Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yeni uğurlara imza atacağıq”

“Yeni uğurlara imza atacağıq”

24.01.2024 [16:46]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunda gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Nizami Səfərov, təşviqat qrupunun üzvləri Sahib Həsənov, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Avdi Həsənov, Allahverdi Piriyev, Məhəmməd Ağayev və Sehranə Rzayeva çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Zəfər seçkiləri Azərbaycanın milli dövlətçilik tarixi üçün böyük əhəmiyyət kəsb edir. Bu seçki ilə gələcək inkişaf baxımından strateji bir mərhələ başlanır: “Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq”.

Gənclər də öz növbəsində prezident seçkilərində fəal iştirak edəcəklərini və qalib Lider İlham Əliyevə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri seçicilərlə növbəti görüş də keçiriblər.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31