Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə...
20.06.2025 [09:17]
NATO son 20 ilin ən qısa sammitini keçirməyə hazırlaşır
Dünyada baş verən kataklizmlər böyük narahatlıqlar yaradır. Artıq bütün dünya çıxış yollarının axtarışındadır - bu və ya digər şəkildə müzakirələr yolu ilə məsələlərin gələcək inkişaf axarının müəyyənləşdirilməsinə çalışılır. Dünyanın aparıcı hərbi strukturlarından sayılan NATO yenidən toplantı keçirəcək. Alyansın növbəti sammiti 24-25 iyun tarixlərində Haaqada keçiriləcək. Hollandiya hökumətinin məlumatına görə, NATO sammiti ölkədə indiyə qədər keçirilən ən böyük tədbir olacaq. Dövlət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri və mətbuat nümayəndələri də daxil olmaqla 6000-ə qədər qonağın iştirakı gözlənilir.
Maraq doğuran məqamlardan biri isə sammitin indidən NATO tarixinə düşməsidir. Belə ki, sammitdə dövlət başçılarının iş proqramı cəmi bir plenar iclasdan ibarət olacaq və bu sessiya 3,5 saat davam edəcək. NATO-nun rəsmi saytında dərc olunmuş sammit proqramına əsasən iş müzakirəsi ümumilikdə 210 dəqiqə çəkəcək. Açılış və bağlanış çıxışları, habelə yekun bəyannamənin imzalanması üçün tələb olunan 15-20 dəqiqə çıxıldıqdan sonra, alyansa üzv olan 32 ölkənin liderlərinə çıxış üçün təxminən altı dəqiqəlik vaxt ayrılır. Bu da yalnız o halda mümkündür ki, adətən NATO sammitlərində çıxış vaxtına limit tətbiq edilməyən ABŞ prezidenti də çıxışını həmin müddətdə başa vursun.
1 səhifəlik kommünike...
“The Times” yazır ki, NATO sammiti mümkün qədər qısa olacaq və bir əsas mövzuya - üzv ölkələrin müdafiə xərclərinin artırılmasına yönəldiləcək. Nəşrin məlumatına görə, görüşün formatı ABŞ prezidentinin proqramına uyğun adaptasiya edilib. Sammit kommünikesi isə bir A4 səhifəsindən çox olmayacaq - cəmi beş paraqrafdan ibarət olacaq. Müqayisə üçün bildirək ki, ötən il Vaşinqtonda keçirilən sammitin yekun bəyannaməsi 44 bənd və beş mindən çox sözdən ibarət olmuşdu. Sammitin proqramına əsasən, ABŞ prezidenti NATO-nun baş katibi Mark Rutte ilə ənənəvi birgə mətbuat konfransı keçirməyəcək.
2032-ci ilə qədər 2,5 dəfə...
Sammitdə müzakirəsi maraqla gözlənilən məsələlərdən biri hərbi xərclərin artırılmasıdır. Belə ki, plenar müzakirədən sonra sammit iştirakçıları 2032-ci ilə qədər hərbi xərclərin məcburi şəkildə 2,5 dəfə - yəni ÜDM-in iki faizindən beş faizinə qədər artırılması ilə bağlı qərar qəbul etməlidirlər. Bu addım elan edilmiş “Rusiyadan gələn ehtimal olunan təhlükə”yə qarşı müdafiə məqsədilə əsaslandırılır. Sammitin birinci günü - 24 iyun tarixində isə NATO ölkələrinin liderləri və onların həyat yoldaşları Niderland kral ailəsinin adından verilən rəsmi qəbulda iştirak edəcəklər. Brüsseldə sammitləri uzun illər işıqlandıran jurnalistlər bildirirlər ki, Haaqa sammitinin proqramı son 20 ildəki bütün planlı NATO sammitləri arasında ən yığcamıdır.
Avropanın məqsədi...
