Avqustun 1-də...
14.03.2024 [10:54]
Rus hərbçiləri Zvartnots hava limanını tərk edəcək?
NARDAR
Ermənistan Rusiyanı Qərblə əvəzləmək istiqamətində növbəti addım atır. KTMT-də fəaliyyətini donduran, Avropa İttifaqına üzvlük üçün müraciət etməyi düşünən Ermənistan paytaxt İrəvanda yerləşən Zvartnots hava limanından rus hərbçilərini də çıxarmağa hazırlaşır. Xatırladaq ki, bir müddət öncə rəsmi İrəvan Zvartnots hava limanında Rusiya sərhədçiləri ilə bağlı qarşı tərəfə rəsmi məktub göndərib. Rəsmi İrəvan hesab edir ki, hava limanında yalnız Ermənistan sərhəd qoşunları xidmət göstərməlidir. Baş nazir Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan sərhədçiləri avqustun 1-dən etibarən Zvartnots hava limanında tam xidmətə başlayacaqlar: “Burada söhbət erməni sərhədçilərinin hava limanında xidmətə başlamasından yox, yardımçı funksiyanı yerinə yetirən Rusiya sərhədçilərinin xidmətdən tamamilə kənarlaşdırılmasından gedir. Biz belə bir qərar verdiyimizi elan etmişdik və səhv etmirəmsə, rus hərbçilərinin ərazini tərk etməsi üçün son tarix kimi 2024-cü il avqustun 1-ni göstərmişik” .
Paşinyanın sözlərinə görə, ölkəmizdə dövlət qurumları bu müddət ərzində inkişaf edib: “Ermənistan Sərhəd Qoşunları ölkə ərazisindəki Rusiya Sərhəd Qoşunlarına məktubla müraciət edərək, onlara Zvartnots hava limanında xidmətlərinə və göstərilən köməyə görə təşəkkür edib. Ermənistan Sərhəd Xidməti artıq Rusiya tərəfinin köməyi olmadan Zvartnots hava limanında xidməti həyata keçirmək üçün kifayət qədər təcrübə, bacarıq və bilik əldə edib”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandan müvafiq məktubun alındığını təsdiqləyib: “Ermənistan Sərhəd Qoşunları ölkə ərazisindəki Rusiya Sərhəd Qoşunlarına məktubla müraciət edərək, onlara Zvartnots hava limanında xidmətlərinə və göstərilən köməyə görə təşəkkür edib”. O qeyd edib ki, məsələ ilə bağlı qurumlar arasında əlaqə davam edəcək.
Məlumdur ki, Rusiyanın Ermənistana təsir və təzyiq imkanları kifayət qədər genişdir. İlk növbədə, Ermənistanda Rusiyanın beş minə qədər hərbçisi mövcuddur. Gümrüdə şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, “C-300” zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb.
Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Digər tərəfdən, Rusiya Ermənistanı sosial-iqtisadi cəhətdən də tam nəzarətə götürüb. Bu sahələr də Rusiyanın nəzarətindədir. Hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Beləliklə, Paşinyan hakimiyyətinin davranışları Rusiyanın öz forpostuna qarşı müəyyən sərt addımlar atmasına səbəb ola bilər. Ermənistan hakimiyyətinin Qərb tərəfdaşlarının onu nə dərəcədə müdafiə edib-etməyəcəyi isə suallar doğurur.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

