İrana qarşı növbəti sanksiya
23.04.2024 [10:50]
Sanksiyaların səbəbi İsrailə hücumla əlaqələndirilir
İran İslam Respublikasının Qərbin ağır sanksiyalarına məruz qalması yeni məsələ deyil. Əsasən, ABŞ tərəfindən reallaşdırlan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilib. Məlumdur ki, İran uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Qonşu dövlət isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Xatırladaq ki, Birləşmiş Ştatlar müxtəlif iddialar səsləndirərək Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılmış genişmiqyaslı sanksiyaları bərpa etdi. Təbii ki, ixracdan gələn neft gəlirlərinin azalması İran iqtisadiyyatına özünün mənfi təsirlərini göstərir.
Bundan əlavə, İrandan Rusiyaya müxtəlif növ silahların, o cümlədən pilotsuz uçuş aparatlarının, kamikadze dronların satılmasını təsdiqləyən faktlar da İranı yenidən kollektiv Qərbin sanksiyalarının ünvanına çevirdi. Kollektiv Qərb, həmçinin İranda insan haqları ilə bağlı bəzi nazirlərə, əxlaq polisinə və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin əvvəlindən Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) da sanksiya tətbiq edib.
Bugünlərdə isə Avropa İttifaqının dövlət və hökumət başçıları Brüsseldə keçirilən qeyri-rəsmi sammitdə İrana qarşı sanksiyaları genişləndirmək qərarına gəliblər. Buna səbəb İranın İsrailə qarşı raket hücumlarıdır. Xarici KİV-lərin məlumatına görə, bu, 27 dövlət və hökumət başçısının Avropa Parlamentinə seçkilər ərəfəsində son görüşüdür. Görüşdə Avropa İttifaqına seçkilərin müzakirə olunacağı gözlənilirdi. Lakin İranın İsrailə hücumu planı dəyişdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ İrana qarşı mövqeyində yekdildir. “Biz bu hücumu pisləyirik. Biz sanksiyalar tətbiq edəcəyik və regionda mülki əhalini müdafiə etmək üçün əlimizdən gələni etmək niyyətindəyik”, - deyən diplomat yeni sanksiyaların pilotsuz təyyarə və raket istehsal edən İran şirkətlərini hədəfə aldığını əlavə edib.
ABŞ ilə razılaşdırılmış paketdə İranın aparıcı hərbi xadimlərinə sanksiya tətbiq olunub. Böyük Britaniya və ABŞ, həmçinin İranın pilotsuz uçuş aparatı (PUA) və raket istehsalı sahəsində fəaliyyət göstərən əsas şəxslərinə və qurumlarına qarşı da bir sıra sanksiyaların tətbiq olunduğu elan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və İran Silahlı Qüvvələrinin Baş Qərargahı da sanksiyalara məruz qalan qurumlar arasındadır.
Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri isə Yaxın Şərqdəki tərəfləri eskalasiyadan çəkinməyə, növbəti qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırıb. Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

