ABŞ-da müvəqqəti bağlanma...
02.10.2025 [10:17]
Ağ Ev “şotdaun” başladığını təsdiqlədi
Ağ Evin İdarəetmə və Büdcə İdarəsi (OMB) federal hökumət qurumlarına maliyyə çatışmazlığı səbəbindən müvəqqəti bağlanma planlarını həyata keçirməyə başlamaq üçün təlimat verib. ABŞ mətbuatının məlumatına görə, OMB direktoru Rassell Vout hökumətin fəaliyyətinin dayanmasını “yeni xərclərə 1 trilyon dollar daxil edən ağılsız Demokratların siyasi tələbləri” ilə izah edib. O, federal qurumların rəhbərlərinə yazıb: “Ona görə də təsirə məruz qalan qurumlar indi nizamlı bağlanma planlarını həyata keçirməlidirlər”.
Göstərişə əsasən, fəaliyyət dayansa da, işçilər planlaşdırılan dayandırma işlərini yerinə yetirmək üçün növbəti müntəzəm iş günlərində işə hesabat verməlidirlər: “Biz daha bir memorandum verəcəyik ki, prezident təsisatlar haqqında qanun layihəsini imzalayan kimi hökumətin funksiyaları bərpa olunmalıdır”.
Qeyd edək ki, iki gün öncə ABŞ Senatı hökuməti müvəqqəti maliyyələşdirmək üçün Demokratlar və Respublikaçıların qanun layihələrini qəbul edə bilməyib. Buna görə də oktyabrın 1-də Bakı vaxtı ilə saat 08.00-dan ABŞ hökumətinin fəaliyyəti minimum səviyyədə davam etdirilib. Senatda tərəflər arasındakı kəskin fikir ayrılıqları fonunda “şotdaun”un həftələrlə davam edəcəyi gözlənilir.
“Şotdaun”a qədər...
Qeyd edək ki, yaranan vəziyyət Senatın hökumətin bağlanmasının qarşısını almağa yönəlmiş təklif olunan iki qanun layihəsindən heç birini təsdiq etməməsi ilə başladı - Respublikaçıların ilk təklifi 55 senator tərəfindən dəstəkləndi, 45 senator isə əleyhinə səs verdi. Demokratlar tərəfindən hazırlanan ikinci variant da lazımi sayda səs toplaya bilməyib: lehinə 47, əleyhinə 53 səs.
Senat sentyabrın 30-da fasilə elan edib - beləliklə, oktyabrın 1-də ABŞ-da “şotdaun” başlayıb. Bu, 2019-cu ildən bu yana müşahidə olunan ikinci analoji haldır. Xatırladaq ki, yaranan vəziyyət Konqresin büdcəni təsdiq etməməsi və prezidentin onu imzalamaması səbəbindən bəzi ABŞ dövlət qurumlarının işinin müvəqqəti dayandırılmasıdır. Bu risk adətən yeni maliyyə ilinin başlanğıcı olan oktyabrın 1-də baş verir. Büdcə qəbul edilməzsə, bəzi dövlət işçiləri ödənişsiz məzuniyyətə buraxılır, kritik xidmətlər isə ödənişsiz fəaliyyətlərini davam etdirirlər. 2019-cu ildə qəbul edilən qanuna əsasən, bu günlər üçün sonradan onlara kompensasiya verilir. Bağlanmalar adətən Konqres tərəfindən idarə olunan federal xərclərin 25 faizinə qədərinə təsir göstərir.
Qeyd edək ki, ABŞ-da Konqresin icazəsi olmadan maliyyə tranşı ayrılması qadağandır. Hər bir qurum yalnız həmin təsisata maliyyə ayrılması haqda qanun layihəsinin parlamentin hər iki palatası və prezident tərəfindən təsdiq edildikdən sonra maliyyə alır. Bu addımlardan hər hansı biri alınmazsa, maliyyə bloklanır.
“Şotdaun”a qədərki prosesə nəzər salsaq:
- Agentliklər büdcə sorğusunu tərtib edir və onu İdarəetmə və Büdcə İdarəsinə göndərirlər;
- Aparat prezidentə təkliflər hazırlayır.
- Konqres onları büdcə işi üçün 12 komitəyə təqdim edir;
- Yekun sənəd kompleks qanun layihəsinə birləşdirilir və hər iki palata tərəfindən səsverməyə çıxarılır.
“Şotdaun”dan qaçmağın yeganə yolu isə hökumətə yeni büdcə təsdiqlənənə qədər əvvəlki ilin şərtlərinə uyğun fəaliyyət göstərməyə imkan verən müvəqqəti maliyyələşdirmə qətnaməsinin (Davamlı Qətnamə) qəbul edilməsidir. Bəzən bir neçə belə qətnamə ardıcıl olaraq tələb olunur. Onlar qəbul edilməzsə, bağlanma qaçılmazdır.
Maaşsız, işsiz, ödənişsiz...
Vurğulandığı kimi, bağlanma zamanı bəzi dövlət işçilərinə məcburi ödənişsiz məzuniyyət verilir. Onlara işə gəlmək, xidməti avadanlıqdan istifadə etmək, öz vəzifələrini yerinə yetirmək qadağan olunur. Milli parklar və muzeylər bağlanır, elmi tədqiqatlar dayandırılır, IRS auditləri dayandırır və Kiçik Biznes İdarəsi yeni şirkətlərə kreditlərin verilməsini bloklayır. Yeni pasportlar və vizalar işlənmir. Podratçılar - mühafizəçilər, təmizləyicilər və başqaları da ödənişsiz qalırlar.
