Cənubi Asiya böyük müharibə astanasında...
26.04.2025 [09:37]
Yaxın zamanda Cənubi Asiya regionunda genişmiqyaslı hərbi toqquşmaların baş verməsinin şahidi ola bilərik. Belə ki, son proseslər fonunda Pakistan ilə Hindistan arasında gərginlik daha da intensivləşir. Nüvə və kontinental ballistik silahlara malik olan hər iki ölkə ordusunu hazırlıq vəziyyətinə gətirib. Hər iki ölkə quru sərhədlərini və hava məkanlarını bir-birinə bağlayıb. Bəzi qlobal media qurumlarının son məlumatlarına görə, Hindistan Ərəb dənizində INS Vikrant təyyarədaşıyan gəmisini yerləşdirib, Pakistan isə həmin bölgədə raket sınaqlarına başlayıb. Bununla yanaşı, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri də həm quruda, həm də dəniz sularında Pakistanın sərhədinə yaxın olan ərazilər üzərində təlimlərə cəlb olunub. Pakistan tərəfi də eyni addımları atır.
Əks tədbirlər
Aprelin 22-də Hindistanın Camau və Kəşmir bölgəsində baş verən hadisələrdən sonra İslamabad və Yeni Dehli münasibətlərin gərginləşməsi fonunda bir-birinə qarşı əks tədbirlər görməyə başlayıblar. İlk növbədə Hindistandan Pakistan vətəndaşları, Pakistandan isə Hindistan vətəndaşları deportasiya olunmağa başlanılıb. Kəşmir istiqamətində bütün sərhəd keçid məntəqələri bağlanılıb. Hindistan, Pakistanla 1960-cı ildə imzalanmış “Hind Su”ları müqaviləsini də dayandırıb. Pakistan hökuməti də İslamabadda olan Hindistanın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üzrə müdafiə məsləhətçilərini “persona non-grata” elan edərək, onları ölkəni tərk etməyə məcbur edib. Həmçinin İslamabaddakı Hindistan səfirliyinin işçi sayının 30 nəfərə qədər azaldılmasını tələb edilib və ikitərəfli ticarət tamamilə məhdudlaşdırılıb, o cümlədən Hindistan mallarının Pakistan vasitəsilə üçüncü ölkələrə daşınması da qadağan edilib. Aprelin 24-də gecə saatlarında baş nazir Şahbaz Şərifin başçılığı ilə nazirlər kabinetinin iclası keçirilib - iclasda bir sıra əks tədbirlər müzakirə olunub. Pakistan tərəfi Yeni Dehlinin “Hind su” müqaviləsini dayandırmasına cavab olaraq vaxtilə Hindistanla imzalanan “Şimla və Daşkənd” razılaşmalarını dayandırmasını nəzərdən keçirir. Eyni zamanda, Pakistanın müdafiə naziri Xavaca Asif bəyan edib ki, Pakistan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün istənilən zəruri addımları atmağa hazırdır.
Müharibə ehtimalı artır
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Avrasiya və Şərqi Asiya regionu üzrə tədqiqatçısı Vüsal Quliyev “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hər iki ölkənin ordularını yüksək hazırlıq vəziyyətinə gətirməsi, sərhəd xəttində atışmaların baş verməsi barədə iddialar və qarşılıqlı ittihamlar regional təhlükəsizliyə ciddi təhdid yaradır. “İki nüvə ölkəsi olan Pakistan və Hindistan arasında dörd dəfə açıq müharibə və bir sıra lokal qarşıdurmalar baş verib. Kəşmir münaqişəsi isə onların ikitərəfli münasibətlərində əsas gərginlik nöqtəsi olaraq qalır. Siyasi, etnik və dini aspektləri ilə son dərəcə mürəkkəb olan bu mübahisəli bölgə, tərəflərin hərbi-strateji diqqət mərkəzində qalmağa davam edir. Hazırkı proseslər də məhz bu həssas bölgədə baş verən hadisələrlə bağlıdır. Tərəflərin hərbi hərəkətliliyini artırması və informasiya savaşını gücləndirməsi, xüsusilə ictimai rəyə təsir edən ritorikanın sərtləşməsi, münaqişənin eskalasiya riskini artırır. Hər iki ölkənin nüvə silahına sahib olması, tam miqyaslı bir müharibənin fəlakətli nəticələri olacağını deməyə əsas verir. Bu, tərəfləri daha ehtiyatlı davranmağa sövq edə bilər”, - deyə V.Quliyev əlavə edib ki, hazırda iki ölkə arasında daha çox lokal toqquşmaların və sərhəd insidentlərinin yaşanması ehtimalı var: “Əlbəttəki, bu tip insidentlər genişmiqyaslı müharibəyə zəmin yarada bilər, lakin beynəlxalq güclərin vasitəçiliyi ilə tərəflərin danışıqlara yönəlməsi də mümkün ssenaridir. Bu mənzərə fonunda, yaxın günlərdə tammiqyaslı müharibə ehtimalı hələlik yüksək deyil, lakin vəziyyətin riskli və dəyişkən xarakter daşıması Cənubi Asiya üçün narahatedici bir dönəmin başlandığını göstərir”.
Əgər müharibə baş verərsə, bu, regiona necə təsir göstərəcək?
V.Quliyev vurğulayıb ki, növbəti Pakistan-Hindistan müharibəsi Cənubi Asiya regionu üçün fəlakətli nəticələrə səbəb olacaqdır. Onun sözlərinə görə, müharibənin baş verməsi regionda siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və ağır sosial böhrana gətirib çıxaracaq. Bu da bütün region ölkələrinin inkişafını on illərlə geri salacaq. “Növbəti müharibə, region ölkələrinin digər dövlətlərlə, xüsusən də böyük güclərlə olan münasibətlərinə təsir edə bilər. Beynəlxalq güclər münaqişəyə müdaxilə etməyə çalışa bilər ki, bu da regional dinamikanı daha da mürəkkəbləşdirə bilər”. Tədqiqatçı, həmçinin bildirib ki, Pakistan-Hindistan qarşıdurması təkcə iki dövlətin hərbi-siyasi problemi kimi qiymətləndirilməməlidir. “Bu, bütün Cənubi Asiya üçün ciddi və uzunmüddətli fəsadlar doğura biləcək, qlobal sabitliyə belə təsir edə biləcək bir geosiyasi ssenaridir. Belə bir münaqişə, regionda mövcud olan çoxtərəfli əməkdaşlıq formatlarının fəaliyyətini tamamilə iflic edə və regional inteqrasiya təşəbbüslərini sonlandıra bilər. Qlobal sülh və təhlükəsizlik baxımından Cənubi Asiyada sabitliyin qorunması, yalnız regionun deyil, bütövlükdə beynəlxalq nizamın davamlılığı üçün də həyati əhəmiyyət kəsb edir. Buna görə də, bütün tərəflərin gərginliyi azaltmaq və diplomatik yollarla həll tapmaq üçün səylərini artırması son dərəcə vacibdir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
11 May 22:39

