Qrenlandiya müəmması
06.03.2025 [08:57]
Müstəqillik, yoxsa...
Hakimiyyətə gəldiyi gündən etibarən həm açıqlamaları, həm də qərarları ilə gündəmi “zəbt etmiş” ABŞ Prezidenti Donald Trampın gələcək prioritetləri də böyük maraq kəsb edir. Xüsusilə, Trampın Panama, Kanada və Qrenlandiya ilə bağlı “planları” dünya mediasında diqqətlə izlənilir. Tramp son çıxışında da auditoriyanı özünə cəlb edə bilib - belə ki, onun Konqresdəki son çıxışı mühüm detalları ilə seçilib. Ölkəsinin daxili və xarici siyasəti haqda geniş məlumat verən Tramp bildirib ki, ölkəsinin hərbi potensialı inkişaf etdiriləcək - ABŞ hökuməti yeni raketdən müdafiə sistemləri qurmağı planlaşdırılır. O, Ali Baş Komandan kimi Konqresdən ABŞ-da hazırlanmış ən qabaqcıl raketdən müdafiə qalxanı olan “Qızıl Qübbə”ni maliyyələşdirməsini xahiş edib.
Vurğulandığı kimi, Trampın xarici siyasət hədəfləri dəyişməyib - bu, Prezidentin Konqresdəki çıxışında da təsdiqlənib. Belə ki, o, nitqində Panama kanalı və Qrenlandiya haqqında da danışıb. ABŞ prezidenti Panama kanalına nəzarəti bərpa etmək niyyətini açıqlayıb. O deyib ki, bu işə məsul şəxs Dövlət katibi Marko Rubio olacaq.
Trampın fikri qətidir...
ABŞ Prezidentinin Qrenlandiya “arzusu” isə səngimiş kimi görünmür. Çıxışında Tramp Qrenlandiya xalqının ABŞ-a qoşulma qərarını bəyənəcəyini bildirib. Onun sözlərinə görə, ölkəyə milli və hətta beynəlxalq təhlükəsizliyi təmin etmək üçün bu lazımdır.
Xatırladaq ki, ötən ilin dekabrında Tramp Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinin milli təhlükəsizlik və azadlıq üçün zəruri olduğunu bildirmişdi. O, Danimarkanın bu əraziyə nəzarət etmək üçün kifayət qədər resurslara sahib olmadığını vurğulamışdı. Bu il yanvarın 7-də isə Tramp Qrenlandiyanın ABŞ-a birləşməsi halında yerli sakinlərin bundan faydalanacağını vurğulamışdı. Yanvarın 21-də Tramp Danimarkanı Qrenlandiya məsələsinə görə ticarət müharibəsi ilə hədələmişdi.
Danimarka dialoqa hazırdır, amma...
Danimarkanın Baş naziri Mette Frederiksen isə açıqlamasında Trampın iqtisadi təzyiq vasitəsilə Qrenlandiyaya nəzarət etmək niyyətindən vaz keçmədiyini deyib. O, ötən ay ABŞ dövlət katibi Marko Rubionun Prezident Trampın adanı almaqda maraqlı olmasını “zarafat olmadığı” ilə bağlı səsləndirdiyi fikrə cavab olaraq bildirib ki, Qrenlandiya satılmır. “Qrenlandiya bizim ərazimizin bir hissəsidir və satılmır”, - deyə Frederiksen əlavə etmişdi. O, əməkdaşlığı istisna etməyib - Baş nazir Arktikanın strateji əhəmiyyətinin artması ilə bağlı ABŞ-ın mövqeyi ilə razılaşır. “Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, biz dialoqa hazırıq”, - Baş nazir əlavə edib.
Qrenlandiyada referendum keçiriləcək?
Qeyd edək ki, Trampın Qrenlandiyanı satın almaq istəyi Danimarkanı pis vəziyyətə salıb - bir tərəfdən rəsmi Vaşinqtona qarşı müqavimət göstərməli olan Kopenhagen, digər tərəfdən adadakı siyasi qüvvələrə “cavab vermək” məcburiyyətindədir. Belə ki, vətənlərinin satış predmeti olması ilə razılaşmayan adanın Qrenlandiyanın Siumut (“İrəli”) partiyası müstəqillik üçün referendum keçirmək niyyətini açıqlayıb. Hətta səsvermənin martın 11-də keçiriləcək ümumi seçkilərdən sonra baş tuta bilmə ehtimalı da var. Partiyanın sözçüsü Doris Jensen bildirib ki, partiya Qrenlandiyaya tam müstəqilliklə bağlı danışıqlar aparmaq hüququ verən 2009-cu ildə qəbul edilmiş qanundan istifadə edəcək. Qeyd olunur ki, Qrenlandiyanın bütün parlament partiyaları (5 partiya) adanın ABŞ-a qoşulmasına qarşıdır. “Verian” sosioloqları tərəfindən aparılan sorğu göstərib ki, qrenlandiyalıların 85 faizi hadisələrin belə inkişafını istəmir, 45 faizi isə ABŞ Prezidenti Donald Trampın adaya marağını təhlükə kimi qəbul edir.
Siyasi qüvvələr müstəqillik mübarizəsinə başlayır...
Xatırladaq ki, 1977-ci ildə qurulan partiya Qrenlandiyanın ən qədim siyasi təşkilatı sayılır. Qrenland dilində “İrəli” mənasını verən siyasi qüvvə sosial-demokratik və sol mərkəzçi ideologiyaya sahibdir, Qrenlandiyanın Danimarkadan muxtariyyətini dəstəkləyir. Partiya, 1979-cu ildə Qrenlandiyanın muxtariyyət əldə etməsindən sonra, uzun müddət ölkənin siyasi səhnəsində hakim mövqedə olub. Müxtəlif dövrlərdə Siumut liderləri Qrenlandiyanın baş naziri vəzifəsini icra ediblər. Partiya, Qrenlandiyanın iqtisadi inkişafı, təhsil və səhiyyə sahələrində islahatlar aparmaq məqsədi güdür. Siumut partiyasının nümayəndələri Qrenlandiya parlamentindəki 31 yerdən 10-na sahibdirlər, İnuit Ataqatigiit partiyasının üzvləri ilə yanaşı, hər iki siyasi qrup adanın müstəqilliyi ideyasını dəstəkləyirlər. Üçüncü böyük partiya olan Naleraq (parlamentdə beş nəfərdən ibarət fraksiya) da Danimarka ilə əlaqələri kəsmək arzusunu ifadə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

