Zəngəzur dəhlizi (TRIPP): Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihə
02.10.2025 [09:35]
Bakının bu uğurlu təşəbbüsü həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan yeni reallıqlar yaradır
Cənubi Qafqaz regionunda son illərdə baş verən böyük siyasi dəyişikliklər yeni reallıqlar yaradıb. Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Qələbədən sonra bölgənin siyasi və iqtisadi xəritəsini yenidən müəyyənləşdirən təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərin ən önəmlisi şübhəsiz ki, Zəngəzur dəhlizidir (TRIPP). Dəhliz yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir. Belə ki, dəhliz iqtisadi inteqrasiyanı gücləndirir, siyasi münasibətləri tənzimləyir, qlobal ticarət yollarında yeni arteriya rolunu oynayır və Türk dünyasını birləşdirən mühüm bir vasitə kimi çıxış edir. Ən başlıcası isə bu layihə Azərbaycanın qətiyyəti, siyasi iradəsi və diplomatik səyləri nəticəsində artıq reallaşmaq üzrədir - sonuncu Vaşinqton görüşündə dəhlizin siyasi təsdiq alması Azərbaycanın təşəbbüslərinin beynəlxalq müstəvidə qəbul olunduğunun göstəricisidir.
Türk dünyasını birləşdirəcək körpü...
Bu regional mahiyyətli, amma qlobal xarakterli layihə bütövlükdə bölgənin maraqlarını iqtisadi əməkdaşlıq platforması üzərində uzlaşdırır. Təsadüfi deyil ki, bir çox dövlətlər bu layihənin daha tez reallaşması üçün səy göstərir. Hətta ölkələrin ən yüksək səviyyəli toplantılarında belə Zəngəzur dəhlizi mövzusu yer alır - məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilən iclasında da bu məsələyə toxunulub. İclasda Azərbaycanla Naxçıvan arasında maneəsiz daşımalara imkan yaradacaq və bütün region ölkələrinin xeyrinə nəticələr verəcək nəqliyyat xəttinin əhəmiyyəti və yekun sülhün bərqərar olması iradəsi vurğulanıb.
Paralel olaraq Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin 8-ci toplantısında çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bildirib ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda normallaşma prosesində həyati rol oynayır. “Regionumuz üçün digər xoş xəbər Zəngəzur bağlantısı vasitəsilə yeni imkanların açılmasıdır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru nəqliyyatını təmin edəcək və bütün Türk dünyasını bir-birinə bağlayacaq mühüm addım olacaq. Eyni zamanda, bütün bölgə ölkələri bundan faydalanacaq”, - nazir qeyd edib.
Regional maraqların uzlaşdığı məqam...
Vurğulandığı kimi, yeni logistik xəttin aparıcı seqmentlərindən birinə çevrilmə perspektivinə malik Zəngəzur dəhlizi ümumən regionun inkişaf dinamikasını artıracaq. Ümumiyyətlə, Azərbaycan bütövlükdə Cənubi Qafqazın bu yeni iqtisadi-siyasi, xüsusilə ticari prosesdən uğurla və yüksək dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Eyni zamanda, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə bəlli olduğu kimi, türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açılması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır. Beləliklə, Zəngəzur dəhlizi Türk dünyası üçün strateji körpü funksiyasını daşıyacaq - bu yol vasitəsilə Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsi bərpa olunur, Mərkəzi Asiya ölkələri isə Anadoluyla birbaşa bağlanır. Bu isə Türk Dövlətləri Təşkilatının iqtisadi və siyasi inteqrasiyasını sürətləndirəcək. Türk dövlətləri uzun illərdir mədəni, tarixi və dil birliyi əsasında əməkdaşlıq edirlər. Ancaq iqtisadi və logistika baxımından tam inteqrasiya yalnız bu dəhlizlə mümkün olacaq. Beləliklə, Zəngəzur dəhlizi həm Türk dünyasının birliyini möhkəmləndirir, həm də qlobal güc mərkəzi kimi formalaşmasına şərait yaradır.
Siyasi-iqtisadi əməkdaşlıq mexanizmi...
Bu dəhliz Azərbaycanla yanaşı, bütövlükdə bölgə və Orta Asiya ölkələri üçün yeni iqtisadi imkanlar deməkdir - bazarlara çıxış, tranzit gəlirləri və daha sıx əməkdaşlıq imkanları yaranacaq. Dəhlizin fəaliyyətə başlaması ilə region daxilində ticarət dövriyyəsinin artacağı, logistika xərclərinin azalacağı və iqtisadi münasibətlərin güclənəcəyi gözlənilir. Əslində bu layihə yalnız coğrafi məkanları deyil, həm də iqtisadiyyatları birləşdirir. Bu, həm regional, həm də qlobal sərmayələrin Cənubi Qafqaza yönəlməsinə təkan verəcək.
Paralel olaraq iqtisadi əməkdaşlıq siyasi münasibətlərin sabitləşməsi üçün ən güclü mexanizmdir. Zəngəzur dəhlizi məhz bu baxımdan da böyük önəm daşıyır. Bu layihə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın artması və münaqişə risklərinin azalması üçün vacibdir. Bu baxımdan Zəngəzur dəhlizi həm də Qafqazda geosiyasi balansın dəyişdirilməsi və əməkdaşlıq mühitinin yaradılması üçün mühüm alət sayılır.
Beynəlxalq əməkdaşlığa yeni nəfəs...
Artıq dəhlizin reallaşması ilə bağlı mühüm bir məsafə qət olunub - bu ilin avqustunda ABŞ-da keçirilən görüşlərdə Zəngəzur dəhlizinin gündəmə gətirilməsi layihənin beynəlxalq miqyasda qəbul olunduğunu göstərir. Bu, Azərbaycanın təşəbbüslərinin yalnız regional deyil, həm də qlobal dəstək qazandığının növbəti təsdiqidir. Vaşinqton platformasında dəhlizə dair aparılan müzakirələr, imzalanan sənədlər həm də onun siyasi legitimliyini təsdiqləyir. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi Azərbaycan üçün milli maraqların təminatı, region üçün sabitlik və inkişaf, dünya üçün isə yeni ticari yol deməkdir. Bu dəhliz həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihədir. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində reallaşan bu təşəbbüs Türk dünyasını birləşdirməklə, regionun qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığa yeni nəfəs gətirəcək....
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58
