Ev heyvanı - Evdə heyvan
16.02.2024 [11:15]
“Sadiq dostlar”ın yaratdığı problemlər...
Ev heyvanı bəsləmək dəb halını alıb. İstər xarici ölkələrdə, istər Azərbaycanda evdə heyvan saxlayan insanların sayı kifayət qədərdir. Ailələrin bəslədiyi bu heyvanlar xüsusilə balacaların canlı oyuncağına çevrilir. Ev heyvanı dedikdə isə ilk ağıla gələn it və pişik olur. Uşaqlar heyvanlara olan sevgisini göstərmək üçün onlarla yaxın təmasda olur, onları sığallayır, öpürlər. Ancaq bu, sağlamlıq üçün zərərli ola bilər. Mütəxəssislər də evdə saxlanılan heyvanların insanları müxtəlif viruslara yoluxdura biləcəyini təsdiqləyirlər.
Etiraf edək ki, əksər hallarda çoxmənzilli binalarda ev heyvanı saxlamaq ətrafdakı qonşular, insanlar üçün diskomfort yarada bilir. Qonşular uzun-uzadı zingildəyən, hürən itlərin əlindən zara gəlirlər. Dəfələrlə şahidi olmuşuq ki, adətən liftin qapısı açılar-açılmaz bizi qorxudaraq ilk qarşılayan iri itlər olur. Əksər hallarda itlərin qoruyucu ağızlığı olmur. Bu isə ətrafda olan digər insanlara, xüsusən də uşaqlara təhlükə yaradır. Belə ki, həmin itlərin anidən kiməsə hücum etməyəcəyindən heç kim sığortalanmayıb.
Dini yanaşma...
Qeyd edək ki, evlərdə it-pişik saxlamaq dəb halını alsa da, bu məsələyə mənfi münasibət bəsləyənlər az deyil. Bəzi din xadimləri qeyd edir ki, Quranda və hədislərdə itin evdə saxlanması günah kimi göstərilib. Onu da vurğulayırlar ki, it saxlanılan evlərə mələklər daxil olmaz. Həmçinin bildirilir ki, itin rütubətli halda toxunduğu hər şey murdar olur. Məsələn, it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da itin bədəni və ya tükləri hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır.
Evdə heyvan saxlamaq istəyənlərin nəzərinə...
İnfeksionist-həkim Mərdan Əliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, heyvanların əhliləşdirilməsi məsələsi qədim dövrlərdən mövcuddur: “Amma heyvanların birbaşa insanlarla birgə yaşaması məsələsi artıq kütləvi hal almağa başlayıb. Bəllidir ki, indi hər yerdə çoxlu sayda zoomağazalar fəaliyyət göstərir. Bu mağazalarda həm heyvanların gigiyenası, həm də qidalanması üçün müxtəlif növ məhsullar satılır. Bununla da əgər kiminsə ev heyvanı saxlamaq kimi hobbisi varsa, həmin ləvazimatlardan istifadə edərək, heyvanları düzgün qidalandırmalı, sanitar-gigiyenik qaydalara əməl etməli, heyvanları daim veterinarın nəzarətində saxlamalıdır”.
Bu infeksiyalara yoluxa bilərsiniz...
İnfeksionist qeyd edib ki, bəzi hallarda evdə heyvan saxlayan insanlar təəssüf ki, vacib olan sanitar-gigiyena qaydalarına əməl etmirlər: “Bu zaman heyvandan insana heyvan mənşəli infeksiyalar, o cümlədən parazitar infeksiyalar, qurdlar və s. bu kimi infeksiyalara yoluxa bilər. Ona görə də heyvanlarla təmas zamanı gigiyenik qaydalara riayət etmək lazımdır. Ən əsası isə evində heyvan saxlayan şəxs ətrafındakılara diskomfort yaşatmamalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

