/ / Dövlət Dumasının deputatı: “Bu seçkilər Azərbaycan cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək”
Dövlət Dumasının deputatı: “Bu seçkilər Azərbaycan cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək”
05.02.2024 [15:35]
“Azərbaycan xalqı uzun müddətdən sonra nəhayət ki, öz ata-baba torpaqlarını geri qaytardı. Məhz bu baxımdan prezident seçkilərinin təyin edilməsi mühüm və vaxtında qəbul edilmiş qərardır. Çünki azad edilən ərazilərdə Azərbaycan vətəndaşlarına da öz vətəndaş iradələrini ifadə etmək imkanı yaradılmalı idi. Şübhəsiz ki, qarşıdan gələn 7 fevral prezident seçkiləri Azərbaycan cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək”. Bunu secki-2024.az saytına rusiyalı siyasi xadim, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
Dmitri Savelyevin sözlərinə görə, siyasi sabitlik dövlətin iqtisadi və sosial inkişafının ən mühüm komponentidir və Azərbaycanın son iyirmi ildə əldə etdiyi uğurlar bunu əyani şəkildə sübut edir. “Əminliklə demək olar ki, müstəqil dövlət kimi Azərbaycanın uğurunun üç sütunu - güclü hakimiyyət, şaxələndirilmiş iqtisadiyyat və xarici və daxili siyasətdə əsas prioritetlərin müəyyənləşdirilməsində milli maraqlara arxalanmaqdır”, - deyə deputat qeyd edib.
Siyasətçi əlavə edib ki, Azərbaycan Rusiya ilə təxminən eyni vaxtda və eyni məqsədlərlə iqtisadiyyatının şaxələndirilməsinə başlayıb və əslində bu məsələdə ölkələr bir-birinin təcrübəsinə arxalanır:
“Bu, əsasən ölkələrimiz və xalqlarımız arasında mövcud olan inamlı münasibətlər sayəsində mümkün olub. İndi isə Rusiyanın diqqət dairəsi qərbdən cənuba keçdikdə, Bakı Rusiyanın daha da mühüm strateji tərəfdaşına çevrilib. Bunun nəticəsidir ki, qarşılıqlı ticarətin artırılması üçün potensialımız son dərəcə yüksəkdir. Ekspertlər bildirirlər ki, bu il Rusiya və Azərbaycanın xarici ticarət dövriyyəsi iki dəfə arta bilər. Təbii ki, demokratik seçkilərlə təmin edilən siyasi sabitlik və güclü hakimiyyət bu inkişafa təkan verəcək”, - deyən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vurğulayıb ki, Azərbaycanda bütün əlamətdar tədbirlər daim yüksək səviyyədə keçirilib. Fevralın 7-də də seçkilərin ənənəvi olaraq qüsursuz təşkil olunacağına əminliyini ifadə edən Dmitri Savelyev sonda Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

