Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

30.01.2024 [09:21]

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 72 nəfər köçürülüb.

Doğma yurda qayıdan Laçın sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31