Qəzzada atəşkəs mesajları...
06.09.2024 [08:19]
Vaşinqton münaqişə tərəfləri ilə 18 bəndlik planı razılaşdırıb
Qəzza zolağında atəşkəs bərqərar olur. Artıq ABŞ-ın 18 bənddən ibarət yeni atəşkəs planı faktiki olaraq tərəflərlə 90 faiz razılaşdırılıb. Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi anklavda atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib. “Sövdələşmədə, ümumilikdə, 18 bənd var. Onlardan 14-ü tamamlanıb və deməliyəm ki, sövdələşmə üzrə əvvəlki təkliflərlə eynidir. Bir bənddə sırf texniki düzəliş var. Geri qalan üç paraqraf isə iyulun 2-də HƏMAS-ın bəyanatında deyildiyi kimi, hələ də müzakirə edilməli olan əsir və girovların mübadiləsi ilə bağlıdır. Beləliklə, faktiki olaraq, bu müqavilənin 90%-i artıq razılaşdırılıb. Razılaşdırılan bəndlər, həmçinin HƏMAS-ın öz təklifində irəli sürdüyü humanitar yardımlar üçün şərtləri də nəzərdə tutur”, - deyə ABŞ rəsmisi bildirib.
ABŞ administrasiyasının rəsmisi, həmçinin onu da qeyd edib ki, saziş üç əsas komponentdən ibarətdir. Bunlardan birincisi, humanitardır və Qəzza sakinlərinə şamil olunur. İkincisi, əsirlərin dəyişdirilməsi, yəni girovların fələstinli məhbuslarla dəyişdirilməsini, üçüncü hissə isə atəşkəs razılaşmalarının necə olacağını əhatə edir.
HƏMAS xəbərdarlıq etdi...
Vurğulandığı kimi, ABŞ-ın atəşkəs planı hər iki tərəflə razlaşdırılıb - Fələstindəki HƏMAS hərəkatı israillilərə ünvanlanan videomüraciət yayıb. Həmin videoda “Qərar sizindir... Hücumlar dayansa, əsirlər sağ-salamat qayıdacaqlar” - deyilir.
Bəyanatda, həmçinin Qəzza zolağına qarşı hücumların davam etməsi halında israilli məhbusların diri qayıtmayacaqları vurğulanıb. “Netanyahunun hakimiyyətdə qaldığı hər gün yeni bir tabut mənasına gələ bilər. Hücum davam edərsə, onların taleyi naməlum qalacaq”.
Bu amil razılaşmanın tam şəkildə həyata keçməsi üçün bütün tərəflərin üzərinə düşən və ya götürdüyü öhdəliyi yerinə yetirməsi anlamını ortaya qoyur...
ABŞ-ın Yaxın və Orta Şərqdəki mövcudluğu...
Bu fakt bir daha onu göstərir ki, ABŞ-ın bölgədəki “təmsilçiliyi” davam edir. Qəzza problemi başlamamışdan öncə, konkret ötən ilin yayında ABŞ Yaxın və Orta Şərqdən tam çəkiləcəyini bildirirdisə, bu gün həmin məsələlər artıq ikinci plana keçirilir. Tam əksinə, Vaşinqton Yaxın və Orta Şərqdə mövcudluğunu daha da “dərinləşdirmək niyyətindən danışır. Belə ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə ölkəsinin lazım gələcəyi təqdirdə Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağa və ya artırmağa hazır olduğunu açıqlayıb. “Atəşkəs və girovların azad edilməsi istiqamətində işləyərkən, çəkindirmə məqsədilə hərbi mövcudluğu qoruyuruq. Bu mövcudluq regiondakı hadisələrə və digər şərtlərə görə zamanla azalacaq və ya artacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gərginləşəndən bəri ABŞ münaqişənin genişlənməsinin qarşısını almağa çalışır.
Göründüyü kimi, Vaşinqton strateji regionlardan sayılan Yaxın və Orta Şərqi nəzarətdən çıxarmaq fikrindən uzaqdır. Yəqin ki, yekun qərar bu ilin noyabrında baş tutacaq prezident seçkiləri zamanı bəlli olacaq.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

