Qərbə real təhlükə: BRİKS
12.01.2024 [11:00]
Qərbin arzuolunmaz rəqibi BRİKS üzvlərinin sayını get-gedə artırır. Bu günlərdə Latın Amerikası ölkəsi Argentina BRİKS-in sıralarına daxil olmaqdan imtina etsə də, təşkilat əsasən Yaxın Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, qismən də Afrika ölkələrinin hesabına genişlənməyi qarşısına hədəf qoyub.
Ekspertlərə görə, zəngin körfəz ölkələrinin biri-birinin ardınca birliyə daxil olması BRİKS-in iqtisadi inkişafına xeyli müsbət təsir göstərəcək. Qrupdaxili ziddiyyətlərə baxmayaraq, hazırda blok Qərb üçün real təhlükə mənbəyidir.
“Mehriban düşmənlər” bir arada
Analitiklərin fikrincə, BRİKS ittifaqı indiyədək özünün tam potensialını reallaşdıra bilməyib. Blokun Qərbin qarşısına vahid güc kimi çıxmasına məhz daxili ziddiyyətlər, əks maraqlar əngəl olub. Qrup üzvlərinin hər birinin fərqli milli, siyasi maraqları var və bu məsələ qrupun ümumi siyasi xəttinin müəyyənləşməsinə bir çox hallarda maneə törədir. Məsələn, iqtisadi prizmadan yanaşsaq, Braziliya, Rusiya və Cənubi Afrika Respublikası əmtəə ixracatçıları, Hindistan və Çin isə əksinə, idxalçılarıdır. Siyasi istiqamət etibarı ilə Braziliya, Hindistan və Cənubi Afrika qərbyönümlü demokratiyaya meyilli, Rusiya və Çin isə Qərbdən ixrac olunan dəyərləri milli ənənələrin “süzgəc”indən keçirməyə üstünlük verən ölkələrdir. Nəhayət, heç kimə sirr deyil ki, əslində, Hindistanla Çin “mehriban düşmən”lərdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, bütün bu əksliklərə, fərqli mövqelərə baxmayaraq, BRİKS genişlənməyə və vahid güc olmağa doğru real addımlar atmaqda qərarlıdır. Ötən il sıralarına beş yeni üzv götürən blok Efiopiya, Misir, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini birliyə cəlb etməklə həm də yeni ziddiyyətlər yuvasına çevrilib. Bu yeni ildə ittifaqa üzvlüyü gözlənən Argentinanın prezidenti “kommunistlərlə əməkdaşlıq etmək istəmirik” deyərək, bloka daxil olmaqdan imtina etdi. Argentinanın rədd cavabından sonra birlik onun yerinə ötən il daxilindəki vətəndaş müharibəsinə uğurla son qoymuş Efiopiyanı götürməklə kompensasiya etdi.
Bəs blokun yeni üzvləri arasında münasibətlər necədir? Əvvəlcə onu deyək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı həmişə olduğu kimi yenə də yaxın tərəfdaşdır. Lakin İran və Səudiyyə Ərəbistanı haqqında bu fikri söyləmək olmaz. Hər iki ölkə son on ildə bir-birinin əleyhinə siyasət yürütməklə bölgədə nüfuz sahibi olmaq uğrunda mübarizə aparır. İranın əsasən Rusiyanın, Səudiyyənin isə ABŞ-ın təsir dairəsində olduğunu nəzərə alsaq, regionda toqquşan maraqların əslində, böyük oyunçulara aid olduğunu anlayarıq.
Əsas ziddiyyət isə ondan ibarətdir ki, İran hələ də Səudiyyə Ərəbistanının illərlə mübarizə, müharibə apardığı Yəməndəki husi üsyançılarını dəstəkləməyə davam edir. Efiopiyada hələlik nisbi sakitlik hökm sürsə də, hökumət miqrantlara qarşı uzun müddətdir davam edən təqiblərin qarşısını almamaqda günahlandırılır və ölkədə hər an coşmağa hazır ictimai narazılıq əhval-ruhiyyəsi mövcuddur. Beləliklə, BRİKS-ə yeni üzvlərin qoşulması blokda çatları doldurmaqla yanaşı, daxili ziddiyyətlərin artmasına da səbəb olub.
