Vaşinqton vasitəçilikdən geri çəkilərsə...
01.05.2025 [10:07]
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində vasitəçilik missiyasından geri çəkilə bilər. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus yerli mediayaya açıqlamasında bildirib ki, Vaşinqton Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə olunmayacağı təqdirdə, vasitəçilik rolundan imtina edəcək. Mətbuat katibi qeyd edib ki, Ağ Ev Moskva və Kiyevin atəşkəs məsələsində razılığa gəlməsini gözləyir: “Hazırda biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoymaq barədə konkret təkliflər təqdim etməlidir. Bundan sonra necə davam edəcəyimiz ABŞ Prezidenti Donald Trampın qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdə vasitəçi rolundan çəkiləcəyik”, - deyə T.Bryus bildirib. Xatırladaq ki, bir müddət bundan əvvəl Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bəyan etmişdi ki, münaqişə tərəflərindən biri danışıqları sabotaj edərsə, ABŞ danışıqlardan çıxacaq və tərəfləri öz taleylərinə buraxacaq. Dövlət katibi Marko Rubio da Trampın fikirlərini təsdiqləyib - o, deyib ki, yaxın günlərdə Rusiya və Ukraynanın ümumi razılığa gəlməcəyi təqdirdə, ABŞ danışıqlar prosesində vasitəçilik missiyasını dayandıracaq.
Atəşkəs reallıqdan uzaqdır
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, münaqişə tərəflərinin fərqli mövqedə olması atəşkəsin əldə olunmasına əngəl olur: “Qeyd edim ki, Trampın səbri tükənir - o, prezidentlik postuna qayıtdıqdan sonra ilk günlərdə çıxışlarında Rusiya-Ukrayna müharibəsini 100 gün ərzində bitirəcəyini bəyan edirdi. Bu müddət artıq bitir və görürük ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Düzdür, keçən ayın sonlarında Vaşinqtonun səyləri nəticəsində Rusiya və Ukrayna 30 gün ərzində bir-birinin enerji infrastrukturlarına hücum etməmək barədə öhdəlik götürdülər. Amma heç bir tərəf öz öhdəliyini yerinə yetirmədi. Hazırda, eləcə də yaxın zamanda nə Rusiyanın, nə də Ukraynanın atəşkəs məsələsində ciddi bir razılığa gəlməsi inandırıcı görünmür”,- deyə S.Zahidov əlavə edib ki, hazırkı durumda Rusiyanın özü atəşkəsdə maraqlı deyil: “İstərsə Kursk, istərsə də Donbas istiqamətindəki cəbhədə rus ordusu xeyli nailiyyətlər əldə edib və Moskva öz nailiyyətlərindən faydalanıb hücumları daha da genişləndirmək niyyətindədir. Həmçinin Rusiya rəhbərliyi danışıqlar masasında çox ağır şərtlər irəli sürüb. Kreml Ukraynanın Krım daxil olmaqla cənub-şərq ərazilərinin Rusiyanın qanuni əraziləri kimi tanınmasını, Ukraynanın NATO-ya üzv olmamasını və Ukraynanın demilitarizasiya olunmasını tələb edir. Yalnız bu şərtlər yerinə yetirildikdən sonra Rusiya atəşkəsə razı ola bilər. Ukrayna isə Moskvaya ərazi məsələsində güzəştə getmək, xüsusilə də Krımı Rusiyanın qanuni ərazisi kimi tanımaq niyyətində deyil”. Ekspert Avropa İttifaqının da müharibənin uzanmasında maraqlı olduğunu bildirib. “Bu yaxınlarda Avropa ölkələri tərəfindən Ukraynanın müdafiəsi ilə bağlı koalisiya yaradılıb. Bu koalisiyaya Britaniya, Fransa və Almaniya rəhbərlik edəcək və əsas məqsəd Ukraynanın Rusiya ilə müharibədə məğlub olmasına imkan verməməkdir. Avropa ölkələrinin rəhbərləri Kiyevin Rusiyaya ərazi güzəştlərinə getməsini istəmirlər”.
Trampın 3 marağı
S.Zahidov vurğulayıb ki, ABŞ qısa zamanda iki münaqişə tərəfi arasında daimi atəşkəs sazişinin imzalanmasına çalışır. Onun sözlərinə görə, danışıqlar prosesinin uzunması Tramp administrasiyasının maraqlarına uyğun deyil. “Xüsusilə qeyd edim ki, Tramp administrasiyasının Rusiya və Ukraynanı atəşkəsə təkid etməsi 3 əsas məqsədə söykənib: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaqla ABŞ-ın beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirmək, ikincisi, atəşkəs elan olunduqdan sonra Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalamaq və Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri bərpa etmək, üçüncüsü, ABŞ-ın Yaxın Şərq və Asiya-Sakit okean regionunda geostrateji və geosiyasi hədəflərinin həyata keçməsi istiqamətində addımlar atmaq - bütün bunlar hazırkı administrasiyanın xarici siyasət proqramında mühüm prioritetlər hesab olunur”.
Ukraynada daha çox dağıntıların şahidi ola bilərik...
“Bu münaqişənin nizamlanması üzrə danışıqlar prosesində vasitəçilik edə biləcək yeganə siyasi oyunçu ABŞ-dır. Aİ-nin bu prosesdə vasitəçiliyi qeyri-mümkündür, çünki Moskva Brüsseli prosesə yaxın buraxmaq istəmir. Türkiyənin vasitəçiliyi mümkün görünə bilər, amma bunu da nəzərə almaq lazımdır ki, Ankaranın hazırda əsas diqqəti Yaxın Şərqə yönəlib. Çinin vasitəçiliyinə gəlincə, Ukrayna bunda maraqlı deyil. Əgər Vaşinqton vasitəçilik missiyasından geri çəkilərsə, bu, atəşkəslə bağlı ümidlərin fiaskoya uğramasına və müharibənin davam etməsinə gətirib çıxaracaq. Hətta Rusiya münasib şəraitdən istifadə edib Ukrayna daxilində hücum əməliyyatlarını genişləndirəcək. Ukraynada daha çox dağıntıların şahidi ola bilərik,”- deyə S.Zahidov bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