Avropa Parlamentinin üzvləri tədbirdən öncə müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər. Xarici KİV-in məlumatına görə, estoniyalı Avropa Parlamentinin deputatı Yaak Madisson hərbi xərclərə ayrılacaq vəsaitin faiz dərəcəsindən çox xərclənmə səmərəliliyinin təmininə diqqət yönəldib. NATO-nun Haaqa sammitinin ilk növbədə müdafiə xərclərinin artırılmasına həsr olunacağına vurğu edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib ki, son 70 ildə Avropanın ümumi bazarının, güclü iqtisadiyyatının və sarsılmaz ruhunun qurulmasına nail olduq. “Amma bizi birləşdirən və birləşdirməyə davam edən əsas meyar bizim məqsədimizdir ki, vətəndaşlarımızın təhlükəsizliyini qoruyaq. Bu, hər birimizin - həm NATO-nun, həm də ABŞ-ın paylaşdığı məqsəddir”, - deyən Kallas Rusiyanı sülhə 360 dərəcə təhlükə adlandırıb. O bildirib ki, Rusiyanın NATO və Aİ-yə qarşı heç bir şansı yoxdur: “Lakin biz birlikdə olmalıyıq. NATO liderləri görüşəndə alyansda birliyi qorumaq müdafiə xərclərini artırmaq qədər prioritet olacaq”.
Ukrayna ümid edir, ABŞ isə yayınır...
“The Times” isə Ukrayna prezident administrasiyasındakı mənbəyə istinadən yazır ki, Haaqada keçiriləcək sammitə Ukrayna prezidenti Vladimir Zelenski də dəvət olunub - lakin bununla bağlı qərar zirvə görüşü ərəfəsində veriləcək. Nəşr bildirir ki, sammitin müzakirəsində Rusiya yenə də “birbaşa təhdid” kimi göstəriləcək - lakin Ukraynanın alyansa üzvlük üçün “dönməz” yolun olması ilə bağlı əvvəlki bəyanatlar bu dəfə təkrarlanmayacaq. Xatırladaq ki, Ukraynanın sammitə dəvətini alyansın baş katibi Mark Rutte də təsdiqləyib. Lakin ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibənin həllinə marağının getdikcə azalması fonunda bəzi Ukrayna rəsmiləri, medianın məlumatına görə, prezident Zelenskinin NATO sammitinə səfərinin məqsədəuyğunluğuna şübhə ilə yanaşır.
Ukrayna tərəfi isə bunun əksinə sammitdən hərbi blokla münasibətlərdə real irəliləyiş gözlədiyini gizlətmir. Bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak öz “Telegram” kanalında Vladimir Zelenski ilə NATO-nun baş katibi Mark Rutte arasında görüşdən sonra yazıb. “Haaqa sammiti ərəfəsində biz Ukraynanın mövqelərini və gözləntilərini koordinasiya edirik. Tərəfdaşlar bilməlidirlər: indi əsas məsələ söz deyil, qərardır. Biz Ukrayna-NATO münasibətlərində real irəliləyişi əks etdirəcək mənalı bəyannamə gözləyirik”, - Yermak yazıb. O, həmçinin qeyd edib ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri və raketləri haqda danışıb.
NATO-da ixtisarlar
Bu arada NATO-nun Baş katibi Mark Rüttenin alyansdakı iki bölmənin ləğvini və onlarla vəzifənin ixtisarını planlaşdırdığı da məlum olub. “Politico” nəşri bu barədə alyansdakı mənbələrinə istinadla məlumat yayıb. Mark Rutte son zamanlar keçirdiyi daxili iclaslarda NATO-da struktur islahatlarının aparılacağını, o cümlədən alyansın iki beynəlxalq bölməsinin - mətbuat xidməti kimi fəaliyyət göstərən ictimai diplomatiya və kadrlar şöbələrinin ixtisar olunacağını bəyan edib. Onların funksiyaları digər şöbələr arasında bölüşdürüləcək, rəhbərliyi isə vəzifədən azad olunacaq. Nəşrin yazdığına görə, ilk olaraq qısamüddətli (altı aylıq) müqavilə ilə işləyən gənc “müvəqqəti” işçilər ixtisara məruz qalacaq. Qeyd edək ki, mənzil-qərargahı Brüsseldə yerləşən Şimali Atlantika Alyansında 4 minədək işçi çalışır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