Maliyyə qaynaqları
BRİKS-in qarşısında duran ən vacib iqtisadi məsələ infrastrukturun maliyyələşdirilməsidir. Hələlik blokun qurduğu yeganə real qurum baş ofisi Şanxayda yerləşən Yeni İnkişaf Bankıdır. Hazırda Braziliyanın keçmiş prezidenti Dilma Russelfin rəhbərlik etdiyi BR?KS Bankı birlik üzvlərinin daxili problemlərinin həlli üçün kreditlər vermək səlahiyyətinə malikdir. Bu arada BRİKS üzvlərinin hamılıqla razılaşdığı nadir məqamlardan biri də inkişaf etməkdə olan milli iqtisadiyyatların inkişafı üçün daha çox maliyyə ehtiyacının olduğunu qəbul etməkdir. Sözsüz ki, birlik üzvləri ayrılacaq maliyyənin Qərb standartları ilə deyil, yerli tələblərə uyğun bölüşdürülməsini istəyir.
İqtisadçılar hesab edirlər ki, Pekinin rəhbərlik etdiyi iki maliyyə institutundan biri - Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) kreditor kimi daha yaxşı kapitallaşdırılıb və daha səmərəli fəaliyyət göstərir. AİİB-nin BRİKS-dəki həmkarları ilə müqayisədə daha “cibidolu” bir neçə Qərb tərəfdaşının olması, eləcə də Qərbin rəhbərlik etdiyi ənənəvi inkişaf banklarından tərəfdaşlar cəlb etməsi bu uğurun əsas səbəblərindən biri sayılır.
İstiqamət: dedollarizasiya
Lakin hələlik Yeni İnkişaf Bankı birlik üzvlərinə yüksək həcmli kreditlərin ayrılmasında tərəddüd edir.
YİB Rusiyanın Ukraynaya hücumundan sonra onun qurucularından biri olan Rusiyaya qarşı Qərbin tətbiq etdiyi maliyyə sanksiyalarına qoşulmayıb. Bundan sonra beynəlxalq reytinq agentliyi “Fitch” bankın reytinqini AA+-dən AA-yə endirib. Müqayisə üçün deyək ki, maliyyə qurumu bir vaxtlar qlobal qiymətləndirmədə AAA reytinqinə yüksəlmişdi. Buna görə də YİB rəhbərliyi Səudiyyə Ərəbistanı və BƏƏ kimi zəngin neft ölkələrinin ittifaqa cəlb olunması hesabına alyansa güclü kapital axacağına ümid edir.
İqtisadçıların fikrincə, Yeni İnkişaf Bankı Rusiya, Braziliya, İran, Səudiyyə Ərəbistanı və digər BRIKS+ üzvlərinin maraqlarına uyğun olan “dedollarizasiya” hərəkatından da faydalana bilər. Lakin bir çox ekspert “dedollarizasiya”nın uğurlu aqibəti barədə proqnoz verməkdən çəkinir. İqtisadçı analitiklərə görə, Rusiyadan, İrandan neft alan hər bir ölkə təsdiqləyə bilər ki, dünya dollarla sövdələşmədən qaça biləcəyi zamandan hələ çox uzaqdadır. Ancaq YİB bir məsələdə uğur qazanıb: bu, inkişaf etməkdə olan ölkələrə onların öz milli valyutaları ilə uzunmüddətli kreditlərin verilməsidir. Ümumilikdə bu ölkələrə ayrılan kreditlərin demək olar ki, dörddə biri YİB-in payına düşür. Doğrudur, bu məsələ dolların dominantlığına birbaşa təhlükə yaratmır. Bu layihə, eyni zamanda, ABŞ sanksiyalarına məruz qalmayan ayrı-ayrı pul axınlarının yaradılması istiqamətində ilk addım kimi qiymətləndirilə bilər.
BRİKS Rusiyanın gücünü artırır
Bütün bunlar BRİKS-in hazırkı rəhbərliyi üçün aparıcı prioritetdir. Məlum olduğu kimi, yeni ildən qrupa sədrlik Rusiyanın ixtiyarına keçib. Ona görə düşünmək olar ki, genişləndirilmiş qrupun ilkin gündəliyində əsas yeri Moskvanın prioritetləri tutacaq. Reallıq budur ki, Rusiya İrandan pilotsuz təyyarələr alır, neftin qiymətinin müəyyən olunmasında Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir, Misir üçün onun elektrik enerjisinə tələbatının 10 faizini ödəmə gücünə malik nüvə reaktoru inşa edir.
Ümumilikdə, güman etmək olar ki, BRİKS-in genişlənməsi Qərbin Rusiyaya təzyiqlərinin zəifləməsinə səbəb olacaq. Nə qədər ki Ukrayna və Qəzzada müharibə ocaqları sönməyib, bütün bu məqamlar aktuallığını qorumaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38

