Xaricdə səsverən azərbaycanlılar: Şanlı tarix yaşayaraq Zəfər seçkilərində iştirak edirik
07.02.2024 [15:36]
Fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Ukraynanın Lvov şəhərindən paytaxt Kiyevə səsverməyə gələn seçici Şəhriyar Məhərrəmov təəssüratlarını belə ifadə edib: “Azərbaycanın şanlı tarixini yaşayaraq Zəfər seçkilərində iştirak edirik. Azərbaycanın işğaldan azad olunan ərazilərində ilk dəfədir səsvermə keçirilir”. “Ukraynada yaşayan Azərbaycan vətəndaşları da bu seçkilərdə iştirakı özlərinə borc bilirlər. Lvov şəhərindən olan bir çox gəncimiz seçkilərdə iştirak edir. İnanıram ki, bundan sonra da Azərbaycan bir çox qələbələrin şahidi olacaq”, - deyə Şəhriyar Məhərrəmov bildirib.
Kiyevdə səs verən seçici Kamran İsmayılov isə Zəfər seçkilərinin ona yaşatdığı qürurdan bəhs edib: “Bu gün Kiyevə raket hücumları olmasına baxmayaraq, Zəfər seçkilərində qürurla iştirak edirik. Zəfər seçkiləri əvvəlkilərdən fərqlənir, səsvermə Azərbaycanın bütün ərazisində keçirilir. Ukraynada yaşayan Azərbaycan vətəndaşları da səsvermədə iştirak etməyi özlərinə borc bilirlər. Mən də öz ailəmlə gələrək səs verdim. Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Əminəm ki, Ukraynada yaşayan Azərbaycan vətəndaşları da seçkilərdə fəal iştirak edəcəklər”.
Prezident seçkiləri ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində də yaradılmış seçki məntəqəsində səsvermə davam edir. Gürcüstanda müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev məlumat verib ki, saat 12:00-dək seçicilərin 32 faizi artıq səs verib. Həmin seçicilərin 66-sı ilk dəfədir səs verir. Daha 6 vətəndaşın 18 yaşı yeni tamam olub, bir seçicinin isə 85 yaşı var.
Səfir bildirib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, paytaxt Tbilisi ilə yanaşı, Gürcüstanın Axalkələki, Saqareco, Kaspi və digər bölgələrində işləyən, müvəqqəti ezamiyyədə olan və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak ediblər. Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq səsvermədə ümumilikdə mindən çox vətəndaşımızın iştirakı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

