Türk dünyası yenidən Azərbaycanda toplanır
02.10.2025 [12:41]
Şuşadan Qəbələyə: TDT Zirvəsi türk birliyinin gələcəyini müəyyənləşdirir
Qarabağ Bəyannaməsindən strateji tərəfdaşlığa doğru yol
Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşması və regional əməkdaşlıq platformalarının aktuallaşması fonunda Türk Dövlətləri Təşkilatının (TDT) yeri və rolu getdikcə daha da çox nəzərə çarpmaqdadır. Qlobal nizamsızlıq, güc mübarizəsi, iqtisadi və enerji böhranları şəraitində TDT yalnız ortaq tarixi-mədəni dəyərlərin deyil, həm də strateji maraqların uzlaşdığı bir qurum kimi önə çıxır. Təşkilatın yaratdığı siyasi dialoq imkanları, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, müdafiə əməkdaşlığı və ortaq bazar perspektivləri onu regional aktordan qlobal miqyasda nəzərə alınan bir tərəfdaşa çevirir.
Azərbaycanın TDT-dəki mövqeyi isə xüsusi qeyd olunmalıdır. Qurumun formalaşmasında və inkişafında aparıcı rol oynayan Azərbaycan, həm təşəbbüskarlığı, həm də strateji coğrafi mövqeyi ilə təşkilata yeni nəfəs verir. Bakı yalnız türkdilli dövlətlərin siyasi-iqtisadi inteqrasiyasına deyil, həm də Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı vasitəsilə beynəlxalq ticarət və enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə bəxş edir. Bundan əlavə, Azərbaycanın mədəni-humanitar sahədə gördüyü işlər türk birliyinin ideoloji əsaslarının gücləndirilməsinə xidmət edir. Beləliklə, TDT artıq sadəcə regional əməkdaşlıq qurumu deyil, qlobal siyasi və iqtisadi münasibətlərdə təsir gücünü artıran, çoxqütblü dünyada yeni tarazlıq yaradan strateji təşkilat kimi formalaşmaqdadır.
Qəbələ TDT Zirvəsinə ev sahibliyi edəcək...
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü bu il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək. Bununla bağlı TDT-nin yaydığı açıqlamada bildirilib ki, Zirvə görüşü TDT-nin üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək. Toplantı bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq. Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü keçiriləcək. Azərbaycanın qədim Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır, Türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir.
Naxçıvandan başlanan yol...
Qeyd edildiyi kimi, artıq geniş funksional strukturlaşmaya malik olan TDT-nin yaranmasında, inkişafında və regional aktora çevrilməsində Azərbaycanın təşəbbüsü, səyi və qətiyyəti danılmazdır. 2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 15 il öncə - türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirlər.
Müasir TDT Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci il noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib. Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan və Türkmənistan isə qurumda müşahidəçi dövlət statusunda çıxış edirlər. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər və real siyasi vəziyyət müzakirə olunur. 2009-cu ildən bəri Zirvə görüşlərinin dördü Azərbaycanda (ötənilki qeyri-rəsmi Şuşa zirvəsi də daxil olmaqla), dördü Türkiyədə, üçü Qazaxıstanda, üçü Qırğızıstanda, biri isə Özbəkistanda keçirilib.
Qarabağ Bəyannaməsi - gələcək üçün strateji inkişaf doktrinası...
Qeyd edək ki, 2024-cü ilin iyulunda Şuşada keçirilən Zirvə toplantısı təşkilatın inkişaf tarixində xüsusi yerə malik olub. 30 ildən sonra düşmən işğalından azad edilmiş tarixi mədəniyyət paytaxtımız Türk qardaşlığının növbəti rəsmi məkanı kimi yadda qaldı - 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında rəsmi müttəfiqliklə bağlı imzalanan Şuşa Bəyannaməsi 2024-cü ildə 5 türkdilli dövlət tərəfindən imzalanan Qarabağ Bəyannaməsi ilə daha da irəliyə yol aldı. Sənəd Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Bəyannamədə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rol ən yüksək şəkildə dəyərləndirilir. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Bu sənəd həm də gələcək əməkdaşlıq perspektivi üçün mühüm üfüqlər açır. TDT-nin qarşıdakı dövr ərzində strukturlaşma mexanizmində çevikliyin artırılması, fərqli sahələr üzrə instusionallaşmasının daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, yeniliklərə əl atılması istisna deyil - belə olacağı təqdirdə, yeni dövr üçün TDT özünün hərtərəfli reaksiya qabiliyyətini daha da gücləndirmək imkanlarına malik olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
02 Oktyabr 14:19

YAP xəbərləri
02 Oktyabr 14:18

YAP xəbərləri
02 Oktyabr 14:17

YAP xəbərləri
02 Oktyabr 14:12

Gündəm
02 Oktyabr 13:54

Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:39

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15
