Vaxt açıqlandı!
04.04.2025 [09:58]
Ağdam şəhərinə ilk köç olacaq...
İşğaldan azad olunmuş Ağdam şəhərinə ilk köçün vaxtı bəlli olub. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açıqlama verib. Onun sözlərinə görə, oktyabr-noyabr aylarında Ağdama ilk köç planlaşdırılır.
Ağdam ən gözəl şəhərlərdən birinə çevriləcək!
Xatırladaq ki, martın 27-də Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Ölkə başçısı da səfər zamanı bildirmişdi ki, Ağdam rayonunun işğaldan azad edilməsindən sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir, ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar.
Dövlət başçısının sözlərinə görə, bu, keçmiş köçkünlərin qayıtdıqları artıq 13-cü yaşayış məntəqəsidir: “Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.
2026-cı ilin sonuna qədər...
E.Hüseynov, həmçinin bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: “Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyi inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşam üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub”.
Ağdama yeni nəfəs verilir!
Ölkəmizin bütün yerlərində olduğu kimi Ağdam rayonunda da tikinti-quruculuq, abadlıq işləri öz dinamik sürəti ilə davam etdirilir. Görülən bütün işlər üçün rayon sakinləri ölkə prezidentinə öz təşəkkürlərini bildirirlər. Hazırda Ağdam inkişaf yoluna qədəm qoyub, ağdamlı sakinlər sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bir sıra infrastruktur layihə üzrə təməlqoyma, eləcə də tikilib başa çatdırılmış obyektlərin açılışı ilə müşayiət olunur.
Bəllidir ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı. 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.
2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi. Dövlət başçımız tərəfindən Ağdamda qoyulan bütün möhkəm bünövrələr, özüllər isə bu qədim Qarabağ şəhərinin tarixi əzəmətinin tezliklə özünə qaytarılacağının, 30 il idi ki, “ruhlar şəhəri”, “Qafqazın Xerosiması” kimi anılan yaralı yurdumuzun dirçəldilərək cənnət məkana çevriləcəyinin parlaq işarədir. Plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçəcək. Sonrakı illərdə şəhərin əhalisi 100 minə çatdırılacaq.
Ağdamı qaranlıqdan çıxaracaq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. Heydər Əliyev Fondu tərəfindən aparılan Ağdam Cümə məscidinin bərpa-restavrasiya işlərini də xüsusi qeyd etmək lazımdır. Ağdamın tarixi abidələrinin qorunması, bərpası da diqqət mərkəzində saxlanılır.
Bir sözlə, yeni Ağdam sevinclə doğma sakinlərinə qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər vaxtilə Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının ölkə başçısı tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.
Yeganə
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

