Tayvan yenidən aktuallaşır...
05.04.2023 [11:13]
ABŞ Çinə “meydan” oxuyur - bu dəfə Kaliforniyada
2023-cü il Uzaq Şərq üçün də dinamik başlasa da, qısa zaman sonra yenidən “atəşkəs” bərqərar oldu. ABŞ-ın qlobal liderlik uğrunda mübarizə strategiyasında əhəmiyyətli yer tutan Çin məsələsində sükut yaşandı - bu, Vaşinqtonun iki qlobal güc arasında ən mühüm problem olan Tayvan məsələsində bir addım da olsa, geri çəkildiyini deməyə əsas verirdi. Amma son proseslər onu göstərir ki, ABŞ-ın Tayvan siyasətində hər hansı bir səngimə yoxdur.
Tayvanın Sammitə dəvəti beynəlxalq hüquqa ziddir
Qeyd edək ki, martın son günlərində baş tutan II Demokratiya Sammitinə Tayvanın da dəvət alması beynəlxalq aləm tərəfindən birmənalı qarşılanmadı. Bəzi siyasi mütəxəssislər bunu ABŞ-ın yeni siyasi manevri kimi dəyərləndirsə də, dünyanın aparıcı beynəlxalq analitikləri bu addımı BMT dəyərlərinə zidd olduğunu bildirilər. Belə ki, hüquqi baxımdan Çin ərazisi olduğu üçün Tayvanın bu tədbirə dəvət alması siyasi etiketə və hüquqa ziddir. Amma bu addımı Vaşinqtonun gələcək planları ilə bağlı “anons”u kimi dəyərləndirənlər də tapılır. Vurğulanmalıdır ki, aparıcı xarici KİV bunu ötən ilin avqustunda ABŞ Nümayəndələr Palatasının keçmiş rəhbəri Nensi Pelosinin Tayvana qalmaqallı səfərinin ardı kimi dəyərləndirirlər. Başqa sözlə, ABŞ bu addımı ilə Tayvan siyasətində davamlı olduğunu nümayiş etdirir - bu, hətta beynəlxalq hüquqa zidd olsa belə.
Makkarti də görüşəcək...
Yeri gəlmişkən, Demokratiya Sammitinin ardından ABŞ-ın Tayvanla əlaqələri daha da istiləşdirmə və genişləndirmə istiqamətində cəhdlərini görmək mümkündür. Məsələn, ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Tayvan rəhbəri Tsai Inq-venlə görüşəcək. Görüş Tayvan liderinin ABŞ-a səfəri çərçivəsində Kaliforniyada baş tutacaq. “Aprelin 5-də spiker Makkarti Ronald Reyqan Prezident Kitabxanasında Tayvan Prezidenti ilə ikitərəfli görüş keçirəcək”, - Nümayəndələr Palatasının spikerinin ofisinin yaydığı məlumatda bildirilib.
Tayvan - qlobal tərəfdaşlığın yön seçimi
Qeyd edək ki, Tayvanla bağlı məsələ qlobal tərəfdaşlığın əsas göstəiricisi sayılır. Başqa sözlə, dünya ölkələrinin bu məsələyə münasibəti Çinin və ya ABŞ-ın tərəfində olmasını müəyyənləşdirir. Təsadüfi deyil ki, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Tayvan ilə “münasibətlərin tənzimlənməsi” ÇXR-in daxili işidir və üçüncü tərəfin bu məsələyə müdaxiləsi qəbuledilməzdir. Bununla belə, Çinin suverenliyini tanıdığını iddia edən bəziləri dövlətin sərhədlərinə hörmət etmir. “Vəziyyət ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin 2022-ci ilin avqustunda adaya (Tayvana) səfəri, ardınca Amerika, Yaponiya və Avropa rəsmilərinin oraya çoxsaylı səfərləri ilə ciddi şəkildə alovlanıb. Bu cür “təxribatçı fəaliyyət” isə əlavə eskalasiya raundu təhdidi yaradır. Pekin yaxşı bilir ki, Rusiya tərəfi Tayvan məsələsində ÇXR-i ardıcıl dəstəkləyib. Bizim siyasətimiz vahid Çin prinsipinə əsaslanır. ÇXR hökuməti bütün Çini təmsil edən yeganə legitim hökumətdir, Tayvan isə onun tərkib hissəsidir”, - nazir müavini bildirmişdi.
