Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir

Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir

26.01.2024 [13:14]

Yanvarın 26-da Zəngilan şəhərində yerləşən Konqres Mərkəzində Ekoloji məsələlər üzrə işçi qrupun bu il üçün ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva və işçi qrupun digər üzvləri iştirak edirlər.

İclasda Cəbrayıl rayonunda kəhrizlərin bərpası yolu ilə ətraf mühitin dayanıqlı inkişaf həlləri, Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşəçilik sahəsində görülmüş işlər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması məsələləri müzakirə edilir.

Həmçinin Zəngilan və Cəbrayıl rayonlarının su təchizatı sistemləri, Şərqi Zəngəzur iqtisadi rayonunda yol-tikinti layihələri, ərazidə mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası prosesi ərazi planlaşdırılması aspektləri, ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında məsələlər ətrafında müzakirə aparılır.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31