Orbanın sülh təşəbbüsləri nəticə verəcəkmi?
09.07.2024 [10:33]
N.BAYRAMLI
İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi regionda böyük fəlakətə səbəb olub. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə yüzminlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.
Kiyevdən sonra Moskvaya...
Belə bir şəraitdə bır sıra Qərb ölkələri müharibənin dayandırılması üçün yox, daha da alovlanmasına səbəb olan addımlar atırlar. Ukraynanın davamlı silahlandırılması, Kiyevə verilən müxtəlif vədlər buna xidmət edir. Tərəflər arasında sülh üçün vasitəçilik edən ölkələrin sayı isə kifayət qədər azdır. Müharibənin başladığı ilk günlərdən indiyədək Türkiyə sülh üçün müxtəlif praktiki addımlar atıb. Bundan başqa, Çin Xalq Respublikası da sülh təşəbbüsü ilə çıxış edib. Lakin bu ölkələrin təşəbbüsləri hələ də nəticə verməyib. Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını arzulayan dövlətlərdən biri də Macarıstandır. İyulun 1-də Avropa İttifaqına sədrlik etməyə başlayan bu ölkənin Baş naziri Viktor Orban Aİ-yə sədrliyin ikinci günü - iyulun 2-də Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Viktor Orban Volodimir Zelenskiyə sülh danışıqları öncəsi atəşkəs variantını nəzərdən keçirməyi təklif edib. Macarıstanın Baş naziri bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.
Macarıstanın Baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün iyulun 5-də Moskvaya səfər edib. Səfər zamanı Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban beynəlxalq məsələlər, o cümlədən Ukrayna ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər arasında keçirilən görüşdən sonra baş tutan mətbuat konfransı zamanı V.Putin deyib ki, Rusiyanın sülh təşəbbüslərinin həyata keçirilməsi hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa imkan verərdi. Onun fikrincə, Moskva ilə Kiyev arasında müvəqqəti barışıq və ya pauza yox, münaqişənin tam və qəti sonu olmalıdır.
Orban: Tərəflərin mövqeləri bir-birindən çox uzaqdır
Orban isə Macarıstanın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib. Bununla belə, Orban bir həftə ərzində reallaşan Kiyev və Moskva səfərində aparılan danışıqlardan sonra tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğu qənaətinə gəlib. Buna görə də, Avropa İttifaqının sədri olan Macarıstanın Baş naziri hesab edir ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır: “Vacib addımı atmışıq, əlaqələr yaradılıb, bu istiqamətdə işləri davam etdirəcəyəm”.
Kiyev Viktor Orbanın təklifini niyə qəbul etməyib?
Yeri gəlmişkən, rəsmi Kiyev Viktor Orbanın atəşkəslə bağlı təklifini qəbul etməyib. “Prezident Zelenski hesab edir ki, bu cür təşəbbüslər nizamlamanın digər aspektlərindən ayrı nəzərdən keçirilməməlidir”,-deyə Ukrayna Prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib. Həmçinin, XİN bəyan edib ki, Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri Kiyevlə razılaşmadan qəbul edilib: “Dövlətimiz üçün “Ukraynasız Ukrayna ilə bağlı heç bir razılaşma” prinsipi sarsılmaz olaraq qalır və biz bütün dövlətləri buna ciddi əməl etməyə çağırırıq. Ukrayna Macarıstanın Baş nazirinin Kiyevə səfərinin nəticələrinə görə ikitərəfli əməkdaşlığın və Avropaya inteqrasiyanın inkişafı üzrə gələcək işlərə konstruktiv şəkildə köklənib. Ədalətli dünyanı bərpa etməyin yeganə real yolu “sülh formulu” olaraq qalır”.
Sülh üçün Pekinə səfər...
Macarıstanın Baş naziri isə bu münaqişənin həllinə nail olmağa israrlıdır. Bunun səbəblərdən biri də Rusiya-Ukrayna müharibəsinin Avropa iqtisadiyyatına təsir göstərməyə başlamasıdır. Orbanın təşəbbüsləri göstərir ki, Macarıstan Avropa İttifaqına sədrliyi dövründə Avropada sülhün təmin edilməsini özünün əsas vəzifəsi hesab edir. Hətta iyulun 8-də onun Çin Xalq Respublikasına səfərində də Si Cinpin ilə görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzusu olub. Orban Çini Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkə adlandırıb. “Çin sülh üçün şərait yaratmaqda əsas gücdür (...) Buna görə də mən Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekində Sədr Si Cinpinlə görüşməyə gəldim”, - deyə Orban özünün sosial şəbəkə hesabında yazıb. Çinin rəsmi mediasının yazdığına görə, liderlərin görüşündə Viktor Orban Si Cinpinə Ukraynaya və Rusiyaya son səfərləri haqqında məlumat verib. Macarıstan Baş nazirinin Ukrayna böhranının siyasi həlli istiqamətində səylərini yüksək qiymətləndirən ÇXR Sədri ölkəsinin məsələ ilə bağlı mövqeyini xatırladıb. Si Cinpin tezliklə atəşkəsin və siyasi nizamlanmanın bütün tərəflərin maraqlarına cavab verdiyini vurğulayaraq, döyüş sahəsinin genişlənməsinin qarşısını almaq, hərbi əməliyyatları artırmamaq, tərəflərin atəşi alovlandırmamaq prinsiplərinə riayət etməklə vəziyyətin sakitləşdirilməsinin prioritet olduğunu söyləyib.
Çin lideri beynəlxalq ictimaiyyəti iki tərəf arasında birbaşa dialoq və danışıqların bərpasına şərait yaratmağa, bu prosesə dəstək verməyə çağırıb. Bildirib ki, yalnız bütün böyük ölkələr mənfi deyil, müsbət enerji sərf edərsə, bu münaqişədə atəşkəs mümkün qədər tez əldə edilə bilər. “Çin sülh danışıqlarını fəal şəkildə təbliğ edir, böhranın dinc yolla həllinə töhfə verən bütün səyləri dəstəkləyir”, - deyən Si Cinpin əlavə edib ki, Çin və Macarıstanın əsas mövqeləri və səyləri üst-üstə düşür. Eyni zamanda, rəsmi Pekin Macarıstanla və bütün müvafiq tərəflərlə təmasları saxlamağa hazırdır.
Macarıstanın təşəbbüslərinə qarşı çıxanlara cavab...
Macarıstanın xarici işlər naziri Peter Siyarto da Baş nazir Viktor Orbanın “sülhməramlı missiya” çərçivəsindəki addımlarından danışıb. Bu barədə nazir feysbuk səhifəsində avropalı siyasətçilərə müraciət edib. Siyarto avropalı siyasətçilərə Baş nazir Viktor Orbanın “sülhməramlı missiyası” çərçivəsində gələn həftə gözlənilən növbəti addımlarını “təhlükəsizlik kəmərlərini bağlayıb diqqətlə izləməyi” tövsiyə edib. “Ukraynaya silah tədarük edən, oraya qoşun göndərmək xəyalı ilə yaşayan və nüvə silahından istifadə edilməsi haqqında söhbət aparan çoxsaylı “müharibə tərəfdarı olan siyasətçilər” Avropa İttifaqındakı böhranı daha da ağırlaşdırırlar”, - deyə Peter Siyarto qeyd edib.
Bütün bunlar göstərir ki, V.Orban Aİ sədri olaraq Macarıstanın Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün gerçək fəaliyyət ortaya qoyur. Amma bu müharibənin davam etməsinə maraqlı olan Qərbin V.Orbanın sülh təşəbbüslərinə maneələr törədəcəyi istisna deyil.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30

