Yolun sonu yaxınlaşır...
21.02.2025 [08:35]
Eks-prezidentlər Paşinyana qarşı birləşir
Baş nazirin səhvləri sonunu gətirib - çıxış yolu isə sülhü imzalamaqdır
Son iki ayda baş verənlər, yeni siyasi reallıqların ortaya çıxması bir daha sübut edir ki, vaxt Ermənistanın, xüsusilə baş nazir Nikol Paşinyanın əleyhinə işləyir. 2018-ci ildə məxməri inqilabla hakimiyyətə gələn Paşinyan mühüm çağırışla üz-üzədir. Hətta post - müharibə dövründə Ermənistanda keçirilən parlament seçkiləri zamanı belə hazırki kritik vəziyyət yaranmamışdı. Artıq Paşinyana qarşı blok sıxlaşır, baş nazir dalana tərəf sıxılır.
Paşinyan üçün təhlükə...
Son dövrlər bir məsələ diqqəti cəlb edir - “seçici etimadı”ndan narahat olmadığını deyən Paşinyan dəfələrlə növbəti parlament seçkilərinin növbədənkənar baş tutma ehtimalını təkzib edib, cidd-cəhdlə bu seçkilərin gələn il baş tutacağını bildirib. Halbuki, ötən ilin sonuna qədər Paşinyan əlində olan mətbu orqanlar vasitəsilə “seçki sorğuları” keçirir, özünün reytinqini müəyyənləşdirmək üçün fərqli xarici şirkətlərə müraciətlər edirdi. Rusiyadan “ayrılmasını”, Aİ-yə tərəf “irəlilədiyini”, ABŞ-ın “orbitinə girdiyini” fəxrlə önə sürürdü və bunu dividend olaraq istifadə edirdi. Amma qısa zamanda vəziyyət dəyişib - Paşinyanın burnundan uzağı görməməsi onun siyasi karyerası üçün mühüm təhlükə formalaşdırıb.
Aİ oxu daşa dəydi...
Bəli, artıq nə Aİ həmin cəlbediciliyindədir, nə ABŞ həmin həvəsdədir. Trampın hakimiyyətə gəlişi ilə birinci növbədə Bayden dövrünün səhvlərini düzəltməyə start verməsi Paşinyan üçün də ciddi siqnala çevrildi. İkitərəfli xartiyanın cəmisi bir neçə gündən sonra fəaliyyətsiz kağız parçası statusu qazanması, ABŞ-ın Ermənistana diqqət ayırmaması, regionda yeni siyasi mənzərənin yaranması, xüsusilə Türkiyənin proseslərdə önə çıxması Paşinyanın “hesabları” ilə üst-üstə düşmür. Siyasi ambisiyalarını qısamüddətli perspektiv üçün müəyyənləşdirən Paşinyan dilemma qarşısındadır - ya vəzifədən uzaqlaşdırılmasını “seyr etməli”, ya növbədənkənar seçkilərə gedərək parlamenti təhvil verməli, ya da... bu haqda bir az sonra.
İndi isə qayıdaq Ermənistandakı daxili ab-havaya. Vurğulandığı kimi, Aİ ilə ABŞ arasında sərin küləklərin əsməsi Ermənistan cəmiyyəti üçün mühüm suallar formalaşdırıb. Aİ üzvlüyünə namizədliklə bağlı proses hələ ilkin mərhələdədir və baş verənlər bu perspektivin nə dərəcədə doğru seçim olması sualını yaradır. Çünki Aİ-nin ard-arda buraxdığı səhvlər, qlobal dəyərlərə arxa çevirməsi faktı Münhen Təhlükəsizlik Konfransında ABŞ tərəfindən üzünə çırpıldı. Konfransa qatılmaq üçün Münhenə gedən Paşinyan isə nəinki istədiklərini əldə edə bilmədi, əksinə, öz canının hayına qalan Aİ-də masa arxasına oturub müzakirə aparmağa adam tapmadı. Beləliklə, onun Aİ həvəsi başlamamış yekunlaşmağa doğru açıq-aşkar yol alıb...
Koçaryan situasiyadan istifadə edir...