Vaşinqton gecikir...
Göründüyü kimi, Tayvan məsələsi yenidən aktuallıq qazanır. Bəzi xarici mütəxəssislər ABŞ-ın açıq eskalasiya tərəfdarı olmadığını da iddia edirlər. Onlar öz mövqelərini belə əsaslandırırlar ki, Vaşinqton Tayvanı müdafiə etmək üçün resursları genişləndirməkdə gecikib. Eyni zamanda, ÇXR-in Hind-Sakit okean sularında ABŞ-ın hökmranlığına meydan oxumaq üçün kifayət qədər böyük donanmasının, eləcə də təyyarələrinin və ballistik raketlərinin varlığı ABŞ-ı bu fikirdən daşındırıb. Beləliklə, ABŞ hələ də tərəddüd içində görünür. Düzdür, ABŞ Tayvanı “Patriot” raketdən müdafiə sistemləri üçün 100-ə yaxın raketlə təchiz etməyi planlaşdırsa da... Bu çıxış yolu deyil. Qeyd edək ki, müqavilənin dəyəri təxminən 882 milyon dollar kimi qiymətləndirilir.
Çin Tayvanla birləşmə prosesini irəlilədəcək - Pekin üçüncü ölkəyə qarşı...
Bu arada Çin yenidən Va?inqtona ünvanlanan sülh çağırışı edib. Müəyyən mənada “ultimatum” xarakteri daşıyan müraciətdə bildirilir ki, Birləşmiş Ştatlar Tayvana silah tədarükünü dayandırmalıdır. Qeyd edək ki, bir neçə gün öncə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninin səsləndirdiyi bu çağırış ABŞ Dövlət Departamentinin Tayvana növbəti silah satışına icazə verməsi ilə bağlı qərarına əsaslanıb. Mao Nin bildirib ki, Tayvana silah tədarükü Çinin suverenliyini pozur, regionda vəziyyətin gərginləşməsinə səbəb olur. “Çin bu vəziyyətlə bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Həmçinin Pekin öz suverenliyinin və təhlükəsizlik sahəsində maraqlarının müdafiəsi üçün effektiv tədbirlər görəcək”, - deyə diplomat bildirib.
Xatırladaq ki, bir müddət öncə ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcılarında istifadə olunan raketlərin mümkün satışına icazə verib. Tayvan rəsmiləri Birləşmiş Ştatlardan radar əleyhinə 100 ədəd HARM və hava-hava tipli 200 ədəd AMRAAM raketləri, həmçinin digər sistemlər və ehtiyat hissələri almaq istəyir. Baş tutacağı təqdirdə 619 milyon dollarlıq sövdələşmə Tayvanın hava hücumundan müdafiə qabiliyyətini xeyli artıracaq.
Eyni zamanda, Çin sədri Si Cinpin ötən ay Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasında bildirmişdi ki, Pekin Tayvan məsələsinə xarici müdaxiləyə qarşı çıxacaq, Çinin Tayvanla birləşmə prosesini irəlilədəcək. “Vahid Çin” prinsipinə, 1992-ci il konsensusa riayət etmək, Tayvan boğazının iki sahili arasında münasibətlərin dinc inkişafını təşviq etmək, xarici qüvvələrin müdaxiləsinə və Tayvanın “müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətlərə qəti şəkildə qarşı çıxmaq lazımdır”, - Çin lideri bildirmişdi.
Beləliklə, proseslərin inkişafı yeni hərbi gərginlikdən xəbər verir. Bu gərginliyin isə hansı həddə qədər qalxacağını zaman göstərəcək.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

