Co Baydenə cinayət işi açıla bilər
31.08.2023 [12:15]
ABŞ Prezidenti impiçment tələbi qarşısında
ABŞ-da Prezident Co Baydenə qarşı impiçment çağırışları getdikcə ciddiləşir. Konqresin Nümayəndələr Palatasında respublikaçı konqresmenlər prezidentin impiçmenti ilə bağlı təhqiqata başlamaq niyyətlərini açıqlayıblar.
Mediaya ötürülən məlumatlara görə, prosesə gələn aydan başlanacaq. Hazırda bu məsələ ölkə gündəmində ən çox müzakirə edilən mövzulardan biridir. Konqresmen Ralf Norman “Hill” saytına verdiyi müsahibədə “impiçment mütləqdir” deyib:
“İmpiçment indi də olmayacaqsa, bəs nə vaxt olacaq? Bizim əlimizdə nəinki istintaq materialları, hətta təcili impiçment proseduruna başlamaq üçün kifayət qədər material var”.
Faktlar, yoxsa fərziyyələr?
Lakin bu odlu-alovlu ittihamlara heç də bütün respublikaçı deputatlar ortaq deyil. Müxalif konqresmenlər arasında dap?rezidentin impiçmentinin vacibliyinə şübhə, yaxud tərəddüdlə yanaşanlar var. Məsələn, konqresmen Don Bekon hesab edir ki, impiçment proseduruna başlamaq üçün prezidentin hər hansı cinayətdə və ya cinayət tərkibli əməldə iştirakı ilə bağlı konkret dəlil-sübut olmalıdır: “Düşünürəm ki, impiçment araşdırmasına keçməzdən öncə bizim ciddi bir cinayətə dair aydın sübutlarımız olmalıdır. Bu cür məsələlərdə ehtimal nəzəriyyəsi və ya fərziyyə ilə hərəkət etmək olmaz”. Amerikalıların təbirincə desək, impiçment qatarı hələ stansiyanı tərk etməyib, lakin mühərriklər artıq işləyir.
Tramp izi
Nümayəndələr Palatasının spikeri Kevin Makkarti isə, obrazlı desək, yanan ocağı yenidən körükləyib. Siyasətçi təhqiqat prosesinin sentyabrda, konqresmenlərin yenidən toplaşacağı zaman başlana biləcəyinə eyham vurub: “İndiyədək topladığımız bütün məlumatlar nəzərdən keçirilsə, növbəti addım impiçment təhqiqatının başlanması olacaq və bu, tamamilə təbiidir”.
Respublikaçıların əsas ittihamı Co Baydenin vitse-prezidentliyi dövründə onun ailə üzvlərinin xaricdəki qanunsuz biznesi ilə bağlıdır. İttihamlarla əlaqəli Nümayəndələr Palatasının Nəzarət Komitəsi avqust tətilində işin araşdırılmasına xüsusi diqqət yetirib, komitənin müsahibələrinin stenoqramlarını yayımlayıb və əlavə məlumatlar üçün sorğular təqdim edib.
Demokrat konqresmenlər də yaranmış vəziyyətdən narahatdırlar. Deputatların bildirdiyinə görə, onlar seçicilərlə görüşləri zamanı da davamlı olaraq impiçmentlə bağlı suallarla üzləşirlər. Demokratların fikrincə, Baydenə qarşı aparılan bu kampaniyada eks-prezident Donald Trampın gizli əli var.
Respublikaçılar isə öz araşdırmalarında obyektiv və qərəzsiz olduqlarını bildirirlər. Məsələn, konqresmen Çip Roy mediaya açıqlamasında deyib: “Mən sadəcə, bildirmək istəyirəm ki, bu təhqiqat siyasətlə, rəqabətlə bağlı deyil. Onlar (demokratlar) bizim oğlanları “döyməkdən” qorxmurlar. Özləri də Trampa qarşı düz iki dəfə impiçment elan ediblər. Düşünürəm ki, bu, siyasətdir və hər bir siyasətçi özünün siyasi maraqları uğrunda dayanmadan mübarizə aparmalıdır. İndiki halda isə sizi əmin edirəm ki, bizim qaldırdığımız məsələ, bəzilərinin düşündüyü kimi, siyasi cavab və ya qisas hərəkatı deyil”.
Oğlu Baydeni “çirkli” işlərə cəlb edib?
Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bu hay-küylü məsələ ətrafında yaranmış suallara aydınlıq gətirərkən bildirib ki, Bayden administrasiyasının tələb olunan sənədləri hansı müddətə qədər təqdim etməsindən çox şey asılıdır. Demokratlar isə söhbətin hansı sənədlərdən getdiyini bilmədiklərini deyirlər.
Konqresmen Bot Qud mətbuata verdiyi açıqlamada demokratların təzyiqlərinə baxmayaraq spiker Makkartinin prinsipial mövqeyini qorumasını alqışlayıb: “Əminəm ki, o, (Makkarti) dediyini edəcək. Onsuz da hər gün Bayden ailəsinin cinayətkar fəaliyyətlərinə dair sübutlarımız artır. Düşünürəm ki, getdikcə çoxalan sənəd və dəlilləri nəzərə alsaq, tərəddüddə olan hər hansı respublikaçı prezidentin impiçmentinin əleyhinə səs verməyəcək”.
Bu arada ABŞ mediasında yayılan xəbərlərə görə, Konqresin Nümayəndələr Palatasının nəzarət və məhkəmə sistemi komitələri artıq Bayden ailəsinin xaricdəki biznes əlaqələrini araşdırır. Hətta Ədliyyə Departamentinin Co Baydenin oğlu Hanter Baydenə qarşı vergi cinayətləri üzrə təhqiqat apardığını da iddia edənlər var. Nəzarət Komitəsi Baydenin oğlunun keçmiş köməkçisi Devon Arçerin ifadəsinə diqqət çəkib. Köməkçi ifadəsində bildirib ki, Hanter xarici tərəfdaşlarla danışıqlar zamanı dəfələrlə atasını söhbətə cəlb edib. Buradan belə nəticə çıxır ki, prezident Bayden oğlu ilə heç vaxt iş məsələlərini müzakirə etmədiyini deyərkən yalan danışıb. Arçer onu da əlavə edib ki, bütün bu danışıqlar “xoşagəlməz mövzulardan” ibarət olub.
Bütün ittihamlara və aparılan araşdırmalara baxmayaraq, respublikaçılar indiyə qədər Co Baydenin ailə üzvlərinin hər hansı biznes fəaliyyətindən birbaşa maliyyə qazandığını sübut edə bilməyiblər. Lakin qanunvericilər hesab edirlər ki, korrupsiyanın mövcudluğunu nümayiş etdirmək üçün “çek göstərməyə” ehtiyac yoxdur.
Kasıb əhalini impiçment maraqlandırmır
Bir çox konqresmen isə respublikaçıların təhqiqatı zamanı qarşı tərəfə təsir rıçaqları üçün partiyaya dəlillər və keçərli sənədlər vermək arzusunda olduğunu bildirib. Onların fikrincə, Delaver ştatının prokuroru David Veysin Hanter Baydenə qarşı açılan cinayət işinə nəzarət etmək üçün təyin edilməsi birbaşa Vaşinqtonun sifarişidir. Buna görə də onlar istintaq zamanı respublikaçıların göndərəcəyi məlumat sorğularının Ədliyyə Departamenti tərəfindən əngəllənəcəyi ehtimalı ilə bağlı fikirlər səsləndiriblər.
Ağ Evin nəzarət və araşdırmalar üzrə rəsmi nümayəndəsi İyen Sems isə öz növbəsində respublikaçıların təşəbbüsünə ironik reaksiya verib: “Yəqin spiker Makkarti bu qərara gəlib ki, ədalət onun şəxsi istəklərinə və prezidentə böhtan atmaq səylərinə mane olmamalıdır. Onlar Amerika xalqı üçün həqiqətən vacib olan şeyə diqqət yetirmək əvəzinə öz ekstremist, ifrat sağçı siyasi gündəmlərinə üstünlük verirlər. Bu adamlar öz həyatlarını yaxşılaşdırmaq üçün əl-ələ verib işləməyi qərara alıblar.
Respublikaçılar arasında İyen Semslə razılaşanlar da var. Məsələn, konqresmen Çip Roy daha irəli gedərək impiçmentin sadə amerikalının həyatında mühüm dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşdığını bildirib: “Baydenin impiçmenti nə qədər ədalətli olsa da, bütün bunlar ölkədəki korrupsiya ucbatından əziyyət çəkən, özünə avtomobil ala bilməyən, benzinə pul çatdıra bilməyən, uşaqlarını məktəbə göndərə bilməyən sadə vətəndaşa yaxşı heç nə vəd vermir”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

