Qırmızı dənizdən “qırmızı həyəcan”...
22.12.2023 [11:15]
Husilər gəmiləri hədəfə alır
Artıq bir müddətdir ki, davam edən Qəzza döyüşləri dünyanın fərqli məkanlarında yeni kataklizmlərin başlamasına rəvac verib. Belə ki, bu müharibənin fonunda, Yəmən husiləri artıq bir aydır ki, hətta pilotsuz təyyarələrin köməyindən istifadə etməklə Qırmızı dənizdə gəmilərə hücum edir. Noyabrın ortalarında onlar Böyük Britaniya şirkətinə məxsus “Galaxy Leader” gəmisini ələ keçirib, ekipajı əsir götürüblər. Bir neçə gün sonra İsrailə aid başqa bir tanker qaçırılıb - sonrakı dövrdə isə Norveç və Almaniyaya məxsus bir neçə ticarət gəmisi atəşə tutulub. Qarşıdakı dövrdə Qırmızı dənizdə vəziyyətin daha da ağırlaşacağı proqnozlaşdırılır - husilər dayanmaq niyyətində deyillər. Tələb isə ondan ibarətdir ki, Qəzza zolağına ərzaq və dərmanların çatdırılmasına icazə verilənə qədər İsrailə gedən hər gəmiyə hücum ediləcək...
Koalisiya yaradılır - ABŞ çağırış etdi
Üsyançı hərəkatın nümayəndəsi Məhəmməd Əbdül Salam “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, Yəmən husiləri hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəklər. Onun sözlərinə görə, Qırmızı dənizdə əməliyyatlar tam sürətlə davam edir: “Əməliyyatların ən azı 12 saatdan bir həyata keçiriləcəyini güman edirik”.
Yaranan problem isə iqtisadi əlaqələrə böyük ziyan vurur - artıq dörd böyük Avropa şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından imtina edib. Avropa ölkələri isə vəziyyəti sabitləşdirmək üçün Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır. Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çağırış edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib ki, bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. “Buna görə də biz bu təhlükə ilə mübarizədə beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq”, - Pentaqon rəhbəri bildirib.
O vurğulayıb ki, husilərdən gələn təhlükə beynəlxalq problemdir və müvafiq cavab tədbirləri görülməlidir.
Pentaqon rəhbəri Qırmızı dəniz və Ədən körfəzini husilərin ticarət gəmilərinə hücumundan qorumaq üçün əməliyyata başladığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-a Bəhreyn, Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransadan olan qüvvələr qoşulacaq.
Husi qruplaşmalarının əsas hədəfi isə xarici neft tankerləridir. “Bloomberg”in köşə yazarları Julian Lee və Jack Vittelsin yazdığına görə, makroregionda mövcud vəziyyət Rusiyanın əmtəə ticarətinə zərər verə bilər. Ekspertlərin hesablamalarına görə, Qırmızı dəniz vasitəsilə neft nəqlinin ümumi həcmi son vaxtlar 140 faiz artaraq sutkada 3,8 milyon barel təşkil edib. Onlar bildirirlər ki, artım qismən Rusiyanın 2023-cü ildə xammalın çatdırılması marşrutlarını şaxələndirmək üçün Qırmızı dəniz vasitəsilə neft tədarükünü əhəmiyyətli dərəcədə artırması ilə əlaqədardır. Bu ticarət yolunun bağlanması, agentlik analitiklərinin fikrincə, xammalın çatdırılması üçün alternativ yolların axtarışına və daşıma vaxtının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq ki, bu da Rusiyanın enerji resursları ticarətinə zərbə vuracaq.
Husilər kimdir - bölgə marağı, yoxsa terror...
Husilər Yəmənin şimalında, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən dağlıq ərazilərdən olan tayfalar ittifaqına daxildir. Onlar İslam dininin şiə məzhəbinin qollarından birinə - Zeydi doktrinasına etiqad edirlər. Zeydiləri digər şiə müsəlmanlardan fərqləndirən cəhət onların qiyamətdən əvvəl İmam Mehdinin zühuruna inanmamalarıdır. Yəməndə zeydilər ümumi əhalinin üçdə birini təşkil edir. Husilər isə 1990-cı illərdə hərbi və siyasi hərəkat olaraq Zeydi sıralarından çıxdıqlarını bəyan ediblər. İlk təşkilatları 1994-cü ildə Hüseyn əl-Husi tərəfindən yaradılıb - onun ölümündən sonra əl-Husi tərəfdarları hərəkatlarına onun adını verdilər və 2012-ci ildə istefa verən və sonra öldürülən Yəmənin o zamankı prezidenti Əli Abdullah Salehin siyasətinə qarşı mübarizəni davam etdiriblər.
2011-ci il ərəb baharından sonra husilər Sənadakı mərkəzi hakimiyyət orqanlarını Zeydiləri marginallaşdırmaqda və onların hüquqlarını pozmaqda ittiham edirdilər. Eyni zamanda husilər öz hökumətlərini İsrail və ABŞ ilə yaxın münasibətə görə hədəfə alırdılar. 2014-cü ildə husilər Yəmənin o zamankı prezidenti Abd Rabbo Mansur Hadiyə qarşı üsyan qaldırdılar. Daha sonra beynəlxalq koalisiyaya rəhbərlik edən Səudiyyə Ərəbistanının müdaxiləsi sayəsində hakimiyyətdə olan qüvvələr mövcudluğunu qoruya bildi. Adıçəkilən koalisiya 2015-ci ildən husilərə qarşı açıq mübarizə aparır - lakin bu günə qədər heç bir uğur əldə edə bilməyib.
Bəzi siyasi ekspertlər husilərin bir sıra dövlətlər tərəifndən himayə olunduğunu düşünürlər. Hətta Yəməndəki vətəndaş müharibəsinin də regional maraqlar tərəfindən törədildiyi bildirilir. BMT-nin məlumatlarına görə, Yəməndəki müharibə dünyanın ən pis humanitar böhranlarından birini formalaşdırıb. Bununla belə, artıq atəş səsləri kəsilib - 2022-ci ilin aprelində münaqişə tərəfləri altı aylıq atəşkəs haqqında razılığa gəliblər. Razılığın müddəti çoxdan başa çatsa da, tərəflər onun uzadılması ilə bağlı razılığa gələ bilməsələr də, atəşkəs faktiki olaraq hələ də qüvvədədir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

