ABŞ İrana qarşı əməliyyatda məqsədlərinə çatırmı?
03.04.2026 [09:32]
Tehran Ağ Ev rəhbərinin iddialarını təkzib edir
ABŞ-la İsrailin İrana qarşı müharibəsi bir aydan artıqdır ki, davam edir. Fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayan ABŞ və İsrail İranın böyük şəhərlərinə aviazərbələr endirir. İran ordusu isə buna cavab olaraq Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə, İsrailə raket və dron hücumları həyata keçirir. Tehran, eyni zamanda, Hörmüz boğazını ABŞ və İsrail, həmçinin İrana qarşı təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb.
Tramp: İranı Daş dövrünə qaytarmağa çalışacağıq
Münaqişənin sonlandırılması üçün bir sıra ölkələr təşəbbüs gəstərsələr də, hələ konkret nəticə yoxdur. ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İranın danışıqlar təklif etdiyini desə də, Tehran bunu təkzib edib. Tramp özünün sosial media hesabında yazıb ki, “İranın yeni Prezidenti, sələflərindən daha az radikallaşmış və daha ağıllı olan bu şəxs, Amerika Birləşmiş Ştatlarından atəşkəs istəyib. Biz bunu Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik. O vaxta qədər İranı məhv etməyə və ya, necə deyərlər, Daş dövrünə qaytarmağa çalışacağıq”.
Donald Tramp xalqa müraciətində isə deyib ki, ABŞ İrana qarşı əməliyyatda əsas məqsədlərinə çatmaq üzrədir. Onun sözlərinə görə, Amerika ordusu İrana qarşı əməliyyatda “son dərəcə yaxşı nəticə göstərib”. ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək. Tramp İranın dəniz və hava qüvvələrinin məhv edildiyini və raket potensialının tezliklə minimuma endiriləcəyini iddia edib.
Ağ Ev rəhbəri onu da qeyd edib ki, ABŞ İranın razılığa gəlmədiyi təqdirdə onun elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır: “İran artıq ABŞ üçün real təhlükə olmaqdan çıxıb”. Donald Tramp xalqa müraciətində İranla münaqişə bitdikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunacağını bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatların Hörmüz boğazına ehtiyacı yoxdur və regionda gəmiçiliyin bərpası ilə buradan neft tədarük edən ölkələr məşğul olmalıdırlar.
İran XİN: ABŞ-la heç bir danışıqlar aparılmır
Rəsmi Tehran isə ABŞ-la danışıqlar aparılması barədə deyilənləri təkzib edib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Tehran münaqişənin həlli ilə bağlı “həddindən artıq sərt və məntiqsiz” tələbləri ehtiva edən təkliflər alıb: “Aldığımız mesajlar həddindən artıq sərt və məntiqsiz tələbləri ehtiva edir. Buna görə də iranlılar onlara xüsusilə ehtiyatlı yanaşırlar”. XİN nümayəndəsi vurğulayıb ki, hazırda İran və ABŞ arasında heç bir danışıqlar aparılmır.
İran Hörmüz boğazından istifadəyə gəlincə, Tehran Avropa, Asiya və ərəb ölkələri ilə müqavilələr bağlamağa hazırdır. Bu barədə İran hökuməti nəzdində fəaliyyət göstərən İnformasiya Şurasının rəhbəri Elias Həzrəti deyib. “İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. Bu məsələ ilə bağlı razılaşma əldə edə bilərik. Boğazdan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə saziş imzalamağa dəvət edəcəyik”, - deyə o, İranın dövlət televiziyasında bildirib.
“Daha qətiyyətli və dağıdıcı hərəkətlər gözləyin”
Trampın təhdidlərinə gəlincə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Ebrahim Zülfüqari bəyan edib ki, İran ABŞ və İsrailə qarşı fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək və intensivləşdirəcək. “Daha qətiyyətli, genişmiqyaslı və dağıdıcı hərəkətlər gözləyin”, - deyə o, müharibənin düşmənin tam alçaldılmasına qədər davam edəcəyini əlavə edib. Onun sözlərinə görə, ABŞ və İsrailin İranın sahib olduğu hərbi güc və texnika barədə natamam təsəvvürü var: “Düşünməyin ki, siz bizim strateji raket istehsalı mərkəzlərimizi, uzaqmənzilli və yüksək dəqiqlikli hücum pilotsuz uçuş aparatlarımızı, müasir hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərimizi və ya xüsusi avadanlıqlarımızı məhv etmisiniz”.
Yeri gəlmişkən, “CBS News” televiziyasının adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla yaydığı məlumata görə, ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan yaxınlığında daha iki “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar dövründə itirilən bu tip aparatların ümumi sayı 16-ya çatıb. Bildirilib ki, “MQ-9 Reaper” pilotsuz uçuş aparatları əsasən kəşfiyyat, müşahidə və məlumat toplama məqsədilə istifadə olunur, eyni zamanda dəqiq zərbələr endirmək imkanına malikdir. Məlumata görə, bu aparatların müasir hava hücumundan müdafiə sistemlərinə malik ölkələrdə daha asan hədəfə çevrildiyi qeyd olunur. Onların maksimal sürəti saatda təxminən 300 mil təşkil edir ki, bu da 1200-1900 mil/saat sürətə çatan döyüş təyyarələri ilə müqayisədə xeyli aşağıdır.
Qeyd olunub ki, “MQ-9 Reaper” tipli bir pilotsuz aparatın dəyəri növündən asılı olaraq 30 milyon ABŞ dollarından artıq ola bilər. Eyni zamanda, İran dövlət mediası ölkənin İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən İsfahan üzərində ABŞ-a məxsus “MQ-9” pilotsuz aparatının vurulduğunu iddia edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

