Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Salma Joveyra: “Azərbaycan seçicisi öz seçimini azad şəkildə etdi”

Salma Joveyra: “Azərbaycan seçicisi öz seçimini azad şəkildə etdi”

08.02.2024 [11:17]

Azərbaycan seçicisi öz seçimini azad şəkildə etdi”. Secki-2024.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) heyət rəhbəri Salma Joveyra Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları monitorinqin yekunlarına dair brifinqdə deyib.

S.Joveyra bildirib ki, İƏT PA katibliyi hər zaman götürdüyü öhdəliklərin icrasına çalışır: “Həqiqətən vurğulamaq istəyirəm ki, seçki prosesi Azərbaycanda çox şəffaf şəraitdə keçib, seçici fəallığı olub. İnsanlar göstərdi ki, onlar demokratiyanı dəstəkləyir, seçdikləri namizədə inam və etibar edirlər. Azərbaycanlı seçicilər öz seçimini azad şəkildə etdi. Bir daha Azərbaycan xalqına təbriklərimi çatdırıram ki, onlar seçkini uğurla keçirə bildilər. Hesab edirəm ki, 7 fevral prezident seçkiləri Azərbaycanın daha da inkişafına öz töhfəsini verəcək. Pakistan olaraq biz başqa sahələrdə də əməkdaşlıq məsələlərini nəzərdən keçirməyi düşünürük. Ümid edirəm ki, bu əməkdaşlığı daha da genişləndirməklə ölkələrimiz regiondakı sülh və əmin-amanlığa öz töhfəsini verəcək”.

O, daha sonra deyib: “Mən dünən seçki məntəqələrində olarkən insanlar çox sevincli və gülərüz idilər. Pakistana qarşı çox yaxşı münasibət var idi, bizi qucaqlayır və deyirdilər ki, siz bizim qardaşımızsınız”.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31