BMT Baş Assambleyası ABŞ-a qarşı qətnamə qəbul etdi
04.11.2023 [11:25]
Qətnamədə Birləşmiş Ştatlar Kubaya qarşı ticarət və iqtisadi embarqoya son qoymağa çağırılır
N.BAYRAMLI
BMT Baş Assambleyası ABŞ-ı Kubaya qarşı 1962-ci ildən qüvvədə olan ticarət və iqtisadi embarqoya son qoymağa çağıran qətnamə qəbul edib. Kubanın təqdim etdiyi qətnamənin lehinə 187 ölkə səs verib, İsrail və ABŞ buna qarşı çıxıb, Ukrayna isə bitərəf qalıb.
Qəbul edilmiş sənəddə Baş Assambleya Kubanın iqtisadi, ticarət və maliyyə blokadasının davam etməsindən və bunun Kuba xalqı üçün mənfi nəticələrə səbəb olmasından təəssüfləndiyini bildirir. Qətnamə Kubaya qarşı məhdudlaşdırıcı tədbirləri olan bütün dövlətləri onları mümkün qədər tez aradan qaldırmaq üçün lazımi addımlar atmağa çağırır.
Qeyd edək ki, ABŞ-ın Kubaya qarşı embarqosu 1958-ci il martın 14-də Fulgensio Batistanın hakimiyyəti dövründə başlayıb. Əvvəlcə silah satışına tətbiq edilib, sonradan digər idxalları da əhatə edəcək şəkildə genişlənib. Kubada “el bloqueo” (blokada) adlandırılan embarqo müasir tarixdə ən uzunmüddətli embarqolardan biridir. Fidel Kastro inqilab yolu ilə hakimiyyətə gəldikdən və kommunist rejimi qurduqdan sonra ABŞ-ın bu ölkəyə münasibəti daha da pisləşib. Bununla da, tətbiq olunna embarqo daha da sərtləşib. 1962-ci ildə Kuba, Sovet İttifaqına adada nüvə raketlərinin yerləşdirməsinə icazə verib. Bu ABŞ-ı narahat edir və Kuba raket böhranına səbəb olur. Olay “soyuq müharibə” dövrünün ən təhlükəli səhifəsi hesab edilir. Sovet İttifaqının dağılmasından sonra, ABŞ Kubaya qarşı ticarət embarqosunu gücləndirib.
Bu gün Kubanın iqtisadiyyatına güclü zərbə vuran ticarət-iqtisadi embarqonun ABŞ tərəfindən ləğv edilməsi onun üçün əhəmiyyətli məsələlərdəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, ABŞ vətəndaşlarına Kubaya səyahət üçün qadağanın götürülməsi nəticəsində adaya turist axını ən azı iki dəfə arta bilər. İnfrastruktur layihələrini həyata keçirmək üçün ölkənin xarici investisiyalara və texnologiyalara çox böyük ehtiyacı var. Lakin bunun üçün Kuba əlverişli investisiya mühiti yaratmalı, investorlar üçün cazibəli olmalı, dərin iqtisadi islahatlar aparmalıdır. İnvestisiya daxilolmaları, kreditlərə və Amerika bazarına çıxış əldə etməklə Kuba ictimai həyatın bütün sahələrində modernləşməni həyata keçirə bilər. Buna görə də Kuba embarqonun saxlanması siyasətini pisləyir. Xatırladaq ki, 2012-ci ilin noyabr ayında da BMT-nin Baş Assambleyasında “ABŞ-ın Kubaya qarşı iqtisadi, ticarət və maliyyə sanksiyasına son qoyulmasının zəruriliyi” adlı qətnamə qəbul olunmuşdu.
ABŞ-ın keçmiş prezidenti Barak Obama Kuba ilə bəzi iqtisadi tədbirlər görsə də, bütövlükdə embarqo siyasəti dəyişməyib. Vaşinqton bu ölkəyə qarşı ənənəvi olaraq “insan hüquqları” və “demokratiya” amillərindən istifadə edir. BMT Baş Assambleyasında mütləq səsçoxluğu ilə qətnamənin qəbul olunması təsdiqləyir ki, dünya ölkələri ABŞ-ın Kubaya qarşı siyasətini ədalətsiz hesab edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39

