8 ayda 2,4 milyard dollar...
01.10.2025 [12:19]
Qeyri-neft ixracında yüksək artım
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracı artaraq 2,4 milyard dollar təşkil edib. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 10,3 faiz artım deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yeni nəşrində qeyd edilir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac daha yüskək artım nümayiş etdirib, dəyər 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub. İxrac mallarının strukturunda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb.
Qızıl qeyri-neft ixracında ilk yerdə qərarlaşır
2025-ci ilin ötən 8 ayında aqrar məhsullar üzrə ixrac 28,2 fazi artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl 210,7 milyon dollar ixrac dəyəri ilə birinci olub. Bu siyahıda pomidor 157,2 milyon dollarla ikinci, pambıq lifi 124,7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon dollar, Türkiyəyə 394,5 milyon dollar, İsveçrəyə 220,2 milyon dollar, Gürcüstana 216,4 milyon dollar, Ukraynaya isə 131,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Yeri gəlmişkən, təkcə, avqust ayında Rusiya Federasiyasına 97,4 milyon dollar, Türkiyəyə 54,8 milyon dollar, İsveçrəyə 33,6 milyon dollar, Gürcüstana 32,9 milyon dollar, Ukraynaya isə 21,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
“İstisu” mineral su zavodu ixracda payını artırır
2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Prime Cotton” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “STP Alüminium” MMC, “TABATERRA”QSC, “Sahdag SY” MMC yer alıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Bundan başqa, “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,”Azəralüminium” MMC, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC və Naxçıvan MR Dövlət Energetika Xidməti də dövlət adından əsas qeyri-neft ixracatçıları hesab olunur.
Peyk məhsullarının ixracında rekord
Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizni təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dolları dəyərində xidmət ixrac edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollarla Böyük Britaniya, 2,3 milyon dollarla Lüksemburq, 569,5 min dollarla Nigeriya, 537,9 min dollarla Türkiyə, 530,4 min dollarla İsveç qərarlaşıb.
Ənənəvi bazarlardan yeni bazarlara keçid...
Hökumətin hədəfi ixracın şaxələndirilməsi, ənənəvi bazarlardan yeni bazarlara keçidin təmin olunmasıdır. Bu məqsədlə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasının sadələşdirilməsi, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi və əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır. Motivasiyaedici tədbirlərdən biri logistik subsidiya mexanizminin tətbiqidir. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılmasını, gömrük sərhəd-keçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır.
Ümumilikdə, bütün bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac potensialını formalaşdırmaqdır.
Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb
Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 10 ildir ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. Həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. Portal ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58

Elm
01 Oktyabr 07:58

Dünya
01 Oktyabr 07:45

Dünya
01 Oktyabr 07:12

Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

Gündəm
30 Sentyabr 21:41

İqtisadiyyat
30 Sentyabr 21:32

Gündəm
30 Sentyabr 21:19

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Gündəm
30 Sentyabr 19:57

Sosial
30 Sentyabr 19:49

YAP xəbərləri
30 Sentyabr 19:23