Təbii ki, baş verənlər Ermənistandan da “izlənir”. Paşinyanın söykəndiyi dağlara “qarın yağması” ilə ənənəvi müxalifət üstündəki “tozu” çırpmaq qərarına gəlib. Son günlərdə Ermənistanın keçmiş prezidentlərinin aktivləşməsi isə birbaşa bununla bağlıdır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək, ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, əsas iki istiqamət seçilib: Qarabağ erməniləri kartı və Rusiyadan qopmağın fəsadları. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də şimala dəstək üçün mesaj göndərib, həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində iştirak edəcəyinə işarə verib. Heç şübhəsiz ki, açıqlamalarında separatçı Samvel Şahramanyanın adını hallandırması, onu təmizə çıxarmaq istəyi də bununla əlaqədardır. Xatırladaq ki, özünü olmayan separatçı qurumun “başçısı” adlandıran Şahramanyan “artsax parlamenti”nin səlahiyyətlərinin uzadılması haqqında “fərman” imzalayıb. Guya fövqəladə vəziyyət zamanı “seçkilər” keçirilə bilmədiyi üçün, “parlamentin” səlahiyyət müddəti də 2025-ci ilin mayında başa çatdığından, ya yeni “seçkilər” keçirilməli, ya “parlament” buraxılmalı, ya da “səlahiyyətlər uzadılmalıdır”. Təbii ki, bu da revanşistlər üçün növbəti gülünc spekulyasiyadır.
Bununla yanaşı, Koçaryan Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da İrana işarə edərək, Tehrana bununla mesaj göndərmiş sayılıb. Ümumi olaraq, keçmiş siyasətçinin çıxışı son günlər baş verən hadisələr fonunda müxalifəti təşkilatlanmaya, Rusiyadan xüsusi dəstək almağa yönəlik sayılır.
Sarkisyana “göndərişlər”...
Başqa sözlə, Koçaryan yaranan xaosdan tam istifadə etmək arzusunda olduğunu ortaya qoyur. Paşinyana açıq meydan oxuması isə boşuna deyil - Koçaryan yenə də ənənəvi Qarabağ kartına müraciət edir. Bu yolda isə özünün keçmiş terrorçu yol yoldaşını “yanına alır”. Təsadüfi deyil ki, Koçaryan müsahibəsində tez-tez Serj Sarkisyana “müraciət” göndərir. Onun sözlərindən belə anlaşılır ki, sabiq prezidentləri birləşdirən məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əlavə olaraq, Koçaryana yaxın media orqanlarında bu açıqlama ilə bağlı verilən şərhlərdən də anlamaq olar ki, Ermənistanın ikinci və üçüncü prezidentləri baş nazirə qarşı gizli ittifaq qurublar və ya yaxın günlərdə bu işlə bağlı ciddi addımlar atılacaq. Bu da o deməkdir ki, Paşinyana qarşı yeni cəbhə yaranır və Robertlə Serjin ittifaqı vəziyyəti bir az da qəlizləşdirə bilər. Paşinyan düşdüyü dalandan xilas olmaq üçün hər iki tərəflə mübarizə aparmaq məcburiyyətində qalacaq. Buraya Paşinyanla düşmən olan erməni kilsəsini də əlavə etsək, yaranan qruplaşmaya qalib gəlmək şansı hazırki baş nazir üçün mümkünsüz görünür.
Sülh Paşinyan üçün yeganə xilas yoludur!
Amma çıxış yolu var. Yuxarıda qeyd etdiyimiz tezislərin sonuncusu məhz Paşinyan üçün çıxış yoludur. Paşinyan verdiyi səhv qərarlar üzündən yerlərdə sürünən reytinqini qaldırmaq, Ermənistanın yeni dövrdə “memarı” olmaq istəyirsə, Azərbaycanla sülh müqaviləsinin qısa zamanda imzalamalı, Konstitusiya dəyişikliyinə getməli və Zəngəzur dəhlizini aktivləşdirməlidir. Bu üç addım Paşinyanı öz xalqının gözündə yenidən “xilaskara” çevirəcək. Çünki Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanı düşdüyü bu qeyri-müəyyənlikdən xilas edəcək, fərqli regional və qlobal aktorların ətəyindən yapışmağa ehtiyac qalmayacaq, Cənubi Qafqazda olduqca əlverişli və sərfəli iqtisadi mühit formalaşacaq, Azərbaycanın vasitəsilə həm də Ermənistan özünü dövlət kimi təsdiqləyəcək. Əks halda, Paşinyan nəinki öz vəzifəsini itirəcək, ən yaxşı halda gələcək illərini devirdiyi komandanın zindanında keçirməli olacaq. Onsuz da, bölgədə sülh zəruridir. İndiki halda isə sülh həm də Paşinyan üçün yeganə xilas yoludur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27