İnsanların və əmlakın təhlükəsizliyini təmin edən xidmətlər, eləcə də işi Konstitusiyada təsbit olunmuş vəzifəli şəxslər - prezident, Konqres üzvləri, hakimlər, hərbi qulluqçular, federal hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət xəstəxanalarının həkimləri, aviadispetçerlər, qida təhlükəsizliyi müfəttişləri öz işlərini davam etdirirlər. Hər bir qurum maaş almadan işləməli olan işçilərin siyahısını tərtib edir. Sosial təminat proqramları (Medicare, Medicaid, əlillik ödənişləri) və ABŞ Poçt Xidməti fəaliyyətini davam etdirir - onlar ayrıca maliyyələşdirilir. Klinikalar və veteranların sağlamlıq xidmətləri də fəaliyyətini davam etdirir- baxmayaraq ki, bəzi xidmətlər, məsələn, milli qəbiristanlıqların saxlanması müvəqqəti olaraq dayandırıla bilər.
İşin dayandırılması isə yüz minlərlə dövlət qulluqçusunun və onların ailələrinin, eləcə də dövlət qurumlarına xidmət göstərən müəssisələrin - podratçılardan tutmuş dövlət qurumlarının yaxınlığındakı kafelərə qədər gəlirlərinə təsir göstərir. Vaşinqton, eləcə də çoxlu sayda federal iş yerləri olan ştatlar - Alyaska, Montana, Vayominq, Merilend və Virciniya bundan ən çox təsirlənən ərazilərdir. Qeyri-sabitlik dövründə podratçılar öz xidmətlərinin qiymətini qaldıra bilərlər.
Ən çoxu 34 gün çəkən 20 bağlanma...
ABŞ-da müasir büdcə qaydalarının qəbul edildiyi 1976-cı ildən bəri maliyyələşmədə 20 dəfə analoji gecikmələr baş verib. 1980-ci ilə qədər belə fasilələr hökumətin fəaliyyətinə mane olmurdu. Baş prokuror Benjamin Sivilettinin (1980-1981) prosesi tənzimləyən qərarlarından sonra vəziyyət dəyişdi - o, federal qurumların təsdiq edilmiş büdcə olmadan fəaliyyət göstərmək hüququnun olmadığını təsdiqlədi. 1990-cı ildən bu yana hətta bir neçə saatdan çox davam edən hər hansı maliyyə gecikməsi rəsmi olaraq bağlanma hesab olunur.
Ən uzun bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib: 34 gün (22 dekabr 2018-ci il - 25 yanvar 2019-cu il). Bu bağlanma zamanı 380 min dövlət işçisi məzuniyyətə buraxılıb, 420 min nəfər ödənişsiz işləyib və daha 4,1 milyon insanın gəlirləri müqavilələrin dondurulması səbəbindən təsirlənib. Ədliyyə Departamenti 60 min-dən çox immiqrasiya dinləməsini ləğv edib. Bununla belə, bəzi qurumlar fəaliyyətini davam etdirir - çünki büdcə qanun layihələrinin beşdə biri böhrandan əvvəl artıq təsdiqlənir.
İkinci ən uzun qapanma Bill Klinton (1995-1996) dövründə 26 gün davam edib. Bu bağlanma iki mərhələdən ibarət olub. Üçüncü ən uzun qapanma isə 2013-cü ildə Barak Obamanın dövründə olub - 16 gün davam edib.
Kütləvi ixtisar anonsu - ABŞ Prezidenti demokratları günahlandırdı...
“Politico”nun yazdığına görə, Ağ Ev bu zaman kəsiyini hökumət aparatını “təmizləmək” üçün bir fürsət kimi qiymətləndirir: əlverişsiz məmurları işdən çıxarmaq və onları sadiq kadrlarla əvəz etmək üçün bundan yaxşı imkan ələ düşməz. Üstəlik, böhran vəziyyətində Tramp seçicilər qarşısında mövqeyini gücləndirərək məsuliyyəti demokratların üzərinə qoymaqla özünün siyasi varlığını daha da möhkəmləndirə bilər. Mütəxəssislər hesab edirlər ki, qısamüddətli dayanma bazarlara minimal təsir göstərəcək - şirkətlərin üçüncü rüb üzrə hesabatları daha vacib şərt kimi çıxış edir, makroiqtisadi risklər isə orta səviyyədə qalacaq.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp iki gün öncə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, hökumətin bağlanması federal hökumətdə kütləvi ixtisarlara səbəb ola bilər. “Demokratlar işin dayandırılmasını istəyirlər. Hökuməti bağladığınız zaman ixtisar etməlisiniz, ona görə də çoxlu insanı ixtisar edəcəyik,” - deyə dövlət başçısı bildirib.
Digər ən vacib məsələ isə ABŞ hökumətinin fəaliyyətini dayandırmasının Ukraynaya hərbi yardımın əhəmiyyətli dərəcədə azalmasına və silah tədarükünün dondurulmasına gətirib çıxara biləcəyi ilə bağlıdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
02 Oktyabr 14:19

YAP xəbərləri
02 Oktyabr 14:18

YAP xəbərləri
02 Oktyabr 14:17

YAP xəbərləri
02 Oktyabr 14:12

Gündəm
02 Oktyabr 13:54

Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:39

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15
