Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qalib Azərbaycan reallığı!

Qalib Azərbaycan reallığı!

19.01.2024 [11:36]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nizami rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Laura Quliyeva, Ramil Mehdiyev, Könül Mustafazadə və Həmidə Ələfsərova çıxış ediblər.

Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan  Qarabağ məsələsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub. Bütün bu reallıqlar Azərbaycanın qüdrətini nümayiş etdirir.

Natiqlər ilk dəfə səs verən şəxsləri maraqlandıran sualları cavablandırıb, onları prezident seçkilərində fəal olmağa dəvət ediblər.

İlk dəfə səs verəcək gənclər fevralın 7-də yüksək fəallıq nümayiş etdirəcəklərini, mütəşəkkil qaydada səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri bir sıra görüşlərdə də iştirak ediblər.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31