NATO Kalininqradı ələ keçirmək istəyir?
01.05.2025 [09:49]
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO dəfələrlə Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. NATO-nun öz sərhədlərinə yaxınlaşmasını qəbul etməyən rəsmi Moskva bu tipli hərbi təlimləri də qəbulolunmaz hesab edir. Bu baxımdan, Rusiya növbəti hərbi təlimləri də ciddi təhdid sayır. Rusiya prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələrinin Kollegiyasının rəhbəri Nikolay Patruşev deyib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiya sərhədi yaxınlığındakı təlimlər zamanı Kalininqrad bölgəsinin ələ keçirilməsi və nüvə arsenallarına qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı ssenarilər tətbiq edir: “Ardıcıl ikinci ildir ki, NATO sərhədlərimiz yaxınlığında son onilliklərin ən böyük təlimlərini keçirir və burada geniş bir ərazidə - Vilnüsdən Odessaya qədər, Kalininqrad bölgəsinin ələ keçirilməsi, Baltik və Qara dənizlərdə gəmiçiliyin qarşısının alınması və Rusiyanın daimi nüvə bazalarına qabaqlayıcı zərbələr endirilməsi ssenarilərini tətbiq edir”.
Məlumdur ki, müharibə başlayandan sonra NATO ölkələri Kiyevə milyardlarla dollar həcmində hərbi yardımlar göstərir. Bununla belə, alyans Ukraynaya qoşun göndərməkdən çəkinir. Çünki bu, birbaşa onun Rusiya ilə müharibəyə cəlb olunmasına gətirib çıxaracaq. Amma Moskva Kiyevə hərbi yardımların edilməsini NATO-nun faktiki olaraq münaqişəyə qoşulması kimi dəyərləndirir. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çalışır. Bugünlərdə Ağ Evin sözçüsü Kerolayn Livit də deyib ki, Prezident Donald Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir. Onun sözlərinə görə, Tramp hər iki ölkənin liderlərindən getdikcə daha çox məyus olur: “Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir. Prezidentin Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir, çünki o, sülhməramlı prezident olmaq istəyir”.
Avropa Rusiyaya təzyiqləri artırmağı planlaşdırır
ABŞ-dan fərqli olaraq, bəzi Avropa ölkələri Rusiya qarşı sərt mövqedədir. Onlardan biri də Fransadır. Bu ölkənin prezidenti Makron deyib ki, Ukraynanın Qərb müttəfiqləri Moskvanı atəşkəslə razılaşmağa sövq etmək üçün yaxın günlərdə Rusiyaya təzyiqləri artırmağı planlaşdırırlar. “Paris Match”a müsahibəsində Makron ümid etdiyini bildirib ki, tərəflər indi həmişəkindən daha çox atəşkəsə yaxınlaşıb, lakin “ayıq-sayıq qalmalıdırlar”, çünki “tənliyin bir hissəsi” Moskvadan asılıdır. “Yaxın 8-10 gün ərzində biz Kremlə təzyiqləri artıracağıq. Yalnız Ukraynaya təzyiq göstərmək düzgün deyil”, - deyə Makron ABŞ-a işarə edib. Fransa prezidenti Moskvaya “artan təzyiqlərin” konkret olaraq nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.
Bu arada Kiyevdə NATO-Ukrayna birgə təhlil, təlim və təhsil mərkəzinin yüksək nəzarət şurasının iclası keçirilib. Bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər mərkəzin fəaliyyətinin strateji məsələlərini və əvvəlki təşkilati tapşırıqların icrasını müzakirə ediblər. Əsas diqqət müdafiənin gücləndirilməsi, dayanıqlığın inkişaf etdirilməsi və döyüş meydanındakı təhdidlərə qarşı innovasiyalara yönəlib.
Politoloq: Kalininqradla bağlı səsləndirilən fikirlər mümkün ehtimallar arasındadır
NATO hərbi təlimlərinin Kalininqrad bölgəsini ələ keçirmək planı olması nə dərəcədə realdır? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Kalininqrad ilə bağlı səsləndirilən fikirlər mümkün ehtimallar arasındadır. Çünki Avropa üçün müharibənin Rusiyanın şərtləri ilə bitməsi kifayət qədər böyük nüfuz itkisinə səbəb ola bilər. Ona görə də, istənilən yol ilə proseslərin gedişatını Rusiyanın əleyhinə dəyişəcək addımların atılması mümkündür. “Amma təbii ki, bu ehtimal artıq Üçüncü Dünya müharibəsinin cəbhədə başlaması üçün bir səbəb yaradır. Nəticə etibarilə, indiki məqamda qarşılıqlı olaraq səsləndirilən ehtimallar daha çox informasiya müharibəsinin bir parçası olaraq nəzərdən keçirilsə də, bu ssenarilərin reallaşma ehtimalı da heç bir halda istisna edilmir”,-deyə politoloq vurğulayıb.
Hərbi ekspert: ABŞ-ın iştirakı olmadan Avropa Rusiya ilə hərbi qarşıdurmaya getmək iqtidarında deyil
Hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, atəşkəs təkliflərinə baxmayaraq Ukraynada müharibə şiddətlənir və Rusiyanın hücumları artır. Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər Ukraynaya həm humanitar, həm də silah yardımı göstərir: “Alyansa daxil olan bir sıra ölkələr Ukraynaya hərbi dəstəyini artırır, bu ölkəyə müasir silahlar verir. Buraya hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr də daxildir. Doğrudur, NATO açıq şəkildə müharibəyə qoşulmayıb, amma üzv dövlətlər Ukrayna ilə ikitərəfli əməkdaşlıq çərçivəsində hərbi dəstək göstərirlər. NATO təşkilat olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, işğalı pislədiyini birmənalı şəkildə bəyan edib. Alyansa üzv olan bir sıra ölkələrdə hərbi qüvvələr yerləşdirilib. ABŞ Rumıniyaya bölmələr yerləşdirib, Almaniya Litvaya əlavə qüvvələr göndərib, Böyük Britaniya isə Estoniyadakı hərbi mövcudluğunu 2 dəfə artırıb. İspaniya, Hollandiya, Danimarka da hərbi varlığını gücləndirmək üçün addımlar atır. Yəni, gərginlik fonunda Şimali Atlantika Alyansı Şərqi Avropada mövcudluğunu gücləndirib”.
Bununla belə, ekspert hesab edir ki, ABŞ-da Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişib. Belə ki, ABŞ NATO tərkibində Şərqi Avropada olan hərbi birləşmələrinin sayını azaldır. “Eləcə də, Tramp administrasiyası Rusiya ilə loyal mövqeyi ilə fərqlənir. Belə bir halda, NATO-nun Kalininqrad bölgəsini ələ keçirmək ehtimalı yoxdur. Çünki ABŞ-ın iştirakı olmadan Avropa ölkələri Rusiya ilə hərbi toqquşmaya girmək iqtidarında deyil”,- deyə E.Həsənli söyləyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

