5-ci respublikada 5-ci hökumət böhranı
08.10.2025 [10:16]
Fransada Makronun səriştəsiz siyasətinin fəsadlarının miqyası hər ötən gün daha da genişlənir. Cəmi 1 ay bundan əvvəl Baş nazir postuna gətirilən Sebastyan Lekornyunun bugünlərdə vəzifəsindən istefa verməsi vəziyyətin kritik dərəcədə ağır olmasından xəbər verir.
Cəmi 1 ay vəzifədə qalan Baş nazir
Fransada baş nazirlərin bir-birini əvəzləməsi və deyə bilərik ki, artıq permanent hal alan hökumət böhranları ölkənin kifayət qədər ağır siyasi və sosial-iqtisadi böhran vəziyyətinə düşdüyü barədə konkret təsəvvür yaradır. Bundan əvvəlki hökumət böhranı sentyabr ayında yaşanıb. Milli Assambleyada təxminən 1 il ərzində fəaliyyətdə olan Fransua Bayru hökumətinə etimadsızlıq səsverməsi baş tutub.
Fransua Bayru parlament etimadsızlığı ilə yola salındıqdan sonra Makron özünə yaxınlığı ilə tanınan Sebastyan Lekornyunu Baş nazir təyin etdi və ona qısa müddətdə hökuməti formalaşdırmağı tapşırdı. Ancaq sonuncu Fransa tarixində hökumətə ən az müddətdə rəhbərlik edən Baş nazir kimi qalacaq. Onun artıq prezident tərəfindən də təsdiqlənən istefası ilə ölkədə son iki ildə beşinci Baş nazir əvəzlənməsi baş tutub ki, bunu da Fransanın acınacaqlı vəziyyətinin güzgüsü kimi dəyərləndirə bilərik.
Bəs cəmi 1 ay Baş nazir postunu tutan Sebastyan Lekornyunun istefasının səbəbləri nədir? Buna aydınlıq gətirən sabiq Baş nazir ölkədə əsas idarəetmə prinsiplərinə riayət olunmadığı şəraitdə hökumətə başçılıq edə bilməyəcəyini deyib.
Siyasətçi onun vəzifədə qalmasını qeyri-mümkün edən 3 əsas səbəbi vurğulayaraq deyib: “Birincisi, siyasi partiyalar konstitusiyanın parlamentdən yan keçməklə qərarların qəbul edilməsinə imkan verən 49.3-cü maddəsinin tətbiqindən imtinanın səbəb olduğu dərin uçuruma və dəyişikliklərə çox vaxt məhəl qoymur.
İkincisi, partiyalar elə davranırdılar ki, sanki Milli Assambleyada mütləq çoxluğa malik idilər.
Üçüncüsü, hökumətin tərkibi “kifayət qədər çevik olmadı” və partiyaların gələcək prezident seçkiləri ilə bağlı ambisiyalarının artmasına səbəb oldu”.
Makron vəzifəsini tərk edən Baş nazirdən oktyabrın 8-də siyasi məsələlərlə bağlı yekun danışıqları aparmasını və nəticələrini ona bildirməsini istəyib. Sebastyan Lekornyu yenidən Baş nazir postunu tutmaq istəmədiyini, lakin prezident Makronun gələcək hökumətlə bağlı siyasi qüvvələrlə danışıqlar aparmaq göstərişini yerinə yetirəcəyini bildirib.
Zərurətdən baş verən istefa
Əslində, Sebastyan Lekornyunun istefası zərurətdən baş verən bir gerçəklikdir. Hökumət böhranını şərtləndirən əsas amil heç şübhəsiz ki, Fransanın hazırkı reallıqlarıdır. Ölkənin böyük həcmdə dövlət borcu öhdəliyi yaranıb. Digər tərəfdən, büdcə kəsiri əhəmiyyətli dərəcədə artıb. Baş nazirləri əvəzləməklə bu problemləri aradan qaldırmaq mümkün deyil. Siyasətin mahiyyəti dəyişməlidir. Bir-birini əvəzləyən baş nazirlər çıxış yolunu sərt qənaət rejiminə keçid etməkdə, vergiləri artırmaqda və digər belə inzibati tədbirlərə əl atmaqda görürlər ki, bu da cəmiyyətdə qəbul olunmur.
Bu reallıq fonunda Fransanın müxalifət partiyaları sabiq Baş nazir Sebastyan Lekornyunun yeni hökumətinə etimadsızlıq votumunun elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə sağçı “Milli Birlik” partiyasının nümayəndəsi Jan-Filipp Tangi BFMTV telekanalının efirində bildirib.
Hökumətə etimadsızlıq votumunun elan edilməsi təhdidi ilə solçu partiyalar da çıxış ediblər. Belə ki, sosialistlərin lideri Olivye For “France Inter” radiostansiyasının efirində bəyan edib ki, əgər hökumət pensiya islahatını nəzərdən keçirməyə imkan verməsə, Sosialist Partiyası etimadsızlıq votumunu dəstəkləyəcək.
Beləliklə də, Sebastyan Lekornyunun istefa verməkdən başqa alternativi qalmayıb.
Respondentlər Makronun istefasını dəstəkləyirlər
Fransa kütləvi informasiya vasitələrində dərc edilmiş bir neçə ictimai rəy sorğusunun nəticələri təsdiqləyir ki, bu gün fransızların əksəriyyəti Makronun ölkədəki dərin siyasi böhran fonunda səlahiyyətlərini vaxtından əvvəl təhvil verməsinin tərəfdarıdır.
“Toluna-Harris Interactive” şirkətinin sorğusunda iştirak edənlərin 73 faizi dövlət başçısının belə bir addımını dəstəklədiklərini bildiriblər. Respondentlərin 76 faizi Baş nazir Sebastyan Lekornyunun istefası ilə nəticələnmiş siyasi vəziyyətə görə əsas günahkar kimi məhz Makronu görürlər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Analitik
08 Oktyabr 10:16

