Qərb təhlükəli 5 aprel görüşünə yeni ideya fonu verdi…
29.03.2024 [18:03]
"ERMƏNİSTANIN İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN ARTIRILMASI"....
“Aprelin 5- də Brüsseldə üçtərəfli ABŞ-Avropa Komissiyası-Ermənistan görüşünün hədəfləri və doğuracağı nəticələr ətrafında müzakirələr geniş vüsət alıb. ABŞ- ın dövlət katibi Blinkenin "konkret müzakirə mövzuları barədə indidən danışmaq tezdir" açıqlamasından sonra Blinken- Paşinyan- Ursula fon der Lyayen görüşünə maraq daha da artıb. Təbii suallar yaranır :" Görüşün təşkilatçıları onun təfsilatları ilə bağlı qeyri- müəyyınliyin qalmasında niyə belə maraqlı görünürlər"?...”
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Görüş formatının hər 3 tərəfinin Azərbaycanla bu günkü münasibətlərini nəzərə alsaq, Azərbaycanın daha maraqlı və daha həssas tərəf olduğunu hər kəs qəbul etmək zorundadır. Necə yəni, bizim taleyimizin bizsiz müzakirə olunduğu bir formata necə həssas olmaya bilərik?!
Azərbaycan XİN gözlənilən görüşə dərhal reaksiya verdi. Bəyanat yayaraq görüşün bölgəmizdə sülh və təhlükəsizlik baxımından inklüziv olmadığını, Ermənistanı sabitlik əleyhinə addımlara şirnikləndirəcəyini, gözlənilən neqativ nəticələr üçün məsuliyyətin Ermənistanın və onun bu format üzrə tərəfdaşlarının üzərinə düşəcəyini bəyan etdi. Dəqiq mövqedir.
Rusiyanın XİN başçısı Lavrov da kəskin reaksiya verdi. “Onlar bölgəyə sülh gətirmək yox, sabitliyi pozmağı hədələyiblər. " dedi.
İran Yerevandakı səfirin dili ilə ümumi, qorxaq , müqəssiri dəqiq göstərməyən bəyanatla kifayətləndi ." Zaqafqaziya regionuna Qərb qüvvələrini gətirmək sabitliyə ziyan vuracaq" dedi. Guya İran bilmir və fərqinə varmır ki, bölgəyə Qərbi gətirən Ermənistandır?!...
Ermənistan XİN- in reaksiyası özünə bəraət xarakterli oldu və bu belə də gözlənilirdi. “Bu 3- cü ölkələrə qarşı çevrilməyib, bölgədə sülhün əleyhinə deyil " və sair kimi nağıllar eşidildi.
Dünən ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin reaksiyası narahatlıqları daha da artırdı. “Azərbaycanın bu görüşü inklüzivlikdən uzaq sayması ilə razı deyilik. Bu görüş İQTİSADİ MÜQAVİMƏTLİLİYİ " artırmaqla Ermənistanın ticarətini diversifikasiya etmək və humanitar tələbləri daha yaxşı ödəmək məqsədi güdür" kimi bəyanat səsləndirdi .
Bu artıq görüş ətrafında yeni və daha təhlükəli ideoloji - informativ fon yaratmaq cəhdidir. Hər kəs 5 aprel görüşünün Ermənistanı silahlandlrmaq, yeni hərbə hazırlamaq yolunda mərhələ açacağını söylədiyi halda, ABŞ- dan yeni formul gəlir. Siz deməyin hər şey heç də hərblə yox, Ermənistanın iqtisadi gücləndirilməsi və müqavimətliliyinin artırılması ilə bağlı imiş. Çox təəssüf ki, Millerin bəyanatında Ermənistanın sülhə təşfiq ediləcəyi ilə bağlı eyhama rast gəlinmədi. Bu da şübhələri artıran məqamlardan birinə çevrilir.
5 aprel görüşünün arxasında hərbi- təcavüz niyyətlərinin olduğu qətiləşir...”
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

