yaranmışdı. Xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələrək ölkəni bu ağır vəziyyətdən xilas etdi. Yeni strategiyanın təməli qoyuldu. Bütün sahələrdə islahatlar başlandı.  2003-cü ildə isə xalq Ulu Öndərin çağırışına səs verərək cənab İlham Əliyevə etimad göstərdi. Prezident 20 il dayanmadan, yorulmadan Azərbaycan dövlətinin inkişafı, onun tərəqqisi, dünyada nüfuzunun artması, nəinki bölgədə, dünyada  siyasi və iqtisadi çəkisinin artması üçün mübarizə apardı. Cənab İlham Əliyev sübut etdi ki, kiçik bir ölkə dünyaya necə səs sala bilər, geosiyasi proseslərə necə nüfuz edə bilər. 

2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin prezidenti seçiləcək. Yeni  hədəflərə nail olmaq üçün xalqımız fevralın 7-də növbədənkənar prezident seçkilərində yenidən qalib Liderinə səs verməklə daha böyük məqsədlərə  doğru inamla addımlayacaq.

-  Siz cənab İlham Əliyevin  həyata keçirdiyi siyasət haqqında danışdınız. Ötən 20 ildə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi  istiqamətində  hansı nailiyyətləri qeyd edə bilərsiniz?

- Mən Ulu Öndərimiz Heydər Əliyevin adını xüsusi olaraq vurğuladım. Çünki bizim bütün uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təməl, onun həyata keçirdiyi siyasət dayanır.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadın və uşaq hüquqlarının qorunması prioritet təşkil edib. Ötən 20 ildə isə həm normativ – hüquqi aktların qəbul edilməsi, həm institutsional mexanizmlərin yaradılması baxımından bir çox vacib işlər görülüb. 2006-ci ildə Prezident  İlham Əliyev  “Gender bərabərliyinin təminatları haqqında” regionda analoqu olmayan çox mühüm  qanun imzaladı.  Həmin qanuna əsasən Azərbaycan qadınları  çox geniş hüquqi təminatlar əldə etdilər. Bu sənəd kişi və qadınların dövlətin idarə olunmasında bərabər  təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə dövlət başçısı “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu. Bu qanunun qəbul olunmasında Respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə  qaldırılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsi”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” və bir sıra digər Dövlət Proqramları təsdiq edilib, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər, zorakılıq halları valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət, İnzibati Xətalar, Ailə, Cinayət-Prosessual  və digər Məcəllələrində, eləcə də “Təhsil”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Sosial xidmətlər” haqqında və digər qanunlarda əlavə və dəyişikliklər edilməsi haqqında qanunları qəbul edilib.

Eyni zamanda, uşaq hüquqların müdafiəsi istiqamətində çox güclü qanunvericilik bazası yaradılmışdır. Qəbul olunmuş bir sıra dövlət proqramları uşaqlarımızın sağlam  inkişafında,  daha yaxşı  şəraitdə və  keyfiyyətli təhsil almasında, gözəl  ailə mühitində böyüməsində  mühüm  əhəmiyyət kəsb edir.

 - Budəfəki prezident seçkiləri ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Bu mühüm reallıq barədə nə söyləyə bilərsiniz?

- Qeyd etdiyimiz kimi, 2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin prezidenti seçiləcək. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Çünki Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynamışdır. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi. Hətta heç bir seçki prosesində  nailiyyət qazanmayan bəziləri bu ərazilərin az qala heç vaxt azad olmayacağını və ya tam azad olmayacağını  deyirdilər. Lakin zaman göstərdi ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji əsasları daha da inkişaf etdirən, onu  gücləndirən Yeni Azərbaycan Partıyasının Sədri İlham Əliyev  qarşıya qoyulan bütün məqsədlərə nail olur. Ən vacib  vəzifə isə ərazi bütövlüyünün və suverenliyimizin təmin olunması, ölkə iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması, regionda və beynəlxalq aləmdə  Azərbaycanın söz sahibi olması idi.

Xalqımız bunu çox gözəl anlayır və hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verir. Çünki İlham Əliyevin ölkəmizə rəhbərliyi uzunmüddətli sabitlik vəd edir. Xalqın ona inamı  sonsuzdur. O, ölkəmizə edilən təzyiqlərə qarşı qətiyyətli, prinsipial mövqe göstərir və dövlətimizin maraqlarını ən üst səviyyədə müdafiə edir. Cənab İlham Əliyev Azərbaycana qarşı bəzi qlobal aktorlar tərəfindən müəyyən təzyiq cəhdlərinə qarşı təmkin və soyuqqanlılıqla adekvat tədbirlər görmək gücündədir. Çünki  o,  bu təsirlərin haradan gəldiyini, digər qlobal risklərin hansı şəkildə yarana biləcəyini və  buna qarşı mübarizə aparmaq qaydalarını da bilir.  Mən bütün seçicilərimizi prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram! Əminəm ki, belə də olacaq. Qalib xalqın Qalib Lideri yenə də zəfər çalacaq! Bu, xalqımızın Zəfəri olacaq!

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31