Azərbaycan qlobal problemlərin həllində nüfuzlu söz sahibidir
18.03.2025 [18:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bu gün Azərbaycan dünyada regionun sülh və əməkdaşlıq məkanı kimi tanınır. Haqq, ədalət savaşından alnıaçıq, başı uca çıxan Azərbaycan günü - gündən inkişaf edir, 30 il ərzində erməni terrorçularının işğalıında qalan, xarabalığa çevrilən kəndlərimiz, şəhərlərimiz əvvəlki axarına qayıdır. Möhtəşəm uğurların, qələbələrin altına imzasını atan məhz bunun üçün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Məhz bunun üçün müstəqil Azərbaycan bu gün zamanın gündəmə gətirdiyi vacib məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilib. Azərbaycanın keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivləri dünyanın nüfuzlu televiziya kanallarının, eləcə də qəzet və informasiya agentliklərinin diqqətini çəkir. Ölkə baçşımızın martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibə bunun təsdiqidir.
Müstəqil dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlardan danışan Azərbaycan Lideri bildirib ki, öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
“Euronews” televiziyasına müxbirinin “Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?” sualına cavab verən Prezident cənab İlham Əliyev bildirib ki, Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Qalib Liderimizin qeyd etdiyi kimi, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən regional güc kimi qəbul edilir. Dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət aldığı halda Azərbaycanda sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizlə ölkəmiz bölgədə yeni reallıq yaratdı. Azərbaycan regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı oldu, həm də icraçısı. Bu layihələr təkcə Azərbaycana deyil, regiona sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirdi.
Jurnalistin “Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir” sualına Prezident İlham Əliyevin cavabı Azərbaycanın sülh, əmin-amanlıq tərəfdarı olduğunu təsdiqlədi:”Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Strateji coğrafi mövqeyi sayəsində Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilən Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasında nüfuzlu söz sahibidir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

