Ermənipərəst konqresmenlərin son “çırpınışı”...
25.07.2025 [10:43]
Lobbinin “xidmətçiləri” sülhə qarşı...
Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində atılan müsbət addımlar nəticə verməkdədir. Bir müddət öncə Əbu-Dabidə ölkə rəhbərləri arasında baş tutmuş görüş Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsində əsaslı irəliləyiş sayılır.
Bu hal hər zaman olduğu kimi, ermənipərəst dairələri narahat etməkdədir. Belə ki, erməni lobbisinin “qulluqçusuna” çevrilmiş bəzi konqresmenlər özlərinin destruktiv fəaliyyətlərindən əl çəkmirlər. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.
Hər iki palatadan olan konqresmenlərin imzaladığı sənəd Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrinə qarşı hesablanıb. Proses onu göstərir ki, Ermənistan ilə Azərbaycanın ikitərəfli danışıqlar əsasında irəliləyişə nail olması erməni lobbisi və onlara xidmət edənlərin maraqlarına uyğun gəlmir.
Qeyd etmək lazımdır ki, “müraciəti” imzalayanlar yenə də eyni şəxslər, ermənipərəst xorun üzvləridirlər. Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon kimilərinin əsl siması hər kəsə yaxından məlumdur. Erməni lobbisinin anti-Azərbaycan təşəbbüslərində, təbliğat kampaniyalarında ön sıralarda yer alan bu şəxslər bütün “səylərini” Cənubi Qafqaz üçün yaxın zamanda gözlənilən sülhə doğru “cəmləyiblər”. Bu şəxslər istər erməni işğalı dövründə, istər Vətən müharibəsi günlərində, istərsə də antiterror tədbirləri zamanı birmənalı şəkildə qeyri-obyektiv mövqe nümayiş etdiriblər, separatizmə açıq dəstək veriblər. Xüsusi olaraq vurğulanmalıdır ki, vaxtilə Bayden-Blinken administrasiyası tərəfindən himayə olunan ermənipərəst konqresmenlər özlərini batırdıqları “bataqlıqdan quru çıxarmaq” üçün son yol kimi bu yola əl atırlar - onlar anlayır ki, erməni lobbisinin pulu, korrupsiya ya bulaşmaqları ilə illərdir ABŞ-ın maraqlarına zidd mövqe tutmalarının hesabına vermək vaxtı çatıb - “həmfikriləri” rüşvətxor Bob Menendez kimi...
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

