Azərbaycanın beynəlxalq arenada artan rolu
18.03.2025 [20:56]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində "Euronews" televiziyasına müsahibə verib.
Müsahibəsində dövlətimizin başçısı olduqca mühüm məqamlara, aktual , xüsusi önəm daşıyan məsələlərə toxunub.
Prezident İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsi Azərbaycanın artan gücünü və beynəlxalq arenada müstəqil siyasət yürütmək əzmini bir daha nümayiş etdirdi.
Müsahibədə Prezident Əliyev Forumun əhəmiyyətini vurğulayaraq, onun qlobal gündəlikdəki mühüm məsələlərin müzakirəsi üçün aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini qeyd edib.
Dövlətimizin başçısı həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və onun beynəlxalq miqyasda nüfuz qazandığını bildirib. O, Forum iştirakçılarının müxtəlif ölkələrdən olan 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarından ibarət olduğunu və onların böyük təcrübə və biliyə malik olduqlarını qeyd edib.
Dövlət başçısı müsahibəsində, həmçinin, Azərbaycanın enerji sektorundakı uğurlarına toxunaraq, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini və bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.
Müsahibə zamanı dövlət başçısı Azərbaycanın milli maraqlarını qorumaq, regional və beynəlxalq münasibətlərdə öz mövqeyini gücləndirmək məsələlərinədə toxundu.
Azərbaycanın öz daxili gücünə arxalanması mesajını verən Ölkə başçısı dünyada münaqişələrin artığı bir dönəmdə təkcə Qarabağ münaqişəsinin öz həllini tapdığını diqqətə çatdıraraq bildirmişdir: “Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq”. Bunu dövlət başçısı Azərbaycanın üzləşdiyi ədalətsizliyə və acı təcrübəyə söykənərək bildirdi. Həm də dünyaya, bizi sevməyənlərə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təkbaşına bərpa etmək aspektində nə qədər uğurlu olduğunu bəyan etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Euronews" televiziyasına verdiyi bu müsahibə, Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