Sosial
08 Oktyabr 09:54

Analitik
08 Oktyabr 09:31

Analitik
08 Oktyabr 09:18

Analitik
08 Oktyabr 08:50

MEDİA
08 Oktyabr 08:25

YAP xəbərləri
07 Oktyabr 23:17

YAP xəbərləri
07 Oktyabr 23:04

YAP xəbərləri
07 Oktyabr 23:01

YAP xəbərləri
07 Oktyabr 22:52

Dünya
07 Oktyabr 22:35

YAP xəbərləri
07 Oktyabr 22:09

Dünya
07 Oktyabr 21:58

YAP xəbərləri
07 Oktyabr 21:15

YAP xəbərləri
07 Oktyabr 20:34

Dünya
07 Oktyabr 20:12

YAP xəbərləri
07 Oktyabr 19:43

Dünya
07 Oktyabr 19:16

YAP xəbərləri
07 Oktyabr 19:04

Sosial
07 Oktyabr 18:51

YAP xəbərləri
07 Oktyabr 18:19

YAP xəbərləri
07 Oktyabr 18:18

YAP xəbərləri
07 Oktyabr 17:35

Sosial
07 Oktyabr 17:20

YAP xəbərləri
07 Oktyabr 17:04

Dünya
07 Oktyabr 16:59

Gündəm
07 Oktyabr 16:30

YAP xəbərləri
07 Oktyabr 16:22

Dünya
07 Oktyabr 16:10

YAP xəbərləri
07 Oktyabr 16:02

Dünya
07 Oktyabr 15:49

YAP xəbərləri
07 Oktyabr 15:41

Dünya
07 Oktyabr 15:27

Dünya
07 Oktyabr 14:46

Dünya
07 Oktyabr 14:21

Gündəm
07 Oktyabr 14:18

YAP xəbərləri
07 Oktyabr 13:57

Dünya
07 Oktyabr 13:50

YAP xəbərləri
07 Oktyabr 13:41

Gündəm
07 Oktyabr 13:33

YAP xəbərləri
07 Oktyabr 13:29

YAP xəbərləri
07 Oktyabr 13:28

Sosial
07 Oktyabr 13:21

Siyasət
07 Oktyabr 13:20

Dünya
07 Oktyabr 13:19

YAP xəbərləri
07 Oktyabr 13:09
YAP xəbərləri
07 Oktyabr 13:05

YAP xəbərləri
07 Oktyabr 13:01

YAP xəbərləri
07 Oktyabr 13:00

YAP xəbərləri
07 Oktyabr 12:59

Siyasət
07 Oktyabr 12:55

İqtisadiyyat
07 Oktyabr 12:53

İqtisadiyyat
07 Oktyabr 12:52

Hadisə
07 Oktyabr 12:50

Sosial
07 Oktyabr 12:48

Dünya
07 Oktyabr 12:46

Hadisə
07 Oktyabr 12:45

Analitik
07 Oktyabr 12:44

YAP xəbərləri
07 Oktyabr 12:43

Gündəm
07 Oktyabr 12:23

İqtisadiyyat
07 Oktyabr 12:23

Dünya
07 Oktyabr 12:18

İqtisadiyyat
07 Oktyabr 12:12

Sosial
07 Oktyabr 11:54

Siyasət
07 Oktyabr 11:51

YAP xəbərləri
07 Oktyabr 11:46

Analitik
07 Oktyabr 11:17

YAP xəbərləri
07 Oktyabr 10:50

İdman
07 Oktyabr 10:49

İdman
07 Oktyabr 10:49
