Arktika necə "bölünəcək"?
01.03.2025 [09:36]
Qlobal dünya yeni tarixi dövrə qədəm qoyur - artıq beynəlxalq münasibətlər “çoxqütblülük” sisteminə transformasiya olunur. Tarix boyu diqqət mərkəzində olan və bu günə qədər öz əhəmiyyətini itirməyən regionlar 20-ci əsrdə olduğu kimi yenidən bir neçə güc mərkəzinin təsir dairəsi altında olacaq. Sözsüz ki, bu proses Ukraynadakı problem həll olunduqdan sonra daha da sürətlənəcək. Geniş təsir rıçaqlarına malik olan böyük dövlətlər dünyanın bölüşdürülməsində maraqlıdır. Proses Arktikaya da təsirsiz ötüşməyəcək.
Arktikanın əhəmiyyəti
İstər Soyuq müharibə dövründə SSRİ ilə ABŞ, istərsə də son otuz ildə Rusiya ilə ABŞ arasında Arktika regionu üzərində geostrateji, geosiyasi və geoiqtisadi rəqabət aparılıb. Hər iki güc mərkəzinin bu regionda yerüstü və sualtı ballistik raket bazaları var. Neft-qaz ehtiyatları ilə zəngin və potensial marşrut olan bu region digər beynəlxalq güc mərkəzlərinin də diqqətindən yayınmayıb.
Arktikada ABŞ və Rusiyanın maraqlarının həm toqquşduğu, həm də uzlaşdığı dövrlər də olub. Yaxın zamanda ABŞ-Rusiya münasibətlərinin normallaşması fonunda regiondakı vəziyyət yenidən nəzərdən keçiriləcək - Rusiya İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev KİV-lərə açıqlamasında qeyd edib ki, bu yaxınlarda Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarında Arktika da müzakirə predmenti olub. Onun sözlərinə görə, hər iki tərəf Arktikada neft-qaz ehtiyatlarının istismar olunması, mühüm enerji layihələrinin həyata keçirilməsi və gələcək nəqliyyat marşrutunun müəyyən olunması ətrafında geniş fikir mübadiləsi aparıblar. Bir sıra ekspertlər hesab edirlər ki, Arktikada ortaq geosiyasi və geoiqtisadi maraqların bölüşdürülməsi ABŞ ilə Rusiya arasında uçurumu aradan qaldıracaq və hər iki güc mərkəzini bir-birinə daha da yaxınlaşdıracaq.
Xüsusilə qeyd edək ki, martın 26-27-də Rusiyanın Murmansk şəhərində “Altıncı Beynəlxalq Arktika Dialoq Forum” keçiriləcək - tədbirdə region dövlətləri və beynəlxalq təşkilatların rəsmiləri, müxtəlif elm və analitik mərkəzlərinin tədqiqatçıları iştirak edəcək. Rus KİV-ləri qeyd edir ki, bu tədbirdə Arktikada iqlim dəyişikliklərinin fəsadları, o cümlədən regionla bağlı siyasi, iqtisadi və enerji məsələləri müzakirə olunacaq.
Qrenlandiya amili
Dünyanın ən böyük adası, istismar olunmayan enerji resursları ilə zəngin və logistik marşrut potensialına malik olan Qrenlandiya hər zaman ABŞ-ın Arktika və Atlantika strategiyasında prioritet təşkil edib. İkinci Dünya müharibəsindən başlayaraq bu günə qədər adada ABŞ-ın hərbi bazaları fəaliyyət göstərir. Vaşinqton bir növ bu ada üzərindən öz təhlükəsizliyini təmin edir. Bu gün Qrenlandiya daha aktual beynəlxalq gündəm mövzusuna çevrilib.
Trampın Ağ Evə qayıtdıqdan sonra Kanada və Qrenlandiya ilə bağlı çıxışları - hər iki regionu ABŞ-a birləşdirmək niyyətini açıq şəkildə büruzə verməsi Qərb yarımkürəsində çox ciddi narahatlıq yaradıb. Hətta Qrenlandiyanı ilhaq etmək üçün hərbi gücə əl atmağa hazır olmasını istisna etməməsi Avropa ölkələrini ciddi təşvişə salıb.
Ekspertlərin fikrincə, Qrenlandiya Tramp üçün üç amilə görə prioritetdir -
ABŞ-ı xarici təhlükələrdən qorumaq, yaxın gələcəkdə adadakı neft-qaz və mineral ehtiyatları istismar etmək, eyni zamanda, şimalda buzlaqların əriyəcəyi təqdirdə ada üzərindən Şimali Amerikanı Arktika ilə birləşdirən yeni beynəlxalq nəqliyyat-kommunikasiya xəttini çəkmək Ağ Ev rəhbərinin strateji hədəfləridir.
Dünyanın nüfuzlu “CASTO” analitik mərkəzinin bu yaxınlarda dərc olunan məqaləsində qeyd olunur ki, Arktikada buzların əriməsi Qrenlandiyanı geosiyasi mükafata çevirir, ABŞ-ın Pituffik Kosmik Stansiyası və ballistik raketləri üçün çox önəmlidir. “CASTO” onu da bildirib ki, ABŞ investisiyalar və birbaşa yardım vasitəsilə, həmçinin geosiyasi və geoiqtisadi təzyiqlər tətbiq etməklə Qrenlandiyanı Danimarkadan təcrid edə bilər: “Arktikada strateji resurslar, gəmiçilik marşrutları və hərbi mövqe üzərində rəqabət fövqəldövlətləri beynəlxalq normalara meydan oxumağa sövq edir və regionu getdikcə daha çox mübahisəli geosiyasi arenaya çevirir,” - deyə mərkəzin məqaləsində qeyd olunur.
Yaxın dövrdə Qrenlandiya ətrafında ciddi proseslərin baş verməsi mümkündür, amma Tramp administrasiyası Danimarka, həmçinin Avropa İttifaqı ilə diplomatik danışıqlar masasında da öz hədəflərinə nail ola bilər. Vaşinqtonun təsir rıçaqları çox güclüdür və təklifləri cəlbedicidir.
Arktikada maraqların uzlaşması
Yaxın gələcəkdə Arktika əsasən, ABŞ və Rusiyanın geostrateji təsir dairəsinə bölünəcək - həm Tramp, həm də Putin qarşılıqlı əməkdaşlıq çərçivəsində bu regionda Vaşinqton və Moskvanın geosiyasi və geoiqtisadi maraqlarını təmin etməyə çalışacaq. Bu hədəflər üzərində addımlar atılacaq:
- Hərbi-strateji və təhlükəsizlik zonalarının müəyyənləşdirilməsi
- Yeni iqtisadi zonaların əsasının qoyulması
- Regionda neft-qaz ehtiyatlarının istismarı üzərində birgə əməkdaşlıq
- Yeni beynəlxalq marşrut xətti
- Regiondan kənar güc mərkəzlərinin regiona müdaxiləsinin qarşısının alınması
Bu baxımdan Arktika regionunun gələcək taleyi ABŞ və Rusiyadan asılı olacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