Sosial
11 May 21:34

Dünya
11 May 20:32

Dünya
11 May 19:26

Xəbər lenti
11 May 19:24

Sosial
11 May 18:16

Sosial
11 May 17:56

Dünya
11 May 16:38

Sosial
11 May 15:32

Sosial
11 May 14:29

Dünya
11 May 13:25

İdman
11 May 12:33

Dünya
11 May 11:39

Dünya
11 May 10:35

İdman
11 May 09:28

Elm
11 May 08:42

Elm
11 May 08:10

YAP xəbərləri
10 May 22:56

YAP xəbərləri
10 May 21:30

YAP xəbərləri
10 May 21:15
YAP xəbərləri
10 May 20:38

YAP xəbərləri
10 May 19:34

YAP xəbərləri
10 May 19:15

YAP xəbərləri
10 May 18:51

İdman
10 May 17:36

Dünya
10 May 16:27

Gündəm
10 May 16:24

Gündəm
10 May 16:09

Gündəm
10 May 15:58

Gündəm
10 May 15:47

Gündəm
10 May 15:45

Siyasət
10 May 15:36

Gündəm
10 May 15:34

Gündəm
10 May 15:23

Gündəm
10 May 15:20

YAP xəbərləri
10 May 14:42

Dünya
10 May 14:29

Dünya
10 May 13:32

Dünya
10 May 12:23

Hərbi
10 May 12:12

Sosial
10 May 12:08

Gündəm
10 May 12:07

Dünya
10 May 11:52

YAP xəbərləri
10 May 11:29

Dünya
10 May 11:19

Siyasət
10 May 11:04

Sosial
10 May 11:03

Siyasət
10 May 10:41

Xəbər lenti
10 May 10:15

Hadisə
10 May 09:21

İdman
10 May 08:48

Dünya
10 May 08:40

Siyasət
10 May 08:28

Gündəm
10 May 08:17

Gündəm
10 May 00:17

YAP xəbərləri
09 May 22:06

YAP xəbərləri
09 May 21:55

Xəbər lenti
09 May 21:45

Xəbər lenti
09 May 20:22

YAP xəbərləri
09 May 19:46

İdman
09 May 19:21

Hadisə
09 May 18:19

Gündəm
09 May 17:56

Gündəm
09 May 17:39

Gündəm
09 May 17:27

Gündəm
09 May 17:19

Gündəm
09 May 17:15

Hadisə
09 May 16:35

Xəbər lenti
09 May 15:49

Dünya
09 May 15:32
