Qurtuluşdan Zəfərə
11.06.2025 [12:02]
15 iyun müstəqil Azərbaycanın tarixində unudulmaz, çox böyük əhəmiyyətə malik bir gündür. Bu gün tarixə Milli Qurtuluş Günü olaraq düşüb və 1997-ci ildən Milli Məclis tərəfindən bayram günü elan edilib.
Müstəqilliyinin ilk illərində xalqımız səriştəsiz və naşı rəhbərlər üzündən çox ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. AXC-Müsavat cütlüyü həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Düzgün olamayan xarici siyasət isə Azərbaycanın təklənməsi ilə nəticələnmiş, Ermənistanın hərbi hücumları daha geniş vüsət almışdı. Ölkə daxilində ayrı-ayrı silahlı dəstələr öz bildiklərini edir, talançılıq baş alıb gedirdi. Ölkənin və xalqın parçalanması qaçılmaz olmuşdu. Bəzi separatçılar ölkədə ayrı-ayrı “respublikalar” yaratdıqlarını elan edirdilər. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti ölkəni olmazın problemlərlə üz-üzə qoymuş, xalq çörək və ərzaq qıtlığından əziyyət çəkrdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bir sözlə, xalq və ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir çətin vaxtda xalqımız öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.
Əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtmasaydı, ölkəni Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Məhz Ulu Öndərin cəsarətli addımları, xalqa, ölkəyə olan sonsuz məhəbbəti müstəqil Azərbaycanın qurtuluşunun əsası oldu. Xalq qarşısında misilsiz xidmətləri əminliklə deməyə əsas verir ki, müstəqil Azərbaycanın memarı məhz Ümummlili Lider Heydər Əliyevdir. Dahi şəxsiyyətin ən böyük arzusu isə müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Ulu Öndər bunun üçün yorulmadan çalışır, siyasətinin qayəsini ərazi bütövlüyümüzü təmin etmək təşkil edirdi.
Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib. Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, Azərbaycanın möhtəşəm Zəfərinin və bütün bu böyük işlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi dəst-xətti dayanır. Bu siyasi dəst-xətti müasir dövrün tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək təhlükəsizliyi və tərəqqisinin qarantıdır. Xalqımız da əmindir ki, qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə, Zəfərə və yüksək zirvələrə aparır.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

